PDF Oxu

Köşə

  • 5 581

Sözdə "müxalifətçilik"...

image

Eyni bezin qırağı olan müxalifətin özünə "müxalifətçiyəm" deməsi, doğrusu, "ət tökür" desək, yanılmarıq. Çünki nə müxalifətçi kimi "müxalifətçidilər", nə də siyasətçi kimi "siyasətçidirlər". O zaman sual olunur: ay müxalifətçi, "müxalifətçi" olmaqla nə etmisən? Sizcə, zaman-zaman müxtəlif adlar altında birliklər, bloklar və sair formatlar yaratmaq "müxalifətçilik"dirmi? Əslində, elə yaratdığınız qurumlar da, mahiyyətcə elə köhnə müxalifətin köhnə təfəkkür tərzindən və yarıtmaz yanaşmalarından heç də fərqlənmir.

Hətta bunu bacarsalar belə, ömrü uzağı bir neçə ay çəkir

Bu yerdə daha bir sual yaranır: əcəba, müxalifətin zəifliyi, pərakəndəliyi fonunda müxtəlif blok və qurumların yaradılmasına səy göstərilməsi mövcud ağır vəziyyətin düzəldilməsinə nə dərəcədə yardımçı ola bilər? Əslində, bu sualın cavabı da bəsitdir. Məsələn, bu günə qədər müxalifət düşərgəsini təmsil edən qüvvələrin yaratdığı müxtəlif blok və qurumlar mövcud olub. Amma sonradan həmin blok və qurumlar dağılıb. Bunun da səbəbi müxalifət qüvvələrinin bir-birlərini xəyanətdə və satqınlıqda ittiham etmələridir. Çünki 24 ilə yaxındır ki, satqınlıq və xəyanətlə yol gedən müxalifət liderlərinin bundan sonra da bu yolu davam edəcəyi istisna edilmir.

Bir sözlə, bu cür dağıdıcı, siyasi düşüncə tərzi sıfra bərabər olan siyasətin heç bir perspektivi yoxdur. Ən başlıcası isə, Azərbaycan xalqı müxalifət düşərgəsini təmsil edən qüvvələr tərəfindən aparılan siyasəti dəstəkləmir.

Əbəs yerə deyil ki, müxalifətin içərisində olanlar da etiraf edirlər ki, daxili intriqalar və lazım olmayan rəqabət onları ümumi nəticəsizliyə, uğursuzluğa gətirib çıxarır. Çünki xalq yaxşı görür və dərk edir ki, sözdə "müxalifətçiyəm"... iddiasına düşənlər reallıqda bu ad altında yalnız öz mənfəətlərini güdən siyasətbazlar yığnağıdırlar.

Digər xəbərlər