PDF Oxu

Köşə

  • 4 095

Əli Kərimli mitinqdə öpüşməyə icazə istəyirdi

image

Bircə bu qalmışdı: "Milli Şura"nın mitinqində tribunaya ən yaxın yerdə, AXCP sədrinin düz gözünün qabağında mavi boya ilə yazılmış bir plakat qaldırılmışdı: "Metroda öpüşməyə icazə verin". Əvvəllər "demokrat"lardan ümid uman Əli Kərimli növbəti rəzalətə imza atdı. Hamı bilir ki, mitinqdə qaldırılacaq plakatlar birbaşa Kərimlinin diktəsi ilə hazırlanır, yəni o, hansı şüarı deyirsə, cəbhəçilər də plakatlara onu yazırlar. Mavi və qırmızı boyalarla bəzədilmiş bu plakatı hazırlatmaqda Kərimlinin məqsədinin nə olduğu hər kəsə bəllidir. Zalım oğlu(?)nun fikri-xəyalı Feysbuka gedib, sosial şəbəkələrin üzdəniraq "sakin"lərindən də dəstək qazanmağa çalışan Kərimli istəyir ki, kim harda istəyirsə, orda da öpüşsün.

Əslində, burada təəccüblü heç nə yoxdur, onsuz da AXCP həmişə "sərbəst sevgi"lərə qucaq açıb. Məsələn, 8 aprel mitinqində iştirak etmək üçün qorxa-qorxa stadionun qapısından içəri girən AXCP sədrinin keçmiş müavini Əbülfəz Qurbanlının ailəsini Kərimli dağıtmadımı? Bəyim Həsənli ilə Əbülfəzin "sevgi"lərinə dəstək vermək üçün hələ o vaxt söz vermişdi ki, onlara partiyanın qərargahında bir otaq da verəcək. Yəni gedib kirayədə qalıb əlavə pul xərcləməsinlər. Nəticədə, nə baş verdi? İki övladı olan Əbülfəzin ailəsi dağıldı, Bəyimin başqası ilə olan nişanı qayıtdı, sonda bunlar özləri də ayrıldılar. Biri Çeçenistana işləməyə getdi, o biri də makler atasının fırıldaqlarının davamçısına çevrildi. Mitinqdə olduqca biabırçı mənzərə yaranmışdı, İmam Hüseynin (ə) adı yazılmış plakatlarla yanaşı, "metroda öpüşməyə icazə verin" plakatının insanda necə ikrah hissi doğurduğunu təsəvvür edə bilərsiniz. Taleh Bağırzadənin şəklini sağ əlində tutub ona "azadlıq" tələb edənlər, digər sol əllərində "öpüş" plakatları tuturdu. Belə dindarlıq və demokratlıqmı olar?

Deməli, mini aksiyanın sonuna yaxın AXCP sədr müavini Nurəddin Məmmədli ilə başqa bir yaşlı cəbhəçi arasında yaşanan söz davasının şahidi oldum. Səbəb də o idi ki, Nurəddin onu məcbur edirdi ki, bu saçları ağarmış cəbhəçi polislərlə insident yaratsın. Razılaşmadı, elə buna görə də, Nurəddin bir əlini o biri əlinin içinə vurub qəzəbli, dodaqlarını kipləşdirib dedi: "Ayə, bu icazəli mitinqdir, adamı tutarlar heç? Tutsalar da dərhal buraxacaqlar". Üstündən bir az keçmiş meydanın sağ tərəfində mitinq təşkilatçıları arasında dava düşdü. Mitinqin sonunda ayrılan pulların bölüşdürülməsi uğrunda ilk dəfə deyildi ki, dava düşürdü. Necə deyərlər, az götürənlər çox götürənləri "kaznit" edirdilər. Eldəniz Quliyev mitinqi tərk edib getdi, heç onu tribunanın yaxınlığına da buraxmadılar. Rəhim Qazıyev güclə yeriyirdi, buna görə də, onun qoluna "şərri-şeytan-quru böhtan" olan Sərdar Əlibəyli girib apardı. Eni uzunundan böyük olan Xədicə İsmayıl meydanın gah sağına keçirdi, gah da soluna. Deyəsən, "Nida"çıların mitinqdə iştirakına icazə verməmişdi. Sırğalı, cırıq şalvarlı, baldırlarını birləşdirib yeriyən oğlanlar gözümə dəydi, ancaq metroda, avtobusda, bazarda, bir sözlə, hər yerdə ayaqlarına qırmızı lent bağlayıb, bir-birilərinə "parol" verən "Nida"çılar ya gəlməmişdilər, ya da qırmızı lentlərini açmışdılar. Siyasi aksiyadan daha çox poeziya məclisini xatırladan "Milli Şura"nın mitinqində İlham Hüseynlidən bu dəfə də şeirlər eşitdik. Vallah, fikirləri keçmişə gedib. Ötən əsrin 80-ci illərinin sonlarında görkəmli şairlərimiz meydanda şeirlər deyərdilər... Amma o şeir bu şeirdən deyildi, elə hədəf də fərqli idi.

P.S. Aprelin 8-də "Milli Şura" mitinq keçirdiyi vaxt Əli Kərimlinin oğlu Türkel Kərimlini Londonda barların birində böyük məbləğdə hesabı ödəyə bilmədiyinə görə, girov saxlayıblar. Darıxmasın, atası mitinq keçirib, pulu da var, göndərəcək, canı qurtaracaq.

Digər xəbərlər