PDF Oxu

Köşə

  • 4 247

"Milli Şura"nın "sezon" mitinqinin qrant xülyaları

image

Payız-qış aylarında yas, yaz-yay aylarında isə ara toyxanalarını xatırladan "Milli Şura" adlı ölü qurumun yenidən ilıq yaz günəşinin işartıları altında çiçəyinin çırtlaması təəccüb doğurmur. Adıçəkilən bu ölü qurumda mümkün qədər eyforiyalara qapılmaq imkanları olacaq? Həmin eyforiyalarda daha nələr deyilməyəcək, nələr danışılmayacaq və nələr hapa-gopa basılmayacaq? Əli Kərimli sol tərəfdən, Cəmi Həsənli sağ tərəfdən, daha nə bilim, aşağıdan- yuxarıdan, ən əsası da satqınçılıq və xəyanətkarlıq simvolu olan Xədicə İsmayıl, daha kimlər və kimlər çırtıq çalıb ortaya düşəcəklər ki, bəs "Milli Şura" yas palatkasından toy palatkasına keçid aldı və qrantlar onları gözləyir. Bu yerdə ay qrant xəstəliyinə tutulanlar, çayı hoppanmamış, "bərəkallah" deməyin. Çünki həmin mitinqlərin keçirilməsində bir balaca "o söz"... Yəni anlaşılmazlıqlar mövcuddur ki, bundan da təəccüblənmək lazım deyil. Məsələ ondadır ki, bu günə kimi keçirilən mini aksiyasındakı biabırçılıqlardan sonra hər hansı "möhtəşəmlikdən" danışmağın, ümumiyyətlə, yeri yoxdur və aksiyalarda da iştirak edən 200-300 nəfər başıpozuqlar dəstəsinin hər bir üzvü, əslində, nəyə görə ora toplaşmalarının fəriqndə belə deyildilər.

Yaz gəldi, yonca bitdi...

Qaldı ki, Müsavat başqanı Arif Hacılının "artıq aprel ayından mitinqlərə start vermək" iddiasına, demək istərdim ki, vallah da, billah da, apreldə də heç nə olmayacaq! Beş-üç nəfər muzdlu mitiqçi düşəcək "Məhsul"un ortasına və başlayacaq hoydu-hoyduya, daha nə bilim, nə...nə....nə... Amması da odur ki, dediyiniz mitinq baş tutmayacaq. Hətta icazəli aksiya olsa belə, onlar yenə də nə isə "qaynatmağa" çalışacaqlar. Amma hələ bir cəhd etsinlər, biz də görək. Hərgah eyforiyaya qapılıb "o söz" olmasalar. Əsası isə odur ki, yaz gəldi, yonca bitdi...Görünür, bu dəfə mitinq "qəhrəmanları" qrantların dalınca çox baxacaqlar...

Digər xəbərlər