PDF Oxu

Köşə

  • 7 615

Yarıtmaz müxalifətin bir yeri var...

image

Dövlətçilik maraqlarımıza qarşı çıxan, xaricdəki antiazərbaycançı qüvvələrlə daim sıx əməkdaşlıq edən aqressiv müxalifət düşərgəsində qarşıdurmalar, qarşılıqlı ittihamlar və ziddiyyətlər bu gün də davam edir. Düşərgə, sözün həqiqi mənasında, ciddi böhranla üz-üzədir. Başdan-ayağa yalan və ziddiyyətlə dolu düşərgədə keçmişdən qalan ənənə artıq kök salıb desək, səhv etmərik. Yəni ortada yeni, təəccübləndirəcək bir olay yoxdur. Aydın görünür ki, bir partiyanın təmsilçisi digərini həzm edə bilmir və düşərgənin əsası da, məhz bu cür qoyulub, illər öncə...

Xüsusilə, AXCP və Müsavat partiyası arasında baş verən gərginlik həm də partiya rəhbərlərinin qarşısıalınmaz ambisiyalarından qaynaqlanır. Özlərini cəmiyyətə guya aparıcı siyasi partiyalar kimi təqdim etməyə çalışan Müsavat və AXCP rəhbərləri təşkilatı siyasi qurum kimi deyil, gəlir mənbəyi kimi baxırlar. Onlar bir-biriləri ilə müxtəlif qrant layihələri uğrunda mübarizə aparırlar. Nəticədə, gülünc bir mənzərə ortaya çıxır. Bir zamanlar onların "Milli Şura" ətrafında bir yerdə olmaları da gözdən pərdə asmaq üçün oyun idi və burada da xalq, dövlət maraqları deyil, şəxsi maraqlar rol oynayırdı. Burada da maraqlar toqquşanda, ortaya yeni mübahisələr çıxır. İ.Qəmbərin A.Hacılı üzərindən oynadığı oyunları, Ə.Kərimlinin isə gah açıq, gah da gizli planlarından doğan düşmənçilik sindromunun toxumları, ümumilikdə, düşərgəni zəhərləməkdə davam etməkdədir. Əvəzində isə, bunlardan heç biri nə baş verənlər üçün məsuliyyət daşıyır, nə də mənsub olduqları partiyanın üzvləri qarşısında hesabat verirlər.

Lakin fakt budur ki, ermənipərəst xarici dairələrin beşinci kolonu kimi çıxış edənlər nə edirlər etsinlər, heç vaxt cəmiyyətin rəğbətini qazana bilməyəcəklər və burada dövlət başçısı İlham Əliyevin sözügedən düşərgə haqqında dediyi fikirlər bir daha yada düşür. SİTAT: "Onlar antiazərbaycançı mövqedə olduqları üçün, uğur qazana bilməzlər. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər, yenə də rəzil olurlar..."

Göründüyü kimi, müxalifətin dəyərləndirilməsi özü-özlüyündə dağıdıcı, aqressiv, yaxud da bütün bunların timsalında RƏZİL müxalifətin aşkar sifətini ortaya qoymuş olur. Bu baxımdan, sual yaranır ki, gəlin görək, bu cür şəxsi ambisiyalar uğrunda çalışan, antiazərbaycançı qüvvələrin buyruq qulu olan bu şəxslər - partiyalar ictimai-siyasi proseslərə təsir edə bilərlərmi? Əlbəttə ki, yox!

Bu gün Azərbaycanda müxalifətin vəziyyəti, seçkilərdə də nə cür, hansı oyunbazlıqlar və klounluqlar şəklində iştirak etdiyi cəmiyyətə bəllidir. Odur ki, mövcud müxalifətdən yeni nəsə gözləmək, sadəcə, sadəlövhlük olardı. Yarıtmaz müxalifətin isə bir yeri var - siyasi məzarlıq...

Digər xəbərlər