Bəzi insanların bir-birilərini aldatması normal haldır, o mənada ki, insanın öz-özünü aldatması daha anormal, daha qorxulu və təhlükəlidir. Martın 31-də Zivərbəy Əhmədbəyov küçəsi ilə çəkilişə gedirdik, bir də gördüm ki, Nemət Pənahlı "Lexus" markalı, 90 CL 010 dövlət nömrə nişanlı avtomobili ilə hərəkət edir. Tez-tez sağ-sol manevrlər edən Nemət dəfələrlə qəza vəziyyəti yaratdı. Azca qalmışdı ki, sərnişin avtobusu Nemətin belinə minsin, daha doğrusu, onun maşının... Sən demə, Nemət "Ağ Blok"un tədbirinə gedirmiş, özü də 1 saat əvvəldən orda olub. Amma niyə tələsirdi, maşını nə üçün velosiped kimi idarə edirdi, bu, başqa məsələ. Hətta təhlükəsizlik kəmərini vurmaması da bir yana. Sözümü nəyə gətirirəm? Deməli, Nemət bu 30 il ərzində elə bilir ki, SSRİ-ni o dağıdıb. Hətta tədbirdə də bu məsələyə eyham vurub, özünü "SSRİ-ni məhv edən tarixi şəxsiyyət" kimi qələmə verib. Düzdür, dodaqlarının alıtnda gülümsəyənlər olub, Mirmahmud Mirəlioğlu başını yelləyib, Əli Əliyev ona-buna göz vurub və s. Bu adam 8 dəfə ali məktəbə imtahan verdi, qəbul ola bilmədi, əlifbamızı bilməyən Nemətin xalq hərəkatı dövründə hansı səbəbdən tribunaya qaldırılmasını hər kəs yaxşı bilir. Dəfələrlə rus "KQB"sinin arxivlərinin açılması məsələsi gündəmə gələndə, Neməti üşütmə tutur, soyuq tər basır. Elman Türkoğlunu da sovet "KQB"si ilə müqaviləli şəkildə işləməyə bu adam sövq etmişdi. Ötən əsrin 70-80-ci illərində bu tip adamlar məhkəmələrin məşhur hal şahidləri idilər. Ulu Öndər Heydər Əliyev Azərbaycan ziyalılarını, konkret deyək ki, Bəxtiyar Vahabzadəni ("Gülüstan" poemasına görə) repressiyadan, sovet ölüm maşınının əlindən xilas edəndə, bunlar ziyalılarımızın üzünə durmaq üçün fürsət axtarırdılar, məhkəmələrdə hal şahidliyi edirdilər.
Nemətin özünü "vacib" şəxs hesab eləməsi özü üçün nə qədər ciddi məsələdirsə, cəmiyyət üçün bir o qədər müştəbehlik, qeyri-ciddilik və səfehlik olaraq qəbul edilir. Nemətin dediyindən belə çıxır ki, SSRİ-ni dağıtmaq üçün ABŞ-ın təkcə ötən əsrin 80-ci illərində xərclədiyi 30 milyard dollar elə-belə şey imiş. Paho, "qətnaməyə" hələ də "qətqamə" deyən Nemətin bu günün dəlisi deyil, uşaq olsam da, mənim də yadımdadır ki, diplomsuzluğuna don geyindirmək üçün tribunada qışqırmaqla özünə xal, vəzifə qazanmaq istəyən bu adam qohum-ərqəbasını söyüş söyə-söyə meydana çağırırdı. AXC-Müsavat hakimiyyəti dövründə rayonlarımız ard-arda işğal olunanda Nemət Rusiyaya və İrana bəyanatlar göndərirdi ki, hamınızı məhv edib, imperiya quracağıq. Bu nə səfahelik idi, hələ də başa düşmürəm? Kəlbəcərin işğalı zamanı Elçibəylə ağız-ağıza verib demişdi ki, eybi yox, qoy ermənilər alsınlar, biz tezliklə BMT-nin dəstəyi itirilən torpaqlarımızın hamısını geri qaytaracağıq. Əksinə oldu, olanları da ermənilərə verdilər.
Deməli, 3 gün əvvəl Şamaxıda idim, yerli insanlarla söhbət zamanı bir yaşlı sahibkar mənə yaxınlaşdı. Dedi ki, müxalifətçilər onu bir dəfə aldadıb danışdırıblar, səsini yazıblar, sonra da onun danışığını montaj edərək youtube.com-a yerləşdiriblər. Məlum oldu ki, cəbhəçilər rayonlara gedib insanları təxribata çəkirlər, onlardan dövlət əleyhinə fikirlər öyrənmək, daha sonra bunu ictimailəşdirməyə çalışırlar. Bu yaşlı sahibkar da Ə.Kərimlinin ünvanına yekə bir "düüüd" buraxıb, cəbhəçiləri bu addımına görə qınadı. Həqiqətən də, düz iş deyil axı, insanların fikirlərini montaj və təhrif etmək elə cəbhəçilərə yaraşardı.