Kefi şıdırğı vurur AXCP-nin üzdəniraq sədri Əli Kərimlinin, bütün cəbhəçiləri də fit çalıb şıllaq atmağa və oynamağa səsləyir. Səbəb də odur ki, dünyada ən güclü diaspora təşkilatlarından olan ÜAK-ın qeydiyyatı ləğv edilib. Bəs burda sevinməli və şıllaq atmalı nə var ki? Damarında azərbaycanlı qanı axan, bic doğulmayan insan buna sevinə bilərmi? ÜAK-ın ləğvinə görə Kərimli başda olmaqla, bütün cəbhəçilər heç də ermənilərdən az sevinmirlər. Sosial şəbəkələrdə "Azadlıq", "Meydan" TV səhifələrində ÜAK-ın ləğv edilməsinə görə bütün bu üfunət qoxuyan ünsürlər toy-bayram edirlər. O qədər dərinə gedirlər ki, erməni lobbi təşkilatlarının nümayəndələrindən sitatlar da gətirirlər. Hollandiyada sülənən Orduxan Temurxan yekə bir məktub yazaraq cəbhəçiləri və "NİDA"çıları təbrik edib ki, gözünüz aydın, ÜAK ləğv olunub! Bu ünsürlər hər şeydən "ürəklənirlər", elə düşünürlər ki, bütün bu ermənipərəst addımlar, lap elə ÜAK-ın ləğvi Azərbaycanı ədalətli mövqeyindən və müstəqil siyasətindən döndərə bilər... Əsla! İngiltərədə, Hollandiyada və digər Avropa ölkələrində o qədər azərbaycanlı yaşayır ki, heç birisi də küçəyə çıxıb, əlinə də bir mikrofon götürüb, ölkəsi haqqında hədyan yağdırmır. Onlar harda olsalar da, dövlətimizin yanındadırlar. Ancaq neyləmək olar, naxələflərimiz - erməni dimdiyindən "əppək" alanlarımız da var: cəbhəçilərindən tutmuş "NİDA"çılara, müsavatçılara qədər, hələ Azərbaycanda yaşamağa cəsarəti və kişiliyi çatmayan Orduxan kimi petləbaş düdükləri demirəm... Leyla Yunus həbsdə olanda, onun azad olunması üçün, ilk olaraq erməni lobbi təşkilatları bəyanatlar yaydılar və onun müdafiəsinə qalxdılar. Hələ 2005-ci ildə Qarabağ probleminin "şokolad yeyə-yeyə, konyak içə-içə" həll olunacağının vacibliyini deyib ermənilərdən 500 dollar da pul alan Kərimlinin yetirməsi deyildimi? Nə baş verir, ay şərəfsizlər? AXCP-nin "mətbəx"inə girən kimi dövlətimiz əleyhinə çağırışlar etmək, L.Yunuslara "qahmar" çıxmaq vacibdirmi? ÜAK ləğv olunubsa, bunda sevinməli nə var axı? Ermənilərin diktəsi ilə ləğv edilən diaspor təşkilatımızın daşı çoxmu ağırdır?
Sən demə, cəbhəçilər "NİDA"çılarla birlikdə mayın sonunda şəhərin mərkəzi küçələrinin birində icazəsiz aksiya keçirməyi planlaşdırırlar. Bunun üçün əvvəlki variantlardan istifadə edirlər. Yəqin bilmiş olarsınız, deməli, Nizami küçəsinə yaxın yerdə "Avtoş dönər" adlı yer var. Həmin məkana hələ ötən ilin mart ayında cəbhəçilər aparıb 500 manat pul vermişdilər ki, kim "cobra" desə, ona dönər verin. "Cobra" bu bambılıların parolu imiş. İndi də 28-də ara məhlələrin birində stol qoyub üstünə də kitablar tököbülər. Guya test keçirib, insanlara pulsuz kitab paylayırlar. Kitabı açandan sonra isə, üst qabığına AXCP sədrinin hansısa düşük fikirləri yazılıb. Yəni iğtişaşlara çağırış... Sizin taktikanıza da, parolunuza da...
Deməli, "reket" saytlardan birində dünən belə bir başlıqlı yazı dərc olunub: "... Maaşını hara xərcləyir-şok faktlar!". Yazıq filankəs 800 manat maaş alır, 2 qızı, 1 oğlu var... 800 manat maaşla hansı "şok fakt" yaratmaq olar ki!? Həmin "reket" saytın baş redaktoru (daha doğrusu, reduktoru) yazıb ki, həmin adam Batumidə istirahətdə olub və arvad-uşağının şəklini də çəkib dərc eləyib. Başa düşmürəm, Batumidə istirahət etmək, özü də ailəsi ilə dincəlmək "şok fakt"dırmı, ya cinayətdir? Tak çto, ilk ağlıma gələn bu oldu: gedib bu "reket" baş redaktorun şəklini qaynatasıgildə çəkəsən, sonra soruşasan ki, sən orda nə gəzirsən? İnsanların həyatına bu qədər müdaxilə etmək yolverilməzdir! İnan Allaha ki, 50 manat pul aldı, başlayacaq sözbazlığa ki, gərək insanların şəxsi həyatına müdaxilə etməyəsən.