Yel nə təhər əsibsə, ağacda bircə dənə də qoz qalmayıb, hamısı tökülüb Avropanın küçələrinə. Din xadimlərimizi bəyənməyənlər Avropanın din adamlarından misallar gətirməyi xoşlayırlar. Hələ bir onlara süvarilik etmək üçün rahib və rahibə olmağa da razıdırlar. Bəs gedib nə görürlər? Roma papası qızıldan düzəldilmiş taxtında oturub, Afrikada acından ölən uşaqların qarınları tox olsun deyə, dualar eləyir. Siyasətçilərimizi bəyənmirlər, ancaq Holandiyaya gedəndən sonra görürlər ki, parlamentdə cəmi bir "cins"in nümayəndələri- üzdəniraqlar əyləşiblər. Narkotikdən istifadə etdiyinə görə həbs olunanlar Hollandiyaya niyə də getməsinlər!? Artıq rəsmiləşdirilib və 2017-ci ilin fevral ayından başlayaraq, orda narkotik apteklərdə, mağazalarda açıq şəkildə satılır. Vay o günə ki, sonra peşman olasan, necə ki, bu peşmançılığı yaşayan az adam yoxdur. Ata-ananın adına kredit götür, sonra da apar Müsavat, AXCP rəhbərliyinə pul ver, "sənəd"lərini düzəldib mitinqdə bir-iki şəklini də çəkib Avropaya gedəsən, axırda görəsən ki, Qərbə yox, əslində, AvrOPPALARa göndəriblər səni... İllərlə insanları "siyasi mühacir" adı altında Avropaya göndərib, özlərinə gəlirli biznes şəbəkəsi quran İsa Qəmbər də, Əli Kərimli də, artıq istintaqa ifadə verirlər. Bundan az adam narahat deyil, məgər bu işlə təkcə onlarmı məşğul olur? Müxalifətçi adı altında mənəviyyat alverçilərinə çevrilənlərin içərisində hüquqşünasları da var, eks-deputatları da, cəbhə dövründə icra başçısı işləmiş bu günün çayxana müdirləri də.
I qrup mənəvi şikəst Aslan İsmayılov yaman xoflanıb, tez facebooka girərək, yazıb ki, Avropaya mühacir kimi getmək üçün məndən heç kim heç nə soruşmasın, heç kəs mənə zəng vurmasın, mesajlar da yazmasın. Əcəba, nə baş verdi, ay Aslan!? Yəqin bəs qədər yığmısan, indi görürsən ki, İ.Qəmbər, Ə.Kərimli istintaqa cəlb olunub, deməli, növbə sənə də çatacaq. Məsuliyyətsiz, işsiz-gücsüz, əziyyət çəkmədən yaşamağı özlərinə amal seçənləri beş-on min manat pulun müqabilində, bu ölkədən didərgin salanlar, onsuz da gec-tez qanun qarşısında dayanmalı olacaqlar, o cümlədən də, Aslan və aslanfasonların hamısı... Yadıma düşmüşkən, 8 mart günü Xədicə İsmayılın çıxardığı hoqqadan, ədəbsizlikdən də bir-iki söz deyim. Deməli, Xədicə qadınlar bayramı günü bir yaşlı qadına yaxınlaşıb, gül verir və deyir: "bu gülü sizə Mehman Hüseynov göndərib". Yaşlı qadında da, "çox sağ ol" deyir. Xədicə, nənədən soruşur ki, Mehmanı tanıyırsan? Yapışır yaşlı qadının yaxasından ki, "hə" desin. Özü də Mehmanı jurnalist kimi təqdim edən Xədicə onun ali təhsil haqqında sənədinin kopyasını paylaşa bilərmi? Sadəcə, facebookda gic-gic videolarla "məşhur"luq qazanan Mehman nə vaxtdan jurnalist oldu ki, xəbərimiz olmadı!? Qısası, "Nida"çıların bir siması olan Mehmanın yaxınları martın 8-də Bakı-Sumqayıt yolunda baş verən hadisəni lağ obyektinə çevirmişdilər. Bu mənəviyyatsızlar 5 nəfərin öldüyü qəza ilə bağlı sərsəm fikirlər səsləndirirdilər, orda da siyasi "rəng" axtarırdılar.
Avtoqəzada dünyasını dəyişən tələbələrimizin hər birinə Allahdan rəhmət diləyirik. Ancaq mənə çatmayan bir şey var: 16 nəfərlik mikroavtobusa 28 nəfər (təxminən 2 dəfə çox) necə yerləşib? Amma düşünürəm ki, burda təəccüblü heç nə yoxdur, çünki əgər minən olsa, bu avtobuslar yenə də saxlayar, düz 88 nəfəri üst-üstə yığar maşına. Acgözlük! Hətta imkanı olsa, sürücü 1 manatdan ötrü öz yerini də sərnişinə verər və maşını ayaq üstə, ya da dombalaq vəziyyətdə idarə edər. Ay sürücülər, ehtiyatlı olun, maşın sizlər üçün velosiped deyil, azacıq naşılıq, ya da sürət həddini aşma qəzaya səbəb olur. Nəticədə, fidan balalarımızla vidalaşırıq.