Daha nə olmalıdır ki, Xədicə İsmayılın kimliyi ortaya çıxsın!? Xədicə həbs ediləndə ermənilər Almaniyada, ABŞ-da, hətta Yerevanın özündə aksiyalar keçirtdilər, bu "xanımça"nın müdafiəsinə qalxdılar, Xədicənin ağır çəkisini bir neçə portretə yerləşdirib, başlarının üzərinə qaldırdılar. Ermənilər öz doğma "casus-bacı"larına qahmar çıxdılar və dünən Fransda Xədicənin portretlərini götürüb, kiçik aksiya keçirdilər. Halbuki Xədicənin portretlərinin göyə qaldırılmasına heç bir ehtiyac yox idi. Bu adam (?) ki, azadlıqdadır, heç kim mane olmur, ağlına gələni də yazır. Məsələnin daha biabırçı tərəfi var: ermənilərin Fransada keçirdikləri bu kiçik aksiyada Xədicənin portreti PKK terror təşkilatının başçısı Abdullah Öcalanın portreti ilə yanaşı niyə qaldırılmışdı? Bir sürü erməni nəyə etiraz etdiklərini özləri də bilmirdilər, məğlubiyyətin acısını, stressini necəsə çıxarmaq lazımdır, yoxsa yox!? Ermənistanın bayrağı, Öcalanın portreti, terrorçu təşkilatların, qondarma "respublika"ların bayraqları və Xədicə İsmayılın portretləri. Bu adam siyasətdə, evdə, işdə, cəmiyyətdə nə qədər portretsiz biri olsa da, ancaq ermənilər "qədr"ini biliblər və ona "portret ağacı" əkiblər. Bu yaxınlarda məşhur jurnalistlərimizdən birindən (adını çəkmək istəmirəm) AXCP-dən xahiş ediblər ki, Xədicə haqqında bir köşə-"portret yazı" qələmə alsın. Jurnalist razılaşıb, ancaq şərt kəsib ki, gərək ona bir müddət "pis yuva"larda yaşamağa şərait yaratsınlar, bütün satqınlıqları etsin, bir sözlə, əclaflığın son nöqtəsinə qədər yüksəlsin.
Fransa erməni təşkilatlarının "Collectif Van" nəşri martın 8-də çağırış etmişdi. Görünür, bu çağırışa ilk cavab verənlərdən biri də Xədicə olub, ancaq bu dəfə özü gedə bilməyib, portretini göndərib. Azsaylı bu aksiyaya baxıb, ermənilərin necə rəzil durumda olduqlarını bilmək olar. Halbuki bu aksiyadan bir neçə saat əvvəl yüzlərlə azərbaycanlı və türk Eyfel qülləsi yanında Azərbaycan dövlət başçısının Fransaya rəsmi səfərini coşqu ilə qarşılamışdılar. Harda, hansı ölkədə olursansa ol, dövlətinin, Prezidentinin yanında olmaq vacibdir və bunu da hər zaman dünya azərbaycanlıları sübut ediblər. Ermənilərin bu kiçik aksiyalarında "portret şəklində" iştirak etmək Leyla Yunusa da qismət oldu. Maşallah, ölkəmizdə nə qədr şərəfsiz varsa, ermənilər hamısının plakatını qaldırıblar. Ermənilər L.Yunusa "sadiq" qaldıqlarını sübut elədilər, 1992-ci ildə L.Yunusun onlara göndərdiyi döyüş xəritələrinin, şəxsi heyətin siyahısının əvəzini çıxdılar. Hətta hər həftə bir ölkədə mənzillənən L.Yunus ötən ay Hollandiyada ermənilər tərəfindən ziyafətə dəvət olundu, o ki var, yeyib-içdi. Sonra da Orduxan Temurxan adlı "şəbəkəçi şərbaz"la görüşüb, dövlətimizin əleyhinə fikirlər səsləndirdilər, dövlət əleyhinə çağırışlar etdilər, inananları zorakılığa səslədilər.
Məlumata görə, L.Yunus "Femen" qrupunun qızları ilə birlikdə Azərbacan əleyhinə video-rolik hazırlamaq istəyir. Hətta buna görə, böyük məbləğdə pul xərclədiyi də bildirilir. Nə isə, özü bilər, ancaq daha yol qalmayıb, birincidən tutmuş axırıncı yola qədər "uğur"lu addımlar atan bu "qadın"dan hər şey gözləyin.