PDF Oxu

Köşə

  • 5 103

Mehman olub MEHMANXANA

image

Görünən dağa bələdçi lazım deyil, bu, başqa müəmmadır ki, indi nə dağ vardır, nə də bələdçiliyə bir ehtiyac qalıb. Di, yeri, hanı sənin gücün, demək də pis çıxmır. Lakin 60-65 yaşda İsa Qəmbərin, Əli Kərimlinin gözlərini Mehmana dikmələri lap rüsvayçılıqdan da betər bir nüansdır. Mehman olub MEHMANXANA. Cəbhəçilərin "Azadlıq.info"nun hay-harayından belə çıxır ki, AXCP-nin yeni sədri Mehman Hüseynov olub. Bəs Ə.Kərimlini hara dürtürsünüz? Ali təhsili olmayan, hərbi xidmətdən yayınan, iki cümləni yaza bilməyən Mehmanın "vahiməli" musiqi altında təqdim etdiyi videoların ümidinə qalan Ə.Kərimlinin cılızlığı hər gün bir formada ortaya çıxır. Mehman gedib bir ev və hansısa məmurun adını hallandırır, hırtıldaya-hırtıldaya barmağını uzadıb, villanı göstərir: paho, cəbhəçilər də, Mehmanın pırpızbaş dostları da elə düşünürlər ki, sanki yeni bir ada, materik kəşf olunub və Mehman da olub Kristofor Kolumb!? "Vahiməli" musiqi altında hansısa villanı qıraqdan çəkib Rozasayağı gülümsəmək, böyük bir iş görübmüş kimi, "qürurlanmaq" nə qədər eybəcər görünür. Əgər mən yalan deyirəmsə, siz yoxlayın: Mehmanın əlinə verin qələm-varağı, deyin, beş-altı cümlə yazsın. Yaza bilsə, üzümə lənət! Bu adam jurnalist deyil axı, Mehmandan zorla "jurnalist" qayıranlar düşünürlərmi ki, mübtəda-xəbərin yerini bilmir!? Lap olsun, blogger... Bu adamın "jurnalist"liyi də, bloggerliyi də müğənni Səyyad Əlizadənin mahnısına quyruq elədiyi "Qan-qam stayl" çərçivəsində davam etməli idi, başını mahnılara-zada qatmalı idi, musiqilərdən calaq-malaq edib "like" qazanardı. Mehmanı bacarmadığı, məsuliyyətini dərk etmədiyi yola məcbur edənlər nə düşünürlər? Bircə gün polis bölməsində qalıb çıxandan sonra arvad kimi ağlayan, köynəyini çıxarıb göz yaşlarını silmək üçün dəsmal edən, özündən "qəhrəman" düzəldən Mehman bu iki il ərzində nə edəcək? Bunu, polis orqanlarına şər atanda, fikirləşməli deyildimi? Xoşlarına gəlir ki, həbs edilsinlər, sonra Avropanın bəzi çəlimsiz təşkilatları bunlar haqqında bəyanatlar versinlər, sonra da Avropa Məhkəməsinə verib, pul tələb etsinlər. "Azadlıq.info" yazmışdı ki, "Qərbin 24 təşkilatı M.Hüseynova azadlıq tələb etdi!" Təşkilatların fəaliyyətini izlədim və bu qərara gəldim ki, bunlar başqa cür edə də bilmzələr. Məsələn, Baqdasaryanın yaxın qohumlarının da çalışdığı "Sərhədsiz Reportyorlar", "Human Rights Watch" təşkilatları başqa nə etməli idi ki? Azərbaycanın imicinə ləkə vurmaq üçün Mehman kimilər əllərinə yaxşı girəvə vermirmi?

Məsələnin ən acınacaqlı tərəfi Mehmanın cəbhəçilərin, müsavatçıların, lap elə bunların başında duranların da blogger və jurnalist məfhumlarına münasibəti tamamilə fərqli və əndrəbadidir. Bunlar elə düşünürlər ki, blogger istənilən informasiyanı, hətta təxribat olsa belə, paylaşa, əksər məqamlarda dövlətin, dövlət xadimlərinin imicinə zərbə vurmağa cəhd edə bilər. Məsuliyyətə isə cəlb edilə bilməz. Elə əsl problem də bundan sonra başlayır. Kiminsə facebookda 5000 nəfər izləyicisinin olması, onu məsuliyyətdən sığortalamır. Olmayan bir şeyi paylaşıb, nəticədə, minlərlə insanda çaşqınlıq yaratmaq, əksər şər-böhtan xarakterli materiallar yaymaq məsuliyyət yaratmırmı? Mənim heç Mehmana da yazığım gəlmir, hərbi xidmətdə olmayan bir adamın, cəbhədə atışmalar getdiyi bir vaxtda, sosial şəbəkələrdə "vətənşüvənlik" etməsi əxlaqsızlıqdan və mənəviyyatsızlıqdan başqa bir şey deyil. Ən çox yazığım gəldiyi adam Kərimlidir, bu adam Mehmanın həbsindən özünə dividend qazanmağı düşünür.

Digər xəbərlər