Yaxşı, başa düşdüm, jurnalistin peşə borcunu yerinə yetirərək, məmura sual ünvanlamaq haqqı var. Jurnalistikada peşə etikası necə, olmamalıdırmı? Bəlkə atandan da yaşca böyük olan məmura "a kişi, üzümə bax e, hara üzünü çevirib gedirsən, suallarıma cavab ver" deməsi, əlindəki fotoaparatı az qala məmurun gözünə soxması, özünü "peşəkar" jurnalist kimi təqdim etmək üçün kişilərin yaxasından yapışmasının heç bir yaxşı tərəfi yoxdur: bu, qadın əxlaqına ziddi olduğu qədər də, jurnalist etikasına da bir o qədər yaddır. Bundan sonra Mendeleyevi də qəbirdən xortladıb gətirsən, fiziki çəkisi 38,5 kiloqram olan Fərqanə adlı jurnalisti başa sala bilməyəcək ki, jurnalistikada şərt deyil ki, mini-yubkanı başına çevirəsən, məmuru o həddə çatdırasan ki, sənə ağır söz deyə...
Məmur da insandır, heç kim vəzifəsinə görə, sənin kimi "mıxbir"lərin hörmətsizliyinə, şərbazlığına və aşağılayıcı münasibətinə dözəsi deyil ki! Qınamaq da olmur, "Meydan" TV-dən su içən, "Azadlıq" radiosundan əppək alan bu tip qadıncığazlara başa salmaq lazımdır ki, icra hakimiyyətinin başçısına da, deputata da, ən xırda məmura da hörmət eləmək lazımdır. Sualı da məmuru təxribata çəkərək yox, jurnalist kimi vermək lazımdır. İcra hakimiyyətinin başçısına "a kişi, üzümə bax e" deməyin normal hal olduğunu Fərqanəyə kim öyrədibsə, azacıq qadınlıqdan da dərs keçsin, jurnalistika cəhənnəmə, onsuz da qandığı budur: jurnalist ancaq dalaşmalıdır, söyməlidir, yeri gəlsə, hamının ailəsinə də sataşmalıdır, ancaq heç kim ona heç nə deməməlidir, lap icra başçısının da, nazirin də qolundan tutub dartmalıdır, əvəzində, "çox sağ ol" almalıdır, əgər məmur abrını qorumağa çalışsa, jurnalist ona mütləq Fərqanə kimi "gör indi səni neyləyəcəm, gör başına nə oyun açacam" deməlidir. Qısası, bu haqda, uzun-uzadı yazmağa ehtiyac yoxdur. Fərqanə kimilər onsuz da fürsət axtarırlar ki, özlərini "qurban" kimi qələmə verib Avropadan babat pul alsınlar. Qadınlığın, ləyaqətin öldüyü an... Gecə-gündüz metroların ağzında sürünən bu "qadın"a izah edin: qadınlıq, fiziki, mənəvi təmizlik, ləyaqət hər peşədən üstündür, "tanınmaq" üçün şər atmağa məmur yox, özünüzdə cəsarət tapın!
Əlqərəz... 2013-cü ildə Rüstəm İbrahimbəyovun corablarından özünə qalstuk düzəldənlər- Cəmil Həsənli, İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Aslan İsmayılov kimi "abrıyırtıq"lar onun sonuncu müsahibəsini oxumamış olmazlar. Bəybala Əbilin "Şamaxını sizə verəcəyik", Kərimlinin "Saatlının pabmıq sahələri sizin olacaq", İsanın "Qarabağda sizə böyük kinostudiya tikəcəyik, Həsənlinin "Cəlilabaddakı bütün üzüm tənəkləri" sizin olacaq kimi sərsəm vədləri havada qaldı. İndi Rüstəm deyir ki, Şamaxı rayonunun Muğanlı kəndində torpaq sahəm, üzüm bağlarım var, həmin məhsuldan özüm üçün şərab düzəldirəm. Yəni şəraaaaaab içməklə məşğuldur.
Vaxtilə R.İbrahimbəyovu özlərinə "xaç atası" elan edən "Nida"çıları gey olduqlarına görə, qınayanda hay-küy salıb eiraz edirlər, qeyrət damarları tutur. Cavab verirlər ki, ABŞ ordusunda 65 min. Almaniya ordusunda isə 17 min gey var. Sübut-dəlilinizə..!