PDF Oxu

Köşə

  • 5 133

Cihazbaş kommunistdən milli satqınlara qədər...

image

Arsızlığın həddinə baxın, ilk dəfədir ki, insanın mənəvi şikəstliyinin bu dərəcədə ağırlığının şahidi oluram. Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükanov deyir ki, 28 aprel tarixi ölkəmizdə rəsmi bayram kimi qeyd edilməlidir. Çünki həmin tarixdə Azərbaycan XI Qızıl Ordu tərəfindən işğal olunmayıb, sadəcə, ölkəmizdə sovet hakimiyyəti qurulub. Bu cür fikirlərin sahibi olan bir adama (?) tarixi xatırlatmaq, sadəcə, vaxt itkisidir. Lakin M.Tükanova bir kiçik məsləhətim var: yaxşı olmazmı ki, Azərbaycan tarixinə barmaq eləmək əvəzinə, öz eyiblərini örtəsən? Məsələn, 40 il sənə çörək verən partiyanızın keçmiş sədri Sayad Sayadovun həyat yoldaşını ləkələmək insana yaraşarmı? Ən vacib insani keyfiyyətlərdən məhrum olasan ki, öz dostunun ölümündən sonra ailəsi haqqında ağzına gələni danışasan. Yalandırmı? Xeyr! Elə buna görə də, S.Sayadov vəfat etdikdən sonra həyat yoldaşı partiyanın möhürünü və şəhadətnaməsini sənə verməkdən imtina edir. İndi S.Sayadov haqqında ağzı dolusu danışan M.Tükanov vaxt var idi onun qapısında yatırdı, həyat yoldaşına da bayram paylarını vaxtında göndərməyi heç unutmazdı. İndi nə baş verib, əcəba? Möhür bu qədərmi şirindir!?

M.Tükanov deyir: "Sovet hakimiyyəti nə qədər adama çörək verdi, insanlar oxuyub professor oldular. Bu, adamın burnundan gələr". Əvvəla, kommunist Musa desin görək sovet bizə dədəsinin çörəyinimi verirdi? Ölkəmizdə qara qızılla (neft) bərabər ağ qızıl istismar olundu, insanlarımız kolxozlarda əziyyət çəkib işləyirdilər, öz sərvətlərimizdən cəmi-cümlətani bir damcı ala bilirdik. Təkcə İkinci Dünya müharibəsi ərəfəsində Stalin Azərbaycanın 75 milyon ton neftini istismar elədi. Çörəyi biz verirdik, sovetlər yox. Elə öz çörəyimizi də özümüz yeyirdik, heç kimin qapısında dilənmirdik. İnsanlarımızın professor olmalarını "sovet xidməti" adlandıran Musa bəs görəsən, digər professor və akademiklərimizin güllələnmələrini, repressiya qurbanı olmalarını hara yazır? Əcəb işə düşmüşük, bircə bu qalmdışdı ki, musakimilər bizə ağıl versin. Aprelin 2-də Leninin doğum gününü qeyd etməyə hazırlaşan bu cihazbaş kommunistdən başqa nə gözləmək olar!?

Rusiyada baş verən terror aktının sözün əsl mənasında, bizim cəbhəçilər, "Nidaçı"lar böyük sevinclə qarşılayıblar. İnanmırsınızsa, sosial şəbəkələrdə "Azadlıq" qəzeti, "Hamam Times", "AzTV-dən seçmələr", "Meydan TV" və "Ali Karimli" səhifələrini açın, cəbhəçilərin yazdıqlarının özünüz şahidi olun. "Nidaçılar"dan biri yazır ki, terror artıq Qafqazdadır, hazırlaşın, bizə də gəlir. Şərhinin arxasınca da böyük gülüş işarəsi qoyub. Bunlar hakimiyyətə gəlmək üçün terrordan, ermənilərdən mədət umurlar. Düşünürlər ki, terror olan yerdə ölkə bir-birinə dəyir və iqtidara gəlmək şansı yüksəlir. Bu qanmazlar, daha başa düşmürlər ki, hər şey əksinə olur, xalq həmişə dövlətinin yanında olur. Əvvəla, narahat olmayın, bu vaxta qədər necə təhlükəsiz şəraitdə yaşamısınızsa, bundan sonra da elə olacaq. Azərbaycan dövləti vətəndaşlarını ən yüksək səviyyədə qoruyur. Ancaq bir məsələni də unutmayın. Ötən ilin aprel ayında cəbhədə baş verən dördgünlük hərbi əməliyyatlar zamanı, əsgərlərimizin ölüm xəbərini eşidən kimi, sizlər sevincinizdən olmayan papaqlarınızı göyə atdığınız zaman, xalqımızım qadınları əlinə silah alıb döyüşə getməyə hazır olduqlarını bildirirdi. Hər kəs dövlətinin yanında idi və Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycanda xalq-iqtidar birliyini nəinki sizlər, heç sizin fikir babalarınız da sarsıda bilməz! İnsanlarımız ordumuza dəstək nümayiş etdirəndə, cəbhəçilər sosial şəbəkələrdə şir-pələngə dönmüşdülər. Şəkillər paylaşaraq, guya əsgərlərimizin kütləvi şəkildə ölümü haqqında informasiyalar yazırdılar. Ancaq nə baş verdi? Əmin olduq ki, 320 nəfər erməni dığasının ölümü cəbhəçiləri, elə Əli Kərimlini də yaman yaralayıb.

Digər xəbərlər