PDF Oxu

Köşə

  • 3 921

Öz xeyrini güdən bədnam məxluq

image

Ölkədə baş verən ən kiçik hadisəyə, hətta məişət olayına belə, siyasi don geyindirmək AXCP sədri kimi tanınan bədnam məxluq -Ə.Kərimlinin köhnə şakərlərindəndir. Ona görə köhnə şakərlərindəndir ki, bu fərd "siyasi fəaliyyətini", məhz bu kimi məsələlər üzərində quraraq, şəxsi maraqlarını güdür. Ancaq bilmirik ki, belə vasitələrlə xalqın və millətin qarşısında hər hansı bir siyasi uğur qazanmaq ümumiyyətlə, qeyri-mümkündür.

Müəyyən neqativ halları az qala "bəşəri" və "qlobal" problem kimi qabardaraq, gah keçirdiyi iclaslarında, gah da sosial şəbəkələrdə münasibət bildirən Ə.Kərimli görünür, siyasi məşğuliyyəti üçün yenilik əldə etməyi hələ də bacarmayıb. Bu baxımdan, belə bir tərzdə tərsinə düşünənlərə insan deyil, məxluq deyirlər. Çünki məxluqlarda normal anlama, hadisəni təhlil etmək, şüur qabiliyyəti olmur.

Yazsın və etiraf etsin ki, onun "vicdanına" nə qədər Vətən övladının günahsız qanı hopub!!!

Bu yerdə tərsinə düşünən məxluq Ə.Kərimlidən "vicdan" deyilən amil də uzaqdır. Bu tip məxluqlarda normal anlama, hadisəni təhlil etmək, şüur qabiliyyəti olmur. Belə ki, yaxşı olardı ki, məxluq Ə.Kərimli "alabaş" avtobuslarına doldurularaq, hərbi bilgisi olmayan gəncləri, yeniyetmələri, hətta hərbi komissarlıqların xəbəri olmadan, qaynar cəbhə bölgələrinə göndərərək, təpədən-dırnağadək silahlanmış rus-erməni hərbçilərinin qabağına yollamaları haqda çox sevdiyi "facebook" sosial şəbəkəsində yazsın. Yazsın və etiraf etsin ki, onun "vicdanına" nə qədər Vətən övladının günahsız qanı hopub!!!

Yazmır...Çünki bilir ki, ləyaqətsizlik və şərəf amilindən uzaq olan mövcuduğu belə olan halda, sərt cavab alacaq.

Ə.Kərimli yazmır ki, bu gün dünyanın heç bir dövlət başçısı öz ad gününü qaçqınlarla, köçkünlərlə, əlillərlə, müharibə veteranları ilə keçirmir, onları öz qayğıları ilə əhatə etmir, mənzillərlə, avtomobillərlə və digər həyat əhəmiyyətli amillərlə təmin etmir. Əslində, Ə.Kərimli bunları yazmasa da olar. Çünki onun nə isə yazıb-yazmaması, ondan fərqli olaraq, normal düşünməyi bacaran, hadisələrə düzgün qiymət verən sağlam düşüncəli ictimaiyyəti qətiyyən maraqlandırmır. Bu səbəbdən də, adıçəkilən məxluqun hər hansı "düşüncəsi" elə onun özü kimi tərs düşünən məxluqların marağında ola bilər ki, bu da çox maraqsız və cılız məsələdir.

Digər xəbərlər