PDF Oxu

Köşə

  • 4 974

Bakı - 2017 İslamiadası və destruktiv siyasi biclərin susqunluğu

image

Azərbaycanda beynəlxalq aləmin diqqətini cəlb edən növbəti nəhəng idman yarışı- Bakı-2017 İslamiada yarışları keçirilir və artıq bu yarışlarda idmançılarımız ard-arda möhtəşəm nəticələr göstərərək, üçrəngli bayrağımızı yüksəklərə qaldırıblar. İslamiadanın başa çatmasına isə hələ bir müddət var və bizlərin hər biri yarışların sonuna qədər idmançılarımızın zəfər nailiyyətlərnin şahidi olacağıq. Çünki Azərbaycan artıq bundan öncə Olimpiya Oyunları səviyyəsindən heç də geri qalmayan Avropa Oyunlarına da ev sahibliyi edərək, yüksək nəticələri ilə göz qamaşdırdı, bunu idman tariximizin şanlı səhifəsinə həkk etdi.

Ümumiyyətlə, Azərbaycanın son illərdə istər idman, istər mədəniyyət, istərsə də iqtisadiyyat və sair faktorlar baxımından dünyanın mərkəzinə çevrilməsi, Bakımızın isə, bu mənada, parlaq ulduz kimi bərq vurması özü-özlüyündə hər şeyi aydın şəkildə göstərməkdədir. Əbəs yerə deyil ki, ölkə rəhbərliyimiz Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi istiqamətində fəaliyyətlərini göstərməkdədirlər. Çox keçməyəcək, xalqımız dünyanın ən öndə gedən idmançılarının, məhz ölkəmizdə Olimpiya Oyunlarına qatılacaqlarını öz gözləri ilə görəcəkdir.

Əlbəttə, xalqımız bundan sonsuz qürur duyur və burada qürur və fərəhin əsas mənbəyinin Azərbaycana olan sevgi amili dayanmaqdadır - Vətən, ölkə və dövlətçilik sevgisi...

Sual məni bir az düşündürdü və belə qənaətə gəldim ki, axı bu, İslam Oyunlarıdır!

Bu arada daha bir amil istər-istəməz bizlərdə suallar yaradır. Əcəba, burunlarını aid olmayan yerlərə dürtməyə cəhdlər edən və destruktiv qüvvələr hesab olunan dağıdıcı müxalifət düşərgəsi nəyə görə bu yarışlar ərəfəsində "siyasi məhbus", "söz və ifadə azadlığının pozulması", yaxud da başqa bənzər şüarlarla ortalıqda görünmədilər? Əslində, sual məni bir az düşündürdü və belə qənaətə gəldim ki, axı bu, İslam Oyunlarıdır!

"VER...VER..." deyə "demokratiya qrantı" dilənəcəkdilər

Yarışlarda dağıdıcıların "pənah mənbəyi" kimi baxdıqları Qərb ölkələrinin iştirakı yoxdur. Məsələn, Britaniya, Norveç, İsveç, İsveçrə, Almaniya, Belçika, Fransa və s. avropalı idmançılarının Bakı İslamiadasında iştirakları mümkün deyil, adından da göründüyü kimi...

Elə görünən də budur ki, radikalların bu məsələdə umacaqları yer yoxdur. Ona görə də, tısbağa kimi çəkilib durublar bir kənarda. Əgər bu yarışlar Avropa Oyunları olsaydı, sən gəl həngaməyə, qiyamətə bax! Əli Kərimli-Cəmil Həsənli cütlüyü Fransa səfirliyində, Arif Hacılı Almaniya səfirliyində, Xədicə İsmayıl İsveçrə səfirliyində, daha nə bilim, hansısa Vətən xaini də Belçika, İsveç, Danimarka və başqa səfirliklərin qapıları ağzında boynubüküklər kimi dayanıb "VER...VER..." deyə "demokratiya qrantı" dilənəcəkdilər.

İndi isə, biz onları İslamiadada iştirak edən heç bir müsəlman dövlətinin səfirliyi qarşısında görmürük. Çünki yaxşı bilirlər ki, onları heç səfirliklərin həndəvərinə belə buraxmazlar. Axı belə yalançılara və siyasi həyasızlara kim inanar ki?

Görünür, bu səbəbdən, susub dayanıblar bir qıraqda. Bu yerdə deyərlər ki, ay sizi siyasi biclər...

Digər xəbərlər