Rəsul Quliyevdən pul alıb qulbeçəlik edən sonuncu adam (?) da deyil Ağasif Şakiroğlu adlı gənc... Gör kimlərin ümidinə qalmısan, ay Rəsul!? Bir müddət öncə, özünü "Gələcək Azərbaycan Partiyası"nın sədri kimi mətbuata özünü təqdim edən Ağasif adlı bu düdük təzə də deyil, təptəzə "müxalifətçi"dir. Türkün məsəli, ADP sədri Sərdar Cəlaloğlu balaca şey deyilmiş, özü Rəsulun qucağından düşən kimi "elm"lə məşğul olmağa başladı, amma bu qucağı da boş qoymadı. Dollar hərarətli bu qucaqda Sülhəddin Əkbər də çox oturmadı, "Hummer" əldə edən kimi alıb qaçıb getdi. İndi növbə Ağasif adlı bu gəncdədir. Hələ ki, pul alır, özü də ADP-də iki otaq "zanit" eləyib. Dünyanın işinə bax e, vaxtilə ADP-nin qərargahına birbaşa mühacir həyatı yaşadığı ABŞ-dan hökm edən Rəsul indi həmin qərargahda iki otaq kirayələyir. Özü də mənşəyi bilinməyən yeni bir partiya yaradır, təsisçilər də quraşdırılır: R.Quliyev, A.Abdullaoğlu, S.Bəşirli, R.Mahmudov, Anar Cəbiyev (bu, Anar Nağılbaz deyil ki?), A.Şakiroğlu, Pərviz Səmədbəyli, Nazim İbrahimov, Afət İnsanov, Xətayə Xasməmmədova... Bitmiş, tükənmiş insanların təsis elədiyi partiya yaxşı nə vəd edə bilər ki!? Mozambik çobanlarını xatırladan Ağasif ətrafına 5-10 baş adam yığmağı da bacarıb, aylıq 15 min manatın qoxusuna hələ bir o qədər də başısoyuq, vicdanının qaloşa çevirənlər gələcək. Rəsul pulu kəsən kimi, başqa qapıya qaçacaqlar. Əqidə "tryapka" deyil, hansı partiyada 50 manat artıq maaş verirlərsə, həmin partiyaya qaçmaq, ordan da başqa birinə... Di, sata-sata, şərəfinizi, mənəviyyatınızı korlaya-korlaya gedin. Qısası, Ağasifdən çox yazsam, özünü bir şey hesab edər, odur ki, hələ bir az bişsin, xəyanətin, rəzalətin bütün rənglərini sifətinə hopdursun ki, mən də daha ətraflı yaza bilim.
Yalanın ömrü 40 gün olar deyirlər, həqiqətən də, belə imiş. Deməli, Eldəniz Quliyev 3 gün öncə belə bir fikir səsləndirmişdi ki, guya dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadə ölkəmiz haqqında pis fikirdədir, hətta bununla bağlı guya Rafiq Əliyeva danışıbmış. Üstündən cəmi 2 gün keçdi... ABŞ-ın Kaliforniya Universitetinin professoru, Çevik Hesablamalar üzrə Berkli Təşəbbüsünün direktoru, dünyaşöhrətli azərbaycanlı alim L.Zadə Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunları ilə bağlı məqaləsi dərc olundu. L.Zadənin məqalədə yazır: "Ömrümün arxada qalan illərini Vətəndən uzaqlarda keçirsəm də, hər an Azərbaycanla nəfəs almış, onun acılarını duymuş, uğur və nailiyyətlərinə sevinmişəm. Vətənimdə, nəinki elmi nailiyyətlər, eyni zamanda, sosial-mədəni inkişaf da artıq dünya üçün nümunəyə çevrilib. Burada bir sıra yaddaqalan beynəlxalq elmi-mədəni və kütləvi idman tədbirlərinin keçirilməsi heç də təsadüfi deyil. Bu, ilk növbədə, dövlətimizin inkişafı ilə sıx bağlı məsələlərdir. Neçə-neçə təşəbbüslərə imza atan Azərbaycanda müsəlman və islam dünyasının həmrəyliyini beynəlxalq aləmə təqdim etməsi barədə təşəbbüsü də məni çox qürurlandırıb". Bu da sizlərə cavab, heç olmasa, yalan danışmayın, L.Zadə ki sağdır, onun adından necə yalan danışmaq olar!?