31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ... Bu tarix, nə qədər qəribə səslənsə də, əlamtdar tarixdir. Bir də, bu, o tarixdir ki, erməni vəhşiliyini, erməni zülmünü və erməni qaniçənliyini bir daha üzə çıxarır və xatırladır ki, ey azərbaycanlılar, ulu babaları, nənələri qanında boğulmuş millət, unutma ki, unudulmayasan!
Məhz elə buna görə də, unudulmayan Xocalı kimi bir faciəni artıq dünya soyqırımı kimi tanımaqdadır. Dünya faktlar, sübutlar, sənədlər, canlı şahidlər hesabına Xocalını soyqırımı kimi tanımağa məcbur oldu və bu istiqamətdə dövlətin qətiyyətli iş aparması sayəsində, Xocalı dedikdə, SOYQIRIMI sözü öz məntiqi yerini tutmağa başlayıb.
Belə olan halda, bu reallığı 31 mart tarixinə kökləməyin zamanı da çatıb. Ancaq təəssüf doğuran da odur ki, yalanlar üzərində qurulan "24 aprel" adlı olmayan bir tarixi, hadisəni böyük türk dünyasının adına yazmaq və ya yazdırmaq riyakar və işğalçı ermənilərə müyəssər olub.
Ancaq işğalçı ermənilər bilməlidirlər ki, Azərbaycan Xocalını, 31 mart hadisələrini dünyaya tanıtdıqca, "24 aprel" stereotipini, ağ yalanını əzəcək. Çünki həqiqət hər zaman yalan üzərində qələbə çalıb.
Söz yox ki, "24 aprel" yalanını əzmək üçün bu millət Xocalı və 31 mart soyqırımlarını tanıtmaqla yanaşı, Qarabağdan da keçməlidir. Bu da reallıqdır ki, bu millət həmişə tarixi torpaqlarını azad etməklə, öz hüququnu müdafiə etmək əzmində olub və bu əzmi isə xalqa dövlət verib, dövlət yaradıb! Xalq da öz dövlətinə və xalqına inanır, Ali Baş Komandanın əmrini gözləyir! O gün uzaqda deyil. Yaxın zamanlarda, əlbəttə ki, bu qələbə addımlarının altında "24 aprel" adlı utopiya əziləcək və Azərbaycan dövləti, ölkə rəhbərliyi, məhz hücum siyasəti nəticəsində, öz qələbələrini ardıcıl qazanacaq!