PDF Oxu

Köşə

  • 4 325

İsa Qəmbərin acığına "xoşbəxt" görünmək

image

Başqalarının acığına xoşbəxt olmaq nə qədər uzunömürlü ola bilər? Rəqiblərinin acığına özünü "güclü" göstərmək nə qədər effektlidir? AXCP-nin "Məhsul" stadionundakı sonuncu bədnam mini aksiya şousu heç kimə lazım deyildi, hər kəs öz işinin başında dayanmışdı. Müsavatın acığına AXCP-ni "güclü" göstərmək, İ.Qəmbərin acığına "xoşbəxt" görünməyin partiya sədrinə nə dərəcədə yaraşıb-yaraşmadığını hamı bilir. Bu de, Ə.Kərimli özünün o qədər "xoşbəxt", aparıcı müxalifət "lideri" kimi təqdim etdi ki, axırda A.Hacılı da nə eləyəcəyini təxmin edə bilmədi. Arif işarəsiz-falan dedi ki, mitinq keçirmək üçün "Məhsul" münasib yer deyil. Ə.Kərimlinin bambılılığı bir yana, bəs Müsavat başqanına nə oldu axı!? Bir müddət əvvəl "Məhsul"da mitinq keçirmək üçün sino gedən A.Hacılı "İnşaatçılar" metrosu tərəfdə yaşayan qohum-əqrəbalarını da eyvandan mitinqə (daha doğrusu, özünə) tamaşa etməyə çağırmamışdımı? 2016-cı ilin sentyabr ayında Müsavatın əttökən mitinq şousu bu partiyadakı gərginliyi o qədər artırdı ki, orda bir başıpapaqlı müsavatçı qalmadı. Açığı deyim ki, müsavatçılardan, cəbhəçilərdən bir neçəsi mənimlə söhbətində dəfələrlə deyiblər ki, mitinqə getməyə utanırlar. Çünki hər gün gördüyümüz adamlardan başqa stadiona kimsə gəlmir. Yəni abrına qısılanlar da var, onlar da öz partiyadaşları tərəfindən sıxışdırıb, təhqir edirlər. Yəqin A.Hacılı fikrində yanılıb, cümlələri də kəllə-mayallaq deməklə, öz gücsüzlüyünə don geyindirir. Ay Arif bəy, bəlkə elə "Məhsul"da mitinq keçirmək üçün Müsavat münasib partiya deyil!? Nə "Milli Şura" stadionun 5%-ni doldura bilir, nə də Müsavat... Sizinki kafedir, yığışın bir kafeyə, çaylardan gətirin, 50-60 nəfəri də oturdub ağzınıza nə gəlirsə, danışın. Necə ki, 2 gün öncə, 5-10 nəfəri yığıb iclas keçirdiniz, adını da qoydunuz ki, Müsavat gənclər birliyi "möhtəşəm" tədbir keçirdi. Oyununuz olsun! Məgər Müsavatda kimsə qalıbmı ki!? Müsavatçılar arasında yayılmış lətifə az söz demir. Deməli, bir gün A.Hacılı İ.Qəmbərin qapısını döyür. Qapının döyüldüyün eşidən İ.Qəmbər soruşur:

- Kimdir?

- A kişi, kim olacaq? Məgər qərargahda səndən və məndən başqa kimsə var?

Yeni eşitmişəm ki, Müsavatdan istefa verən iki nəfər gedib "Ümid"ə qoşulmaq üçün ərizə yazıblar. Yazıqlar... İqbal Ağazadənin Youtube.com-da bir-iki videosuna baxıb, təsir altına düşüblər. Özlərini yağışdan çıxarıb-yağmura salanları başa salan da tapılıb, İ.Ağazadənin var-dövlətinin, böyük biznes şəbəkəsinin fotolarını çəkib, onlara göstəriblər. Sağ olsunlar, hamısı utanmadan oynayırlar.

Dünən cəbhəçilər sosial şəbəkələrdə yazıblar ki, əsl "milli" vətəndaşlar Ə.Kərimlinin yanında olanlardırlar. Cəbhəçilər milli olanda, mən kosmonavt olacam, söz verirəm... Gözünüz aydın, AXCP sədrinin şəxsi görücüsü, falçısı da var imiş. Deyilənə görə, falçıya bu günə qədər xeyli pul xərcləyib. Düzünü desəm, bu falçının adını da mənə deyiblər, ancaq hələ ki qalsın... Özünə inanmayan bir adam falçıya inanmayıb da, kimə inanmalıdır ki!? Ə.Kərimli falçı vasitəsilə AXCP-dən istefa verənlərin dil-ağzını bağlatdırır, Müsavatda təfriqə salmaq üçün min cür oyunlardan çıxır, bir topa tilsim duasını aparıb İ.Qəmbərin otağının qabağında basdırır. Təəccüblənməyin, Leyla Yunus rus mollasına Rəhim Qazıyevə cadu etdirdiyini demirdimi? Bu da ondandır da..!

Digər xəbərlər