PDF Oxu

Köşə

  • 3 353

FOX TV-dən mədəd umanlar

image

2016-cı il iyul ayının 15-də Türkiyədə dövlət çevrilişinə cəhd edənlər TRT telekanalını, ardınca da "Doğan" Media Mərkəzini ələ keçirmişdilər. Vətən xainləri, ilk növbədə, Ankarada Polis Akademiyasını partlatmışdılar. Daha sonra küçələrə tanklar yeridildi, İstanbulda Atatürk Hava Limanını, hakim partiyanın Ankaradakı qərargahı zəbt edildi, Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu. O zaman TRT-yə edilən hücum FOX TV-də əsl bayram əhval-ruhiyyə yaratmışdı. Telekanalın aparıcısı Fatih Portakal efirdə necə sevinirdisə, Türkiyədə bütün türk millətini hədəfə almış çevrilişə dəstək nümayiş etdirirdi. Bu, həmin Fatih Portakaldır ki, bir neçə gün öncə, FOX TV-də ki, efirdən istifadə edərək, ölkəmizin imicinə zərbə vurmağa çalışdı. Hər halda, bu türk düşmənini "başa düşmək" olar, axı Türkiyədə baş verən terror aktlarını sevinclə qarşılayan bu "şanapipik" bizim xoş günlərimizə necə sevinə bilər ki!? Belələrinin əsas məqsədi Türkiyə-Azərbaycan qardaşlığına xələl gətirməkdir.

Fransada da maraqlı hal yaşandı. Fransız jurnalist Gilles Martin-Chauffier ölkəsində iştirak etdiyi televiziya proqramında Qərbin Türkiyəyə qarşı tutduğu mövqeni sərt şəkildə tənqid etdi. Fransa və Almaniyada yayımlanan ARTE telekanalında "28 Minutes" proqramında qonaq olan Gilles Martin-Chauffier Türkiyəni müdafiə edib: "Türkiyə ilə bağlı qışqırıb- çığırmağa bir son verin. Bu gün Türkiyədə həbslərin olduğunu deyirsiniz, amma Rəcəb Tayyib Ərdoğan 1998-ci ildə 1 ilini həbsxanada keçirəndə, hamınız susdunuz. Ərdoğan bir demokratdır." Qərb mətbuatı yazır ki, Gilles Martin-Chauffier artıq təqib olunur, mobil nömrəsinə təhdidedici zənglər gəlir. Budurmu Qərbin demokratiyası? Bizim müxalifətin jurnalistcikləri də elə F.Portakal kimi düşünürlər. Yadımdadır ki, 2016-cı ilin dekabr ayında Finlandiyanın Rusiya ilə sərhədində yerləşən İmatra şəhərində şəhər meri və iki jurnalist güllələnərək öldürülmüşdü. Həmin vaxt Azərbaycanın dağıdıcı müxalifətinin jurnalistlərindən də biri o tərəflərdə imiş. Deməli, bu hadisədən sonra başlayıb orada ölkəmizin dalınca danışmağa, guya Azərbaycanda jurnalistlərə qarşı təzyiqlər var. Cəmi iki-üç saat sonra bu jurnalisti ordan deport etmişdilər.

Deməli, F.Portakalın FOX TV-dəki çıxışı dağıdıcı müxalifətə xüsusi sevinc bəxş edib. Gör, nə qədər cılızlaşıb ki, Əli Kərimli FOX TV-nin aparıcısından sitatlar gətirir, sosial şəbəkələrdə onun yöndəmsiz, qərəzli çıxışından misal çəkir, bütün cəbhəçiləri də "hay"layıb ki, Fatihin dediklərini paylaşın. "Hamam Times", "Meydan" TV, "Azadlıq" qəzeti səhifələri də Fatihin çıxışını paylaşaraq, növbəti söyüşlərə start verdilər. Sosial şəbəkələrdə cəbhəçilərin, "Nida"çıların dövlət xadimləri haqqında işlətdikləri söyüşlər birbaşa Ə.Kərimlinin diqtəsi ilə işlədilir. Hər halda, 2017-ci ilin "Xoruz ili" olduğunu nəzərə alsaq, insanların ailələrini təhqir etmək əvəzinə, cəbhəçilər bundan Ə.Kərimlinin rəhbərliyi altında daha çox "yararlanmalı" idilər. Heç olmasa, bundan sonra "düşər"li olsun, "xoruzvari müxalifətçiliyinizə" qısılın, bəs edər!

Digər xəbərlər