PDF Oxu

Köşə

  • 3 463

Kərimli kimi nəzərdə tutur?

image

Öz qulaqlarımla eşitmişəm. "Nərimanov" (metrostansiya yaxınlığındakı bağ nəzərdə tutulur) çay içirdim, qonşu masada P.Hüseyn də "çaylayırdı". Həmişə kimi, qıp-qırmızı yanaqlarını pörtlədib, "odlu-alovlu" danışırdı. Qəfildən qışqırdı ki, əşşi, mənim partiyamda cəmi 3 nəfər adam var, onlar da burdadır. Ətrafa baxdı, deyəsən, bağırdığının fərqində idi. Məni gördü, tanıdı, xeyli müddət dodaqlarının altında mızıldanmağa başladı. Üstündən bir neçə saat keçəndən sonra P.Hüseynin "Milli Şura"nın keçirəcəyi mitinqlə bağlı fikirlərini saytdan oxudum: "Konsensus olmalıdır. Biz partiya olaraq, kütləvi şəkildə mitinqdə iştirak barədə qərar qəbul etməmişik. Ancaq heç kimə də qadağan etməmişik ki, fərqi qaydada iştirak etməsin". Axı bayaq "3 nəfər üzvümüz var" deyirdin. İndi də kütləvilikdən danışırsan, nə bilim nə. Yadımdadır, "Milli Şura"nın sonuncu mitinqində P.Hüseyn küncə sıxılıb qalmışdı, agac altında durub, sadəcə, tamaşa edirdi. Hətta buna görə də, İsa Qəmbər zəng eləyib, ona ağzına gələni demişdi ki, sənin orada nə işin var!? O İ.Qəmbər ki, mitinq barədə deyir: "Praqmatik konsensus əldə olunmalıdır ki, konfrantasiya olmasın, repressiv və manipulyativ tərəflərin effekti Müsavat olaraq....". Siz Allah, bu, nə demək istəyir? Belələri elə bilirlər ki, siyasi terminlərlə danışanda, xalq bunlara dəstək verəcək, sevəcək, gəlib meydana doluşacaq.

Əli Kərimli jurnalistin mitinq barədə suallarına cavab verərkən deyir ki, bizim övladlarımız məmur övladları kmi xaricdə təhsil ala bilmir. Onun "bizim övladlarımız" deyəndə nəyi nəzərdə tutduğunu bilmirəm, ancaq bir neçə məsələni qeyd edim ki, bu adamın riyakarlığını görərsiniz. Məsələ bundadır ki, cəbhəçilər və "Nida"çılar da bu şişmə dodaq partiya sədrinin axmaq fikirlərinə inanırlar. Belə baxanda, bütün müxalifət partiya sədrləri övladlarını xaricdə oxudublar. Deməli, belə... Müsavat partiyasının başqanı Arif Hacılının iki övladı var - oğlu Orxan və qızı Natəvan. Onların hər iki xaricdə ali təhsil alıblar. Orxan Hacılı Polşada ali təhsil alıb. AXP sədri Pənah Hüseynin 3 övladı var - iki qız, bir oğlan. Partiya sədrinin sonbeşiyi Aybəniz Hüseyn ali təhsilin magistr pilləsini Şimali Kiprdə bitirib. ADP sədri Sərdar Cəlaloğlunun 4 övladı var. Oğlanlarından biri Sankt-Peterburqda Rusiya Porokurluğu İnstitutunu bitirib. Nemət Pənahlının 6 övladı var: Altısını da xaricdə oxutmaq niyyətindədirlər. Hər halda özü belə deyir. Elə götürək AXCP sədri Əli Kərimlini. Üç övladı var. Onların ikisi oğlan, biri isə qızdır. Əli Kərimlinin böyük oğlu Türkel Kərimli İngiltərədəki Bristol Universitetində təhsil alıb, hazırda da bu ölkədə yaşayır. Boğuqsəs Alan İsmayılovun oğlu Almaniyada oxuyur, 25 min təhsil haqqı ödəyir, əlavə olaraq, imtahanlara pul verdiyini də sosial şəbəkələrdə açıq şəkildə etiraf edir. İ.Qəmbərin də oğlu xaricdə təhsil alıb. İbrahim İbrahimlinin də uşaqları partiyada gedən uzunmüddətli dava-dalaşdan sonra xaricdə təhsil almağa yollandı. Bu siyahını çox artırmaq olar. Odur ki, "bizim övladlarımız" demək, ayıb olar! Axı hamı bilir ki, sən "bizim" deyəndə, xalqı deyil, öz ətrafını nəzərdə tutursan. Öz ətrafında da ki, hamısı xaricdə təhsil alanlardırlar. O ki qaldı xaricdə təhsil almaq istəyən sadə insanlara. Onlar da minlərlədir. Hər kəs öz işi ilə məşğul olsun, elə sən də! Əgər işin varsa...

Digər xəbərlər