PDF Oxu

Köşə

  • 3 525

Başqanlığın iki başı

image

Nədənsə, hər zaman meydan deyəndə, yadıma heç bir uğura imza ata bilməyən, 24 ildən artıqdır ki, dişsiz çarx kimi yerində sayan müxalifət düşür. O müxalifət təmsilçiləri ki, xarici qrantlar hesabına əllərində olan qəzet, sayt və bir də sosial şəbəkələr vasitəsilə özlərini təbliğ edirlər. Əlilər, cəmillər, isalar və digərləri başlarını kola soxmaqla, elə zənn edirlər ki, arxalarını heç kim görmür. Amma bilmirlər ki, onları və müdafiəçilərini, mətbuatda, sosial şəbəkələrdə təbliğatlarını aparanlar - Xədicə kimilər, artıq çoxdan bəllidirlər.

Xüsusilə, Arif Hacılının başqan olduqdan sonra Müsavtın tifaqı dağılmağa başlayıb. Bir də, müahacir ömrü yaşayan eks-spiker tker R.Quliyevin dediyi kimi, "ay badbaxtlar", bilmirdiniz ki, dağıdıcı, satqından başqan olan partiyanını sonu belə olmalıdır.

Müsavatda bu gün baş verənləri isə ən yaxşı təhlil edən keçmiş Müsavat üzvü Elbəyi Həsənli partiyanın başqanı Arif Hacılının ünvanına tənqidi fikirlər səsləndirib: "Müsavat partiyasının məhvə doğru getməsinin səbəkarı yeni başqan A.Hacılıdır. Çünki Müsavat partiyasının başqanı dağıdıcı mövqedədir. Məhz Tofiq Yaqublu kimi, yəni birləşdirici fiqur olmalıydı. A.Hacılı isə dağıdıcıdır. Ona görə də, Müsavatın tifaqı xaraba qalıb. Tofiq bəy deyir ki, parçalanmışı yenidən birləşdirməyə çalışacaq. Bunun adı gopologiyadır. A.Hacılı başqan olandan sonra, partiyanın az qala bütün elitası təşkilatı tərk edib, bir nəfər də tanınmış sima bu partiyaya daxil olmayıb. Elə bu səbəbdən də, A.Hacılı sovet dönəmindəki kolxoz sədrləri kimi pambıq "pripiska"sına keçib".

Başın yarısı Arif Hacılının, yarısı isə İsa Qəmbərindir

Bir də "facebook"da bir kollaj yayımlanması əvvəldə dediklərimizin təsdiqidir desək, yanılmarıq. Görünən o idi ki, bir başın yarısı A.Hacılının, yarısı isə İ.Qəmbərin idi. Əslində, bu şəkil çox mətləblərdən xəbər verirdi. Amma bu kollajla da iş bitmirdi, Belə ki, görünən odur ki, Müsavat daxilində çəkişmələr nəticəsində, bu gün partiya yox olmaq ərəfəsindədir.

Böyük mütəfəkkir şair Hüseyn Cavid demişdir: "İblis nədir? Cümlə xəyanətlərə bais...Ya hər kəsə xain olan insan nədir? İblis.."

Unutmamalıyıq ki, dava elə yorğan davası olmaqla, bu xəmir hələ çox su aparacaq...

Digər xəbərlər