Bilmirsən hardan başlayasan: vicdansızın əlindən vicdansızlığını alan ürək tutmasındanmı, infarktdanmı, ölümdənmi, lap Eldar Sabiroğlu kimi Türkiyəyə müalicəyə gedən birinin tökdüklərinin qarşısına çıxmasındanmı!? İlqar Verdiyevin ruhu yapışıb Eldarın boğazından, bu de, oğlu özünə qənim oldu, hətta bir az da irəli getdi: vaxtilə ermənilərlə işbirliyində ittiham etdiyi Leyla Yunusla "dost" olacağına dair anons elədi. Rəzalət, ikrah və fasiləsiz tfu, tfu, tfu... Türkiyəyə getməmişdən öncə də Ə.Kərimlinin intiharlar haqqında dediyi kəllə-mayallaq fikirlərin bir qulpundan yapışıb, dartışdıra-dartışdıra uzadıb, sonra da dəstəklədi. Eldarın vaxtilə xəyanətkar, sərsəm addımları nəticəsində, intihar edən hərbçimizin ahını hara, yaxud elə Sabiroğlunun öz günah dəftərinin hansı varağına yazaq!? Dünyada ən kasıb 50-ə yaxın ölkə var, ancaq bu ölkələrdə intihar edənlərin sayı inkişaf etmiş Avropa ölkələrində baş verən intihar hallarının sayından dəfələrlə azdır. Anqola, Banqladeş, Əfqanıstan, Benin, Bhutan, Qambiya, Demokratik Konqo Respublikası, Efiopiya, Kape Verde, Çad, Dijibouti, Eritre v s. dövlətləri dünyanın ən kasıb ölkələridir Ancaq bu ölkələrdəki intihar hallarının sayı dünyanın ən çox inkişaf etmiş dövlətləri- ABŞ, İngiltərə, Norveç, Fransa, Uels, Niderland Krallığı, Kanada, Rusiya, Çin, Yaponiya və İtaliyadakı intihar hallarının sayından qat-qat aşağıdır.
Yadınızdadırsa, özünü müğənni elan edən M.Tahirqızı adlı qadın alverçisi vardı. İndi həbsxanadadır, 3 il müddətinə azadlıqdan məhrum edilib. Deyilənə görə, Maral həbs ediləndən bir müddət sonra "Milli Şura"çılar vəkil Adəm Məmmədovu göndəriblər onun yanına ki, ələ alsınlar və onu məcbur etsinlər ki, hansısa məmurun, yalandan da olsa, adını çəksin, guya həmin məmur bunu himayə edir. Maral razılaşmayıb, təbii ki, əgər razılaşsa idi, bu, Kərimlinin işinə yarayırdı. Əvəzində Marala vəd də veriblər, deyiblər ki, əgər razılaşsa, onu "siyasi məhbus" elan edəcəklər və belə don geyindirəcəkdilər ki, guya hansısa məmurun güdazına gedib. Deyirəm ki, Maral kimilərində olan qeyrət belə "şura"çılarda yoxmuş. Marala bax e, ən pis işlərlə məşğul olasan, ancaq kiminsə alçaq siyasi oyunlarına özünü satmayasan. Məsələnin başqa tərəfi də var: görün, bu adamlar kimlərdən, kimlərin həbslərindən mədət umurlar!? İnanın, əgər təklifləri baş tutsa idi, Maral çıxandan sonra olacaqdı "Milli Şura"nın koordinasiya şurasının üzvü, ya da AXCP sədrinin müşavirlərindən biri. Məgər o birilər bundan yaxşıdımı? M.Tahirqızı Xədicə İsmayılın yanında toya-bayrama getməlidir. Maral elədiklərini gözləri ilə bir özü görürdü, bir ətrafındakılar. Xədicənin elədikləri tamam faş oldu, bütün ölkə onu "izlədi". İndi baxın, cəbhəçilər ona "mama", "Nida"çılar "roza" (gül), ümumilikdə isə, bu cameə ona "bacı" deyir. Nəbada, cəbhəçilərin ona dedikləri ilə "Nida"çıların dediklərini birləşdirəsiniz.