PDF Oxu

Köşə

  • 8 982

Siyasəti anlamayan Cəmil Həsənli

image

Qəribədir ki, bu gün özünü "siyasətçi" adlandıranlar çoxdur. Ancaq bu düşüncə səhv anlamdır. Bu səhvi isə anlamaq, onu etiraf etmək hər adamın işi deyil. Elə müxalifət düşərgəsində özlərini "müxalifətçiyəm" deyən əlilər, isalar, leylalar, cəmillər... bu düşüncədən və reallıqdan çox-çox uzaqdırlar. O cümlədən, Cəmil Həsənli kimilər. Bu, o C.Həsənlidir ki, özü öz çirkin və yersiz, uğursuz əməlləri ilə daha da hörmətdən düşüb. Elə buna görə də, C.Həsənli müxalifət üçün uğursuz bir seçimdir. Bu gün C.Həsənlinin ətrafı da ona məzəmmət edib deyir ki, ay Cəmil, axı bu sənə lazımıydımı ki, getdin düşdün Ə.Kərimli kimi bir dələduzun toruna? Axı sən yaşlı adamsan, özünü professor sayırsan. Amma indi səni professor sayanlar da yoxa çıxıb!

Bu yerdə yadıma 2013-cü ilin seçki ərəfəsindən bir epizod düşür. Həmin vaxt uzun illər müxlaifətdə olmuş bir qonşim mənə deymişdi. Sitat: "Bəlkə də o ziyalı kimi çıxışlarını edib, hörmət qazana bilərdi. C.Həsənlinin çıxışlarına baxanda, mən seçici olaraq, heç vaxt ona səs vermərəm. Çünki birinci növbədə, mən özüm-özümə hörmət edirəm. Digər tərəfdən, hesab edirəm ki, C.Həsənlinin arxasında duran bu komandanın toplaşdığı "Milli Şura"nın özü uğursuz bir layihədir".

Düz sözə nə deyəsən ki? Fakt budur ki, müxalifətçi olmasına rəğmən, qonşumun proqnozları düz çıxdı. Söz yox ki, bu gün Ə.Kərimlinin ipli kuklasına çevrilmiş C.Həsənli indi də, onun lazımsız oyuncağı kimi, kənara atılıb. Burada isə başqa məsələlər var.

Məsələn, bu düşərgədə yaşanan hər bir uğursuzluğun başında intriqalar, yersiz iddialar və şəxsi ambisiyaların önə çəkilməsi durur. "Milli Şura" da tələm-tələsik yaradılmışdı. Bu səhv addım onu göstərdi ki, nəticədə, AXCP və "Milli Şura"nın tərkibindən çoxsaylı insanlar istefaya getdilər. Artıq sübuta yetirilib ki, bir-birini qəbul etməyən təşkilatklar heç vaxt birləşə bilməzlər. Xüsusən də, söhbət prezident və parlament seçkiləri kimi məsuliyyətli və ağır bir yükün altına girməkdən gedirsə, bu, mümkün deyil. Ona görə də, bu "Milli Şura" adlanan qurumun əvvəldən heç biri uğuru real görünmürdü, nəinki Cəmil Həsənlinin hansısa perspektiv vəd etməsi ola. Bu gün Cəmil Həsənlinin səsi gəlmir. Çünki artıq o, yavaş-yavaş zibil qutusuna atılır. Onu zibil qutusuna atan isə, təbii ki, Ə.Kərimlidir. O Ə,Kərimlidir ki, bir-birlərinə üzdə salam verib, ürəkdə söyüb. Elə buna görə də, bu düşərgənin "elitasındakı" qondarma siyasətçilərin, C.Həsənli kimilərin nala-mıxa döyəcləmələri də dəyirman daşının çaqqıltısından heç nəyi ilə fərqlənmir...

Digər xəbərlər