Dünən Məsud Əskər adlı "Nida"çının statusuna cəbhəçilərdən birinin yazdığı şərh birbaşa Əli Kərimlinin mövqe olduğu məlum olub. Cəbhəçi bambılı yazır: "Sarkisyan "İsgəndər" raketini atsaydı, canımız bu iqtidardan qurtarardı...". Görün, bunlar iqtidara, dövlətə olan düşmənçiliklərini necə büruzə verirlər? Özü də hakimiyyətə gəlmək üçün ölkəmizə raket atılmağının da tərəfdarıdırlar. Qınamıram, Sarkisyan səyləyib, yuxu görüb və sərsəm fikirlər söyləyib. Bizim də sakisyansifətlər bundan sevinib içlərini töküblər. Vaxtilə Ə.Kərimli "iqtidara gəlmək üçün Sarkisyanla da işbirliyinə hazıram" deməmişdimi!? Tak çto, cəbhəçilərin ermənipərəst mövqeyi şəxsən mənə heç də təəccüblü görünmür. Sarkisyan başa düşür ki, bunu edə bilməz, çünki bu addım Ermənistanın bir dövlət kimi məhv olması deməkdir. Bəs cəbhəçilərə nə olub belə? Görünən budur ki, cəbhəçilər heç də hamı kimi çörəyi ağızlarına yemirlər, əllərinə nə düşürsə, ora-buralarına bulaşdırırlar. Siz də təəccüblənməyin.
Ötən ilin aprel ayında cəbhədə baş verənlərdən sonra Ermənistanda geniş yayılmış, özü də ermənilərin sosial şəbəkələrdə özlərinin yazdığı bir lətifəni diqqətinizə çatdırmaq istəyirəm ki, bir az güləsiniz, əslində, kimin kim olduğunu elə bircə lətifə ilə anlayasınız.
Bir erməni saçını qırxdırırmış. Bərbər soruşur:
- Hərbi xidmətə getmisiniz?
- Bəli!
- Harda olmusuz?
- Azərbaycanla sərhəddə.
- Azərbaycanla sərhəddə?
- Bəli, Azərbaycanla sərhəddə.
Aradan bir neçə dəqiqə keçir, bərbər təkrar soruşur:
- Hərbi xidməti harada çəkmişdiz?
- Azərbaycanla sərhəddə.
- Harada, harada?
- Azərbaycanla sərhəddə dedim də!!!
Bir neçə dəqiqə sonra bərbər yenə soruşur:
- Demək, hərbi xidməti Azərbaycanla sərhəddə çəkmisən hə?
- Bəli, bəli, bəli! Azərbaycanla sərhəddə çəkmişəm!
Bərbər bir neçə dəqiqə sonra eyni mövzunu bir daha açmağa cəhd edincə, erməni qışqırır:
- Offff, hərbi xidmətimi Azərbaycanla sərhəddə çəkdiyimi əlli dəfə söylədim. Niyə təkrar təkrar soruşursan?
Bərbər:
- Azərbaycanla sərhəddə deyincə; saçların biz biz durur, mən də daha rahat qırxıram.
Ədası, təkəbbür yerə-göyə sığmayan Hikmət Hacızadəyə zəng vurdum. Hikmət vaxtilə Azərbaycanın Rusiyada səfiri olub. Müsavatın divan üzvü olandan, bu adam kreslo həsrəti çəkir. Kəsəsi, "SƏS"in adını eşidən kimi bircə cümlə dedi: "Mən sizə müsahibə vermirəm, iqtidar qəzetlərinə açıqlama vermirəm". Dərhal bu adamın yazdığı "Demokratiya haqqında 150000 işarə" "Demokratiya: Gediləsi uzun bir yol" kitbaları yadıma düşdü... Kitab da nə kitab: Qərb siyasi ekspertlərinin məqalələrini "kopipast" eləyib, kitab "yazıb". Ay Hikmət kişi, səndə olmayan şeydən niyə yazırsan bəs? "SƏS"in bircə sualına tab gətirə bilməyən Hikmət iqtidara iddialıdır.
Hə, bir də gözünüz aydın, Azərbaycan Feysbuk Partiyasının sədri Əli Kərimli mitinq keçirməyə hazırlaşır. Bax, bunlar belədirlər: məhsuldarlıqları olmayanda, eyiblərini örtmək üçün "Məhsul" yığışırlar, diktatorluqları da tutanda, demokratiyadan-zaddan kitablar yazırlar.