AXCP və "Milli Şura"nın aprelin 8-də keçirdiyi mitinq-şounun ardınca, dağıdıcı düşərgədə cərəyan edən istehzalar və ittihamlar artan xətlə davam etməkdədir. Xüsusilə, cəbhəçilərin sədri Ə.Kərimlinin başabəla aksiyasndan sonra (Həmin mitinq-şou, əslində, AXCP sədrinin siyasi dividendini artırmasına yönəlmiş uğursuz bir sirk tamaşası idi-R.R.) özünü təmizə çıxarmaq cəhdləri əks-reaksiya verir. Yəni real həqiqəti anlamağa başlayanlar Ə.Kərimlidən uzaqlaşmağı ən doğru variant kimi qəbul etmək qərarını verirlər. Bu dəfə də belə oldu...
Səbəb № 1 - Radikal dinçilər Taleh Bağırzadəni dəstəkləyən agentlərdir!
Vaxtilə, Kərimlinin yan-yörəsində daha çox görünən, mitinq məsələlərində təşkilatçılar sırasında yer alan Elvin Babayev adlı AXCP və "Milli Şura" üzvü hər iki qurumdan istefaya getdiyini bəyan edib. Buna səbəblərdən biri də Ə.Kərimlinin radikal dini kəsimə qurumun fəaliyyətinə müdaxiləyə imkan yaratmasıdır. Məsələ, həm də ondadır ki, hələ mitinq-şoudan qabaq Əli Kərimli-Cəmil Həsənli cütlüyünün radikal dini kəsimləri öz aksiyalarına qatmaq cəhdləri tərəfdarları arasında qızğın müzakirəyə səbəb olmuşdu. Məhz həmin ərəfədə artıq bəyanatlar verilirdi ki, əgər radikal dinçilər mitinqə qatılarsa, AXCP-də təmsil olunan fəallar həmin mitinqdən sonra istefa verəcəklər. Onlar agentdirlər və dövlətin maraqları əleyhinə çıxış edirlər. Ə.Kərimli isə dövlət maraqlarını satanlarla, uzun illərdir ki, tərəfdaşılıq edir.
2 №-li səbəbə doğru - bu dəfə cinsi azlıqlara görə...
Artıq onlar bu vədlərini yerinə yetirməyə başlayıblar. Məhz bir müddət öncə, AXCP-dən və "Milli Şura"dan ayrıldığını bəyan edən cəbhəçi fəal Elvin Babayevin də istefasının səbəbinin bu amillərlə bağlı olduğu deyilməkdədir. Facebook səhifəsində istefasının səbəblərini izah edən E.Babayevə görə, radikal dini tərəflərin bir çoxu xarici agentlərdirlər. O, buna misal kimi Taleh Bağırzadəni və Abgül Süleymanovu göstərib. Çünki onları dəstəkləyənlərin də agent olduqları iddia edilməkdədir.
Ancaq səbəblər də tükənmir. Məsələn, iddia edilir ki, Ə.Kərimli növbəti şousuna qızğın şəkildə hazırlaşır. Bu dəfə onun "Məhsul"darlığı cinsi azlıqlara dəstək formatında olacaq. Beləliklə, AXCP sədri daha bir səhvinin qurbanına çevrilib və bu dəfə radikal dinçilər buna səbəb olmuşdularsa, indi də tamamilə əks-tərəf onun, onsuz da olmayan siyasi nüfuzuna zərbə vuracaq. Bunu biz deyil, elə Kərimlini məsxərəyə qoyan radikal düşərgə təmsilçiləri də deyirlər. Məsələn, iddia edilir ki, Kərimli növbəti mitinq-şousunda cinsi azlıqları cəlb etməyi düşünür. Ona görə də, AXCP sədri sonradan buna görə çoxsaylı istefa ərizələrinə imza atmış olacaq.