PDF Oxu

Köşə

  • 4 143

ƏLİ KƏRİMLİ - CANLI SƏHV

image

Azərbaycan iqtidarının sosial-iqtisadi islahatlar və kadr dəyişikliyi fonunda atdığı mühüm addımlarının hər biri, bu ölkənin əleyhinə işləyən daxili düşmənlərin başına sanki qaynar su tökür. Çox yəqin ki, normal düşüncəyə malik olan insanlar dəfələrlə bu amilin şahidi olublar. Belə qaynar sular, xüsusilə, AXCP, Müsavat və bu kimi digər dırnaqarası dağıdıcı müxalifət partiyalarının saxta liderlərinin başına tökülür, töküldükcə də yandırır. Hər halda, yandırmasaydı, bu qədər yekəbaşlıqlara, təkəbbürlərə, özündən müştəbeh çıxışlara yol verib, necə deyərlər, ağızlarına eşşək çulu yerləşdirməzdilər.

Məsələ də ondadır ki, xalqın, millətin, dövlətin yalnız inkişafını və rifah halının yaxşılaşmasını istəyən dövlət rəhbərliyimizin bu yöndə gəldiyi qənaətlər, verilən qərarlar Ə.Kərimli, İ.Qəmbər və s. xarici əllərdə oynadılan ipli kuklaların qıcıqlanmalarına səbəb olur. Niyə? Hansı səbəbdən? Həm də nə üzlə?! Adama deyərlər ki, sən bu dövlət və xalq üçün nə etmisən ki, indi də özünü "söz sahibi" kimi təqdim edib, üstəlik, fikir də bildirirsən? Təbii ki, bunu adama deyərlər, Ə.Kərimliyə, İ.Qəmbərə və bu tipdə "yaşayan" siyasi ölülərə yox. Çünki bu siyasi ölülərin işləri-gücləri satılmaqdan və xəyanətlə məşğul olmaqdan ibarət olub. Xalq da bunların hakimiyyətdə olduqları dövrü görüb, hər halda...

İstər hakimiyyətləri dövründə, istərsə də özlərini "müxalifət lideri" elan etdikdən sonra bunlar haqqında "N" qədər kompromatlar toplanıb, sübutlar, faktlar, dəlillər isbat edilərək, simasız "simalarına" çırpılıb. İndi də durublar iqtidarın verdiyi qərarlarda "səhv" axtarmağa. Halbuki elə bunların özləri başdan-ayağa qədər səhv məxluqlardırlar. Köhnə adamlar demişkən, bəlkə də bu dünyaya səhv olaraq gəliblər...

Baxın, ölkədə birinci vitse-prezidentlik postu yaradılıb, onlar isə siyasi həyasızlıq edirlər. Halbuki dünənə qədər nazirlər kabinetinin mövcudluğunu "qəbuledilməz" adlandıranlar da bunlar idi. İndi dağıdıcı müxalifət liderlərinin ətrafında olanlar belə başa düşmürlər.

AXCP sədri Ə.Kərimli dərhal düşüb ortaya və yuxarıda da yazdığım kimi, basıb ağzına eşşək çulunu. Ölkədə demokratik siyasi sistemdə islahatlar aparılır, bu siyasi gəda isə həmin əhəmiyyətli qərarı "ciddi səhv" adlandırır.

Birini qoyum, o birini deyim. Məhz xalq sizlərə inananda, bəlkə də ciddi səhv etmişdi. Çox şükür ki, bu səhvini bir ilin içində düzəltdi və sizləri tulladı siyasi zibilliyə. Siyasi zibillikdə tullantı qismində qalanlardan isə, daha adam-zad çıxmaz. Hətta ondan imtina edən (!) qohumları belə, iddia edirlər ki, Ə.Kərimlinin onların içinə düşməsi çox böyük səhviymiş. İndi hansı cür, necə, bunu Allah bilir və biz bəndələrin əlində olan şey deyil. Bu zaman AXCP sədrinin dərhal feysbuka çıxıb, artistlik etməsinə də ehtiyac yox idi. Axı sənin kimi canlı səhvin dedikləri səndən və sənin kimi digər həyat səhvlərindən başqa kimə lazımdır?

Digər xəbərlər