Köşə

  • 13 836

Traktorçu "lider"lər və Lalə Şövkət

image

Valeh İbadov adlı biri var, tam səmimi deyirəm: özünü müxalifətçi adlandıran bu adam əsl psixi şizofrenikdir. Özünü hər yerdə partiya sədri kimi təqdim eləyir. Partiyasının adını çəkmək istəmirəm, çünki belə bir partiyanın adı heç it dəftərində də yoxdur. Cəmi-cümlətan iki nəfər üzvü var, onlar da doğma qardaşlar. Bu doğma qardaşlardan da biri Azərbaycanda o qədər fırıldaqçılıq elədi ki, axırda tutub içəri basdılar. Həbsxanadan da çıxan kimi gördü ki, daha aldatmağa adam qalmayıb, Ukraynaya qaçdı. İndi bu şizofreniklərdən biri burdadır - Bakıda... V.İbadov... Bütün günü Azərbaycan dövlətinin ünvanına hədyanlar, təhqirlər yağıdıran bu adamın tarixçəsi ilə sizləri tanış edim. Özü demişkən, Biləsuvar rayonunda sonuncu traktorunu satıb "siyasət"ə gəlib.

Ali təhsili yoxdur, natamam orta təhsillidir, ancaq hamıya Ukraynada təhsil aldığını deyir. Halbuki xarici pasportu belə heç vaxt olmayıb. Özü də deyir ki, "Ukraynada Azərbaycan tarixi fakültəsini bitirmişəm...". Gülməli yox, acınacaqlı haldır, vallah! İlk dəfə Lalə Şövkətin partiyasına üzv olub, sonra Müsavatın. 2001-ci ildə AXCP-yə üzv olub, sonra da İsgəndər Həmidovun həndəvərində fırlanıb. Tak çto, bu adam hər il doğum gününü müxtəlif partiyalardan birində qeyd eləyib. İndi əqidədən və vicdandan dəm vurur. Söhbətimi nəyə gətirirəm, ondan danışım. Deməli, bu Valehin yaxın dostu var ki, adı da Adildir. Lalə Şövkətin çox yaxını olub, elə Valehi də onun yanında ilk dəfə bu Adil aparıb. Adillə bir neçə gün bundan öncə təsadüfən rastlaşdım və mənə L.Şövkət haqqında çox "maraq"lı bir hadisəni nəql elədi.
Deməli, L.Şövkət "Sabir bağı" ilə üzbəüz yerləşən binadakı mənzilində tədbir keçirəcəkmiş. Adildən də xahiş ediblər ki, bəs imkan yoxdur, L.Şövkətə kömək elə. Adil də bir torba su alıb, düz L.Şövkətin evinə yollanıb. Qapıdan içəri girəndə, görüb ki, L.Şövkət əlinə yekə bir bıçaq götürüb, evin divarlarını qaşıyır. Bir sözlə, divarları deşik-deşik edib. Adil təəcüblənib və L.Şövkətdən nə üçün belə etdiyin soruşanda, cavab verib ki, bəs özüm belə eləyirəm, deyəcəm ki, hakimiyyət mənim evimə "limonka", "qranat" atdırıb və evim bu hala düşüb. Biabırçılığa baxın! Bu gözünə döndüyüm Adil dözə bilməyib və evə qranat düşsə evin nə gündə ola biləcəyini L.Şövkətə izah eləyib. Deyib ki, bu yalana heç kim inanmaz, axı qranat atılsa, gərək pencərələr də sınıb, çilik-çilik ola... L.Şövkət bu sözü eşidən kimi, tez əlini stula atıb pencərəyə zollayıb, pencərə qırıq-qırıq olub, stul da küçədən gedən bir nəfərin başına düşüb.
Axı bu süni ajiotaj nəyə lazımdır? AXCP sədri Ə.Kərimlinin də sözdaşıyanları Qarabağ əlilini öyrədirlərmiş ki, özünə xəsarət yetir, onsuz da şiksətsən. Biz də, öz növbəmizdə, hay-həşir salaq. Amma gərək özünə xəsarət yetirməmişdən öncə, cəbhəçiləri də çağırasan. Vallah, başa düşmək olmur. Dövlətə və millətə düşmən olmadan müxalifətçi olmaq mümkün deyil, ay cəbhəçilər? Müxalifətçi olmaq üçün mütləq satqın olmaqmı lazımdı!? Bu de, kim cəbhənin şinelindən çıxırsa, hamısı dəli olur. Razi Nurullayev də utanmadan deyir ki, guya Azərbaycanda ən güclü partiya onun partiyasıdır. Rəhmətlik Səyavuş Aslan demişkən, belələrinə nə ad qoymaq olar!?

Samir

Digər xəbərlər