PDF Oxu

Köşə

  • 5 078

"ANSçi"lər "cəbhələşir", üzr istəyirəm ifadəmə görə...

image

BalANS hələ tam pozulmamışdı. Bu azyaşlı körpənin, gələcəyin ayağı sürüşkən ekranının mavi üzündə bütün rənglər daha sonralar vicdANSızlığının başqa bir nümunəsini yaradacaqdı. Hələ uşaq vaxtı... Mirşahinin hansısa əminlikdən doğan hədə, təhdid dolu fikirlərini eşitmək, ardınca da ANS-in başqa bir aparıcısının "ittiham aktı"na "ittiham haqqı", "qətnamə"yə "qətqamə" deməsinin şahidi olduqdan sonra özüm üçün müəyyən kriteriyalar müəyyələşdirməli idim: bu sahədə tanınmaq üçün ANS-in məngənəsinə düşüb yırtıq mənəvi "dəyər"lər qazanmaq, "peşəkar" riyakarlıq lazım idimi? Həyasızlığın, arsızlığın da peşəkar və qeyri-peşəkar tərəfləri var imiş. Yadımdadır, ANS-in aparıcısının "sabah sulu yağış yağacaq" fikrinin yalnış tərəflərini Vahid Naxışın müşaviri Mais Məmmədova sübut etmək olmadı ki, olmadı... Adam dirəndi ki, düz eləmişik, əcəb edirik, xalq kimdir axı bizə nəsə desin?.. Di gedin!.. Mais yaşında meşədə ağac qalıbmı ki!? Sən demə, yağışın da sulusu olurmuş, bəs satqının "milli"si necə?

Vaxtilə Ə.Kərimlini, İ.Qəmbəri "yıxıb-sürüyən", sonra da Qurban Məmmədov vasitəsilə onlara "hələ ki belə etməliyəm" xəbəri göndərən Mirşahinin Rəhim Qazıyevə qarşı hirsi isə başadüşülən idi. Q.Məmmədovun "poçtalyon"luğu da ayrı "hörmət" yaratmışdı. Məgər ondan 50 dollar aldığına görə alnından öpdüyü işçisini Mirşahin cəzalandırıb, mitilini bayıra atmadımı? Adamın baş hərfini (M), başqa bir hərflə (G) əvəzləyib eləcə çağırırdı, Mirşahin bu dəyişkənliyə qarşı necə dözüm nümayiş etdirməli idi ki? Ona görə də, hərlədib-fırladıb, R.Qazıyevin bədnam görüntülərini ekranlaşdırırdı... Qazıyev də, cəbhəçilər də guya rastlaşdıqları "haqsızlıq"larla bağlı Avropa Məhkəməsinə müraciət edəcəklərini bəyan edəndə Mirşahin çox uzağa getmirdi, elə bazar günü "Hesabat"da cəbhəçilərə barmaq silkələmədimi? İndi özü də "cəbhələşir...". Dövlətimizi Avropa Məhkəməsi ilə hədələyir! Fətullah Güləndən müsahibə almağı "qəhrəman"lıq hesab edən ANS terrorçuluğu təbliğ etdiyinin fərqində deyildi? Fərqində deyil, məgər onun müraciət etdiyi Avropa Məhkəməsi terrorçuları himayə edən dövlətlərin "ədalət məhkəməsi" deyilmi!? Sənin yerin elə "İstipress"dir... Söhbət Mirşahinin "cəbhələş"məsindən düşmüşkən, cəbhəçilər haqqında bir neçə vacib məqamı da deyim.

Deməli, AXCP üzvləri yeni metod tapıblar, işləməyi-əziyyət çəkməyi özlərinə ar hesab edən bu diyircəkbaşlar Facebookda guya polis tərəfindən saxlandıqları ilə bağlı şayiə yayır, əsassız fikirlər yazırlar. Qeyd edirlər ki, guya 2 nəfər mülki geyimli şəxs buna yaxınlaşıb və götürüb naməlum istiqamətə aparıblar. Tez telefonu da söndürür, 2-3 saat yoxa çıxır. "Sevdiyi" qızı da öyrədir ki, Facebookda "panika" yarat ki, yoxa çıxmışam, özünü cırıqla, tumanının başına keçirt... Vallah, yalnız bic doğulan, mənbəyi və mənşəyi bəlli olmayan adam (?) belə edər! Bu ucuz şou nəyə lazımdır? Bir topa cəbhəçi də yığışıb rəy yazırlar ki, Allah qapıını açıq eləsin... Bir neçə saatdan sonra ortaya çıxır ki, azadlıqdayam, özünü elə aparır ki, sanki Babəkdir və Bəzz qalasını Afşin Heydər ibn Kavusdan təzəcə geri alıb. Sən cəhənnəmə, ay alçaq, bu zavallı 18 yaşlı qızı niyə riyakarlığa cəlb edirsən? Adamın diplomu, hərbi bileti, savadı olmaya bilər, amma kişiliyi, şərəfi olmalıdır axı...

Bu arada, vallah, Razi Nurullayevə yazığım gəlir və tam zavallıdır... Səbəblərini özü də bilir, amma başqa bir şey deyim: bu adam Nemət Pənahlı kimi aparır özünü... Nə danışığını bilir, nə ətrafına baxır. Tak çto, köşəlik adamdır, gələn dəfə...

Digər xəbərlər