PDF Oxu

Köşə

  • 5 053

Güclü cəmiyyətdə zəif "müxalifətin" yeri arxivdir

image

Bu, bir aksiomadır ki, hər bir normal, demokratik cəmiyyətdə vətəndaşların sosial fəallığının, siyasi yetkinliyinin hərarət və səviyyəsini müəyyənləşdirən meyarlardan biri də, öncülü seçki institutudur. Ölkədə keçirilən prezident, bələdiyyə və parlament seçkilərindən ötən dövr ərzində dağıdıcı müxalifət düşərgəsində siyasi passivliklə müşahidə olunan kəskin böhran daha da dərinləşib. Bu fakt özlüyündə hakimiyyət iddiasında olan müxalif düşərgənin az qala iki onilliyi əhatə edən səbatsız siyasi fəaliyyətinin məntiqi nəticəsidir. Hər seçkidə ana müxalifətçiliyə iddialı partiyaların namizədlərinin biabırçı uğursuzluğa düçar olmaları sübut edir ki, ölkə vətəndaşı müxalifət liderlərinə etimad göstərmir, destruktiv və dağıdıcı siyasi qüvvələrin hakimiyyətə gəlmək istəyini dəstəkləmir. Siyasi partiyaların mübarizə tarixində qələbə çalmaq üçün onların yeniləşməsi, məzmun və forma etibarilə daha məhsuldar və effektiv gedişləri ehtiva edən yeni taktiki konsepsiya müəyyənləşdirməsi əsas şərt kimi dəyərləndirilir. Reallıq isə budur: uduzanlar siyasətdən getməli, onların yerini praqmatik və konstruktiv qüvvələr tutmalıdır. Son illər Müsavat və AXCP sıralarındakı "yarpaq tökümü"nə nəzər salmaq kifayətdir. Kimlər getmədi? Kimlər tərk etmədi yumşaq "divan"dakı yerini..? İndi də qarşıdakı prezident seçkilərinə xeyli vaxt qalmasına baxmayaraq, düşüblər əl-ayağa. Necə deyərlər: utanmasan, oynamağa nə var ki! Məgər utanan sifət var ki?

Utansaydılar, bütün geridə qalmış seçkilərdəki biabırçılıqlara son qoyub, seçkilərə qatılmazdılar. Ancaq sıralarındakı köhnə təfəkkürlü, antimilli adamları görürlər, müasir tipli mübarizə vasitələrinə meyil edirlər, intellektual üstünlüyə, ağıl və əməlin prioritetinə önəm verirlər. Anlayırlar ki, sivil mübarizə yolu ilə, ağılla məqsədə daha tez və rahat çatmaq mümkündür, nəinki küçələrə tökülüşüb fit calmaq, daş atmaq, məzhəkə çıxarmaqla. Belə bir davranış artıq müxalifətin öz içərisindən çıxan yeni tipli müxalifət yaranmasından xəbər verir. Beləliklə, müxalifət düşərgəsində son 25 ildə ölkədə keçirilmiş bütün seçkilərdə məğlubiyyətə uğrayan dağıdıcı müxalifət partiyaları artıq tarixin arxivinə atılıbdır. Ona görə də, onlar özlərini onları dəstəkləməyən güclü cəmiyyət üzvü hiss etsələr də, güclü cəmiyyət bu cür "müxalifəti" rədd edir...

Digər xəbərlər