AXCP-nin şöbəsi kimi tanınan "Milli Şura"nın mitinq-şousunun üzərindən bir neçə gün keçməsinə baxmayaraq, hələ də sosial şəbəkələrdə sözügedən mini aksiyada baş verən biabırçılıqlar barədə müxtəlif fikirlər səsləndirilir. Xüsusilə, Əli Kərimli və onun "milçəköldürəni" rolunda çıxış edən Cəmil Həsənli hədəfə alınır. Əslində, bu kimi hədəfəalınmalar gözlənilən idi. Çünki "Milli Şura"nın ucuz rəhbərliyi öz uğursuzluqlarını növbəti dəfə xalqın üzərinə atmağa çalışıblar. Artıq bu barədə mətbuatda da kifayət qədər faktlar ictimailəşdirilib. Əlbəttə, belə olan halda, Kərimlinin "söyüş qrupu" işə düşməyə başlayır. Ə.Kərimlinin siyasi oyunbazlıqlarını tənqid edənlər təhqir olunur və onlara qarşı söyüşlər yağdırılır. Hələ bu da azmış kimi, mitinqin rüsvayçı sonluqla başa çatmasında əsas günahkar kimi xalq göstərilir. Beləliklə, Kərimlinin siyasi mədəniyyətsizliyi qalsın bir tərəfə, heç gödəniyyətinin də normal standartlara uyğun olmadığı bu əssnada, daha çox görünməyə başlayır.
Kərimlinin sahibsiz zombiləri 8 aprel mitinqinin iflasa uğramasında xalqı günahlandırır, "Milli Şura"nın mitinqinə qatılanlardan savayı, qatılmayanların hər biri "hakimiyyətə işləyir", "hakimiyyətin tapşırıqlarını yerinə yetirir", "onlara qarşı xəyanət edir". Halbuki xəyanətkarların da, satqın və ləyqtəsizliklərin də başında kərimovçuların özlərinin dayanmaları şübhəsizdir. Məgər uzun illərin ortaya çıxan rüsvayçı videosübutları - otel və sauna macəralarının hər birinin arxasından AXCP-çilər çıxmayıbmı..?
İndi bunların hər biri dönüb olublar "şərəf dağarcığı" və siyasi baxışlarının dəstəklənməməsinə görə, xalqı günahkar çıxarırlar. GÜLÜNCDÜR!
Məsələyə riyazi tərəfdən də yanaşaq. Yəni biz burada, belə bir iddia da irəli sürə bilərik ki, Ə.Kərimlinin "söyüş qrupu" insanları təhqir etrməklə, öz rüsvayçılıqlarını yayındırmağa çalışırlar. Misal üçün, "Milli Şura"nın mitinqinə gələn 1500 nəfərin hakimiyyətə qarşı müxalifətdə olduğunu qəbul edək. Ancaq Azərbaycan xalqının sayı 9 milyon nəfərdir. Bu zaman adicə fərq ortaya çıxır - aksiyadakı 1500 nəfər satqın kərimovçudursa, demək ki, xalqın təxminən tamamı dövlətçi və vətənsevərdir. Xalq Ə.Kərimli, C.Həsənli və s. tipajları rədd edir.
Nəticədə, bütün bunları görən Ə.Kərimlini və onun yan-yörəsindəkiləri qəbul etməyən xalq "yurd"çuların təhqirlərinə tuş gəlirlər. Fəqət, bu cür yollarla sudan quru çıxmaq olmaz. Əslində, suyun dibinə batmaq ehtimalı daha da artmağa başlayır. Çünki ortada digər bir sual çıxır: əgər xalq cəbhəçilərin gözündə "günahkardırsa", onda Ə.Kərimli xalqa və dövlətə xəyanət etməlidir?! Yaxud 1500 nəfər 9 milyon xalqdan daha çoxmu Azərbaycanı, onun dövlətçilik araqlarını sevir və müdafiə edir?! ABSURDDUR!
Görünür, artıq Ə.Kərimlinin də, onun "milçəköldürəni" rolunda çıxış edən C.Həsənlinin də, hətta yuyulmamış qaşıq obrazını canlandıran Gültəkin Hacıbəylinin də, üstəlik, Eldəni Quliyev kimi ləyaqətsizlik simvolunun da başına Azərbaycan xalqı ağırlığında ağır daş düşüb, çəkisi isə 9 millyon tondur!