PDF Oxu

Köşə

  • 3 782

Dünyanın siyasi nəbzi bizim ölkədə vururdu, bəs...

image

Aprelin 16-da bütün nəzərlər Bakıda idi, dünyanın siyasi nəbzi paytaxtımızda vururdu. Rusiya və ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Bakıdakı görüşü dünyanın nüfuzlu nəşrlərinin də manşetlərində bu görüş haqqında məlumatlar və təhlillər yer alırdı. İki fövqəldövlətin niyə, məhz Bakını seçməsinin detalları şərh edilir, ölkəmizin beynəlxalq nüfuzu təqdir olunurdu. Bəs bizim media nə yazırdı? Sağ olsunlar, yaxşı ki normal, xəbər məkanında oturuşmuş kifayət qədər ciddi media qurumlarımız bu görüşü yetərincə işıqlandırdılar. Ancaq təsəvvür edin, ölkəmizdə nə qədər xəbər saytı var və onlar bu görüş ərəfəsində nə işlə məşğul idilər? Danışanda haqdan, dövlətçiliyə xidmətdən, ən ali dəyərlərdən, milli maraqlardan dəm vuran bu saytların rəhbərləri, jurnalistləri (əgər varsa) həmin gün ya ümumiyyətlə, işləmirdilər, ya da iki saatdan bir yöndəmsiz bir xəbər- "hansısa məmur haqqında 50 manat qoxuyan tənqid, təhqir" qoyurdular, ya da, xarici və yerli müğənnilərimizin lüt şəkillərini yaymaqla məşğul idilər. Yazıqlar "İP" dalınca düşməkdən ipiqırıq olublar. Kiminsə verdiyi qırmızı yüzlüyü, zalım oğlunun sarı əlliliyi bu insanları bir-birinə necə də qırdırır, lap adamı millilikdən qoparıb, hasarın o biri tərəfinə necə atırsa, nəinki vicdanını, adamın doğma dədəsinin el-obasını da yadından çıxarır. Elza Seyidcahanın əndrəbadi saç düzümləri, Aygün Kazımovanın paltarları, türkiyəli aktrisaların, avropalı ulduzların yarıçılpaq fotoları sizlər üçün milli maraqlarımızdan üstündürsə, daha nə deyim!? Müğənnilərin qarderoblarına qədər sürünən, məmurlar haqqında ağzına gələni yazan saytlara bu görüşün dəxli yox idimi? Düzdür, eləsi də oldu ki, ümumiyyətlə, qısqandığından bu görüş haqqında bircə cümlə belə yazmadı. Məsələn, "Azadlıq.info"... Əksinə, hər iki super dövlətin generallarının ölkəmiz haqqındakı xoşməramlı fikirlərini sosial şəbəkələrdə "müzakirə"yə çıxarıb, doğma vətənləri haqqında olmazın hədyanlarını yağdırdılar. Bunların milli maraq dedikləri də budur!

ABŞ prezidenti Donald Trampın iki gün öncə, keçirdiyi mətbuat konfransı ilə bağlı bir jurnalistlə prezident arasında baş tutan maraqlı dialoqu sizlərin diqqətinə çatdırıram. Maraqlı olar. D.Tramp mətbuat konfransında "mən Ronald Reyqandan sonra ən çox elektoral səslə, 306 səslə seçilmiş prezidentəm" deyəndə, NBC jurnalisti ona xatırladır:

- Çox sadə. Siz deyirsiniz ki, Ronald Reyqandan sonra ən çox səslə, 304, 306 səslə siz qalib gəlmisiniz. Fakt budur ki, prezident Obama 365 səs toplayıb...

- Mən respublikaçıları nəzərdə tuturam.

- G.W.Bush 426 səs toplamışdı. Əgər siz amerikalıların aldıqları informasiyaya saxta deyirsinizsə, özünüzün verdiyiniz informasiya isə saxtadırsa, amerikalılar sizə niyə inanmalıdırlar?

- Bilmirəm, mənə belə məlumat vermişdilər.

Digər xəbərlər