PDF Oxu

Köşə

  • 4 398

Cəmi bircə dəfə deputat olmaq istəyənlər

image

İşıq, qaz və su idarəsinə zəng eləyib özünü müdirə eks-deputat kimi təqdim etməyin də ləzzəti varmış: öncə ad-soyadını bütövlükdə ərz edirsən, əgər tanımasa, müxalifətçi "eks-deputat filankəs"əm deyirsən, bir az dostlaşsan müdirin Vatsappına Milli Məclisdəki çıxışlarından birini, ən yüngül halda, deputat nişanlı kostyumda bir foto göndərirsən. Amma həftənin 2 və 5-ci günləri ağır olur eks-deputatlar üçün. Bəzən belə də olur ki, hansısa idarə müdiri "eks" sözünü başqa cür başa düşür, elə bilir ki, "eks-deputat" lap yekə bir şeydir. 5 il aldığın maaş qədər pensiya alıb qoltuğuna da bir cuppulu "çomadan" vurub parkda gəzişirsən, gecə yuxuda gördüklərini səhərlər "proqnoz"laşdırırsan, daha nə partiya qərargahına gedirsən, nə də bir partiyadaşınla görüşürsən. İsa Qəmbər üz-gözünü də cırsa, Müsavata ayaq basmırsan, Arzu Səmədbəyli kimi evdən səhər çıxıb axşama qədər sabiqlərlə Atatürk Parkında dala-qabağa o qədər şütüyürsən ki, qaş qaralan kimi də, evə yollanırsan. Nə vecinə, ayda bir dəfə kartını bankomata soxub, böyük məbləğdə pul çıxarırsan, işədüzəltmə-zad da olur arabir və beləcə olursan "zolotoy" parin. Gör heç Nəsib Nəsibli, Pənah Hüseyn, Arzu Səmədbəyli, Cəmil Həsənli, İqbal Ağazadə geleylənirlərmi? Lap elə Həsənlini götürək, 2000 manat göz "xəstə"liyinə görə pensiyasını bu, bir, eks- deputat kimi maaşını da alır, bu, iki, işlədiyi başqa yerlərin hərəsindən də 500-1000 manat boğuşdurur, bu da üç, azdımı? Təkcə kartı bankomata soxub-çıxarmaqla ayda bu boyda pul yeyən Həsənlinin davası başqa şeydir, zalım oğlu deputat kürsüsü istəyirmiş də. 2005-ci ildə şalvarına "kley" töküb AXCP-yə yapışdırsalar da, yenə də orda qalmadı, qaçdı parlamentə ki, "mən deputat seçilmişəm." Olsun N.Nəsibli! Hələ də heç kim kimi, mən də başa düşə bilmirəm ki, bu adamın parlamentdə nə işi vardı!? İndi Türkiyəyə qaçıb, Kamil Vəli Nərimanoğlunun tələsinə düşüb. Özünə burda biznes qurdu, deputatlıq təqaüdünü də nəvəsinə bağışlayıb, özü də oturub İstanbul ayvalığında.

Fuad Əliyev, Əvəz Temirxan, Gülağa Aslanlı, Gözəl Bayramlı, Sərdar Cəlaloğlu, Mirmahmud Mirəliolu, Əli Əliyev həmişə bunun xiffətini çəkiblər: niyə deputat ola bilmədik, 5 il parlamentdə oturub ömür boyu da niyə o boyda təqaüd almayaq. İnanın, özləri də bunu etiraf edirlər, açıq şəkildə bəyan edirlər ki, məqsədimiz deputat olmaqdır, bütün bu hoqqabazlıqlar da bunun üçündür. Məsələn, F.Əliyev! Deputat olmaq üçün biznesini məhv elədi, əldə etdiyi pulların hamısını Ə.Kərimliyə, İ.Qəmbərə yedirtdi, ailəsindən uzaq düşdü, nəticədə, övladlarından da oldu, məcbur olub özünə başqa yuva qurdu. Hamısı deputat mandatına görə idi, lap insan xəcalət çəkir. Ə.Temirxanın deputatlıq arzusu lap dəhşətlərlə yadda qaldı: Lalə Şövkətlə izdivaca cəhd elədi, amma oxu daşa dəydi, ömrü boyu evlənmədi, gündüzlərini Nərimanov Parkında, gecələrini soyuq divarlar arasında keçirir. L.Şövkətin oğlu Sidqidən aldığı son zərbə onu nokauta saldı. Lap elə S.Cəlaloğlunu götürək: partiya sədrləyindən başqa hər şeylə məşğuldur. Bu hərşeyşünas Cəlaloğlu "elm"i işlər görür, Gülümsərov kimi calaq eləyir, təklif etsən, lap kartof-soğan da satar, təki siyasi bir nəsnə olmasın. Bu adama lazım idi ki, 5 il deputat olsun, sonra da ADP-nin qərargahında otursun, "Bəxt üzüyü" filmində Hüseyn demişkən, gic-gic şeirlər yazsın, rahat alverini eləsin, fizikidan-kimyadan, biologiyadan, astronomiyadan "xəbər" versin. Adamın lap deputat olmağı gəlir, amma öncə adam- vətəndaş olmaq lazımdır!

Digər xəbərlər