ASDP sədri Araz Əlizadə müsahibəsində deyib ki ki, "Facebookda olanların hamısı avara, işsiz-gücsüz adamlardırlar". Məncə, ən "prejtij" sayıqlamalara imza atan, türk ordusunu "qızıla işləyən ordu" adlandıran bu şəxsə hər kəs öz üzrəyində cavab versə, daha məqsədəuyğun olar. Elə sözlər var ki, onları dillə desək, onun abır-həyası cəhənnəmə, öz abrımıza qısıla bilməyəcəyik. Di get, indi hər kəsin ürəyini oxu: ən prestij, yeddi mərtəbəli ifadələr... Müstəqil dövlətimizin XXI əsrin yeni cizgilərlə başladığı ikinci onillikdə "sosialist", "kommunist" olmaq necə, əsl avaraçılqıdır, yoxsa yox!? Azərbaycanda oturub Facebook vasitəsilə dünyanın o biri ucu ilə əlaqə qurmaq avaraçılıqdır, yoxsa 25 ildir mazut qoxulu ofisdə oturub, çatana çatıb çatmayana bir daş atmaq!? Hamı tərəfindən söyüləcəyinə əminsənsə, deməli, Facebooka girməyin də bir mənası yoxdur axı. Odur ki, Arazı da düzgün başa düşün, acığını çıxır.
Türkiyədə "EVET" qalib gəldi, eşitdiyimə görə, təkcə Musa Tükanov, Zərdüşt Əlizadə deyil, Əli Kərimli və İsa Qəmbər də dərdə-qəmə düçar olublar. Eşşəkləri ölüb... Hər halda, bu bənzətməni Nurəddin Məmmədlinin özü AXCP-nin mövqeyi kimi işlədib, işlədir, işlədəcəkdir. Paho, Leninin doğum günü münasibətilə evində tort bişirdən M.Tükanovun, Fətullah Gülənin pırt eləyib dünyaya göz açdığı günü cəbhəçilər üçün "nicat günü" elan edən Ə.Kərimlinin olan-qalan ümidləri də sönmüş oldu. Türk xalqının iradəsi bunların xətrinə dəyir və 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhdin qarşısının alınmasını həzm edə bilmirlər. Bu da qrant deyil ki, rahatlıqla həzm olunsun, belələrinin mənəviyyatı türkün gücünü həzm edə bilmir. İllah ki, bu mənəviyyat Qərbdən qidalana...
Sizlər də buna əmin olun: cəbhəçilər və müsavatçılar ölkəmiz üçün qırğınlar arzulayırlar. Bu xəstənikahların "Azərbaycan Suriyadan da betər olsun, bunu istəyirik" demələrinin qulaq şahidiyəm. Etirazım da cəbhəsayağı rədd olundu, alnıma da vətən xaini damğasını yapışdırmaqdan çəkinmədilər. Sən demə, bunların düşüncələri ilə (əgər varsa) ölkəmizdə qırğın arzulamamaq vətən xaini olmaq qədər ağır şeydir. Əgər kim desə ki, ölkəmizdə Suriyada, İraqda baş verənlər olsun, o zaman cəbhəçilər həmin adamı əsl patriot və vətənpərvər kimi öpüb gözlərinin üstünə qoyurlar. Nə isə, bu sirr deyil ki! Amma Şimali Koreya prezidenti Kim Çen İndən ümid ummaq necə? Bu boyda rüsvayçılığa nə deyirsiniz? Bir partiyanın ki, başında N.Məmmədli dura..! O Nurəddin ki, rus dilini bilməyə-bilməyə Rusiyada dərs deməyə gedirmiş. Moskavada təyyarədən düşəndən sonra yadına düşüb ki, rus dilini bilmir, dərs deyə bilməyəcək. Şükür olsun, bundan sonra geri qayıdıb. Düşünürlər ki, ABŞ Şimali Koreyaya bomba atsa, hər şey düzələcək, bunlara da fürsət düşəcək. Məgər ABŞ İraqa, Suriyaya, Əfqanıstana bomba atanda, sizə fürsət düşdümü ki, indi dünyanın o başından qoz güdürsünüz!? Belələrini aparıb Şimali Koreyada yaşamağa məcbur edəsən... Bir də görəcəyik ki, Kim Çen AXCP sədrini zenit raketinin quyruğuna bağlayıb, göydə uçurdur. Ya da A.Hacılını dağın başına qoyub, topla vurur.