PDF Oxu

Köşə

  • 3 552

Qərbin müsəlmana baxışı

image

Suriyada, İraqda, Əfqanıstanda və Qarabağda baş verənlər ABŞ-da baş versə idi, indi görün dünyada nələr olardı?! 2001-ci il sentyabrın 11-də "terror" qurbanı olasan, öz çıxışlarına görə, xalqını tikə-tikə parçalayasan... Lerikin ən ucqar kəndində dünyaya göz açan, 40 yaşında ilk dəfə Bakıya ayaq basan, avtobusa minəndə ayaqqabılarını çıxaran kəndlilərimiz də sentyabrın 11-i gələn kimi ABŞ-da partladılan o binadan danışırlar. ABŞ-da və Qərblə müsəlmanlar öz ölkələrində necə tanıdıblarsa, kim namaz qılan adam görsə, gedib polisə şikayət edir. Tanışlarımızdan bri ABŞ-da yaşayır, atasına yas saxladığına görə saqqal saxlayırmış. Sərnişin avtobusa minib ki, işə getsin, elə bu zaman hamı avtobusdan düşüb qaçıb. Deyir ki, mən avtobusa minəndə, hamı düşüb qaçırdı, avtobusdan düşəndə isə, polislər oturacaqların altında bombanın olub-olmadığını yoxladıqdan sonra, hamı qorxa-qorxa avtobusa doluşurdu. Ölkəmizdə kilsələr, monastırlar, sinaqoqlar fəaliyyət göstərir, kimsə qeyri müsəlmanın xətrinə dəymir, dəyə də bilməz. Biz insanlara inancına, dərisinin rənginə görə qiymət qoymuruq, insan olduğunu dəyərləndiririk. Amerikanın Cəlilabad kartofuna oxşayan gədə-güdələrini gülüşlə qarşılayıb, gülüşlə də yola salırıqsa, eyni münasibəti biz niyə görməməliyik. Rəhmətlik şair Əlibala Qədirlinin sözü olmasın, bizim dinimiz, müsəlmanlığımız Qərbin gözünə girir. Di gəl, ABŞ-in iti olmaq üçün müsəlmanlığını da, dinini də qurban verənlər az deyil. Belə it olmaq kimə sərf etməz ki? Görün ABŞ-ın iti olmaq necə əlahiddə bir zad imiş.

Deməli, bir nəfər gənc Nyu-Yorkda mərkəzi parkda gəzərkən, birdən quduz bir itin kiçik bir qıza hücum etdiyini görür. Qaçır və itlə "boğuşmağa" başlayır. Uzun bir süpürləşmədən sonra üst-başı qana bulaşsa da, iti öldürür. Balaca qızın da həyatını xilas edir. Son anda bu səhnəni görən polis təngnəfəs vəziyyətdə hadisə yerinə qaçır və gəncin yanına gəlir. Qucaqlayıb təşəkkür etdikdən sonra "Sən bir qəhrəmansan, sabah bütün qəzetlər səndən yazacaqlar" - deyir. Görəcəksən, başlıq da belə olacaq: "Cəsur nyu-yorklu kiçik qızın həyatını xilas etdi".

Gənc: "Amma mən nyu-yorklu deyiləm" - deyir.

Polis: "Fərq etməz, o zaman qəzetlər bunu yazacaqlar: "Cəsur amerikalı kiçik qızın həyatını xilas etdi".

Gənc artıq çaşaraq "Amma mən amerikalı da deyiləm" - deyir.

Polis "Bəs o zaman sən haralısan?" - deyə soruşduqda, gənc cavab verir:

- "Mən iraqlıyam!"

Polis gəncə başqa heç bir şey demir. Amma gənc sabahısı gün qəzetləri alanda, belə bir başlıqla qarşılaşır:

"Radikal islamçı günahsız amerikan itini öldürdü…"

Nə isə, özümüzə keçək. Eşitmişəm ki, bu yaxınlarda işdən çıxarılan bir məmur "Quran"ı oxumağa başlayıb. Qardaşı da and-aman eləyir ki, vallah, biz pis adam-zad deyilik, hamımız "Quran"ı oxuyub, təhlil edə bilirik. Nəticə necə, çıxara bilirsinizmi, ay sabiq məmur və qardaş? Vay o kəslərin halına ki, "Quran" oxuyanda da, oxumayanda da Amerikan abu-havasında yaşaya. Məsələn, vəzifəsi olanda, ABŞ-da özünü azərbaycanlı kimi tanıda, vəzifədən çıxanda, əsil-kökünü almanlara bağlaya… Əhsən! Di, çalışın, adınız ABŞ jurnallarına-zada düşməsin…

Digər xəbərlər