PDF Oxu

Köşə

  • 4 034

Passiv müxalifətin aktiv yoxluğu

image

"Milli Şura"da baş verən qarşıdurmalar bir neçə dəfə cəhd edilən uğursuz aksiyalar onların fəaliyyətsizliyini təsdiq edir. Bu səbəbdən, yaz fəslində kimlərsə müxalifətin passiv olduğunu deyib, ona irad tutursa, buna təəccüb etməməlidir. Təəccüb etməməlidir ona görə ki, bu ənənəvi müxalifətçilər istər hansı fəsil olmasından asılı olmayaraq, daim passiv vəziyyətdə qalmaqla, aktiv yox səviyyəsinə eniblər.

İndi düşərgədə yaranan ikitirəliklər də, məhz bundan qaynaqlanan məsələlərdir. Baxın, hazırda düşərgənin bir qismində A.Hacılı və Ə.Kərimli tərəfdarları olmaqla, iki ayrı cəbhə bölünüb. Hər iki tərəf amansız və aqressivdir. Bu aqressivlik isə, necə deyərlər, tarixi köklərə söykənir.

Elə də uzağa getməyərək, qayıdaq geriyə və müxalifətin 2013-cü ilin seçkilərinə birlikdə və vahid namizəd formasında qatılmamalarının əsas səbəblərini xatırlayaq. Nə olmuşdu həmin vaxtlar?

Fəaliyyətini dayandırmış və həmin ərəfələrdə pərakəndə şəkildə fəaliyyətini göstərmiş bədnam "İctimai Palata" adlı qurum seçkilərlə bağlı hər hansı adekvat addımlar atmağı bacarmadı. Hətta bu qurumun koordinasiya şurasının üzvü Oktay Gülalıyev də, etiraf etmişdi ki, "palata" və müxalifət partiyaları prezident seçkilərinə hazır deyilmiş. Belə də oldu..!

Hələ bu harasıdır? Digər müxalifət təmsilçisi, AXP sədri Pənah Hüseyn 2015-ci ilin parlament seçkiləri ilə bağlı demişdi ki, müxalifətdə olan siyasi partiyalar və qurumlar passivlik sindromundan yaxa qurtara bilmirlər: "Müxaliflər seçkilərlə bağlı hər hansı tədbirlər planı hazırlamaq əvəzinə, daxildən biri-birilə yersiz rəqabət aparmağa üstünlük verirlər".

Baxın, dəyərli oxucular, bu, yüzlərlə, bəlkə də minlərlə edilən etiraflardan, sadəcə, ikisidir. Belə olan halda, anlaşılmayan budur ki, bəzi siyasi yazarlar müxalifətin yay aylarında nəyə görə passiv olduqlarını soruşurlar. Əcəba, müxalifət yalnız yay aylarındamı passivləşir? Axı biz bu müxalifətin illər uzunu passiv olduğunu görürük. Yəni bu sualın məntiqini dəyişmək lazımdır. Sual etmək lazımdır ki, əgər müxalifət uzun illərdən bəri passivdirsə, bu passivliklərini etiraf edirlərsə, onda nəyə görə hələ də hakimiyyətə iddialı olduqlarını deyərək, müxalifəti təmsil etdiklərini deyirlər? Maraqlı sualdır deyilmi..?

Digər xəbərlər