Dünən "Milli Şura" adlı qondarma qurum iclas keçirib. Yığıncağa gələnlər öz dərdlərini və eybəcərliklərini kənara qoyub problemlərindən danışıblar. Olsun, danışsınlar! Ancaq necə və nəyə görə? Ə.Kərimli Norveçi misal gətirir və bu ölkədə yaşayan insanların dünyanın ən xoşbəxt insanları olduğunu bildirir. Sözsüz ki, Kərimli Norveç haqqında cəmi-cümlətan bunu eşidib və dilə gətirir. Ancaq bilmir ki, Norveç həm də dünyada "intihar yuvası" kimi hesabatları bəzəyir və dünyada ən çox intihar hadisələri də, məhz bu ölkədə baş verir. İntihar hadisələrinə görə, Norveç dünyada birinci yerdə dayanır. Dəyanət Rzayev intihar edəndən bir neçə dəqiqə sonra Gültəkin Hacıbəyli sosial şəbəkələrdə status yazdı ki, psixoloqun maddi proeblemləri olub, dövlət həll etməyib və daha nələr. Ancaq Gültəkin başa düşmək istəmədi ki, Dəyanətin pulu var idi, evi-eşiyi, maşını, ofisi də ki öz yerində. Özü məktub yazmışdı, bütün əmlakını, pulun övladları arasında vəsiyyətnamə ilə bölmüşdü. Ancaq nə baş verdi? C.Həsənli dedi ki, intihar edən bu adam iş axtarırmış, ciddi maddi problemləri var imiş. Axı maddiyyatdan da üstün dəyərlər var, mənəvi zənginlik vacib deyilmi? Hər şeyi maddiyyatla bağlamaq, sadəcə, axmaqlıqdır, necə ki, qaragüruhçu "şura"çılar bunu hər addımbaşı təsdiq edirlər.
AXCP sədrinin "mühacir biznesi"nin "baş direktoru" İlham Hüseyn intihar edənlərə haqq qazandırıb. Ay İlham, nə edirsən et, amma intihar etmək lazım deyil. İntiharları təbliğ etmək sizlərə nə verir axı!? Baxın, görün özünüz haradasınız? Özünüz cəhənnəm, yox kimi varsınız, siyasətiniz də çoxdan intihar etmiş durumdadır, heç olmasa, bunu təbliğ etməyin. "Azadlıq.info"da dərc edilən "Əli Kərimlidən möhtəşəm yazı" başlıqlı "material"ı oxuyandan sonra, başa düşdüm ki, heç vaxt cəbhəçilər normal müxalifətçi olmayacaqlar, nə də Kərimli özünü "lider" kimi insanlara təqdim edə biləcək. İnsan nə qədər sadəlövh olar. İki Nurəddin Məmmədlinin arpasını bölə bilməyən Kərimlinin islahat "proqnoz"ları çayxana müdirinin hesab-kitab dəftərindən fərqlənmir. Biz H-Olland pendiri yesək də, bunu dükanlardan alırıq, bizim öz mətbəximiz var.
İndi də gənc yazıçı Mövlud Mövlud intihar elədi. Hərə bir şey yazdı. Allah rəhmət eləsin! Ancaq insanların ölümü üzərində belə özünə xal qazanmağa çalışan Kərimli bu cür məsələlərdən də istifadə etməyə çalışır. Nə isə... Sumqayıt yolunda qəza törədən sürücünün ailəsini pulla ələ almağa çalışan, onları dövlət əleyhinə danışdırmağa cəhd edən Kərimli üçün fərqi yoxdur, kim, harda, necə öldü!? Əsas odur ki, bu adam (?) narıncı dodaqlarını qabağa verib, əlini də yuxarı qaldırıb boş-boş danışsın. Təki desinlər ki, danışır.
P.S. Hər gün Hollandiya polislərindən videolar çəkib zəhləmizi tökən, onlardan doğmaları kimi dəm vuran Orduxan Temurxandan xəbər yoxdur axı!