Köşə

  • 13 301

Müxalifət seçkilərə hazırlaşmalıdırmı?

image

Bir neçə müddətdir ki, ənənəvi düşərgə daxilində 2018-ci seçki ili ətrafında planlar müzakirə olunur. Düzdür, həmin planların müzakirələri bəri başdan düşərgənin hər hansı üstünlük mövqeyini sərgiləmədiyini göstərsə də, özlərini "ana müxalifət" partiyaları kimi nümayiş etdirən partiyalar hələ də nəyəsə ümid edərək, siyasi arenada "söz sahibi" olduqları qənaətində qalmaqda davam edirlər. Halbuki dağıdıcı müxalifət, artıq uzun illərdir ki, xalqdan təcridolma funksiyası ilə fəaliyyət göstərərək olan-qalan elektoratını da getdiyi yolda itirib.

Cəmil Həsənli və Əli Kərimlinin açıq şəkildə xalqı ittiham etmələrini göstərsək, nəyin-necə olduğunu görə bilərik

Çünki siyasi cəhətdən heç bir yararı olmayan, əksinə, dövlət maraqlarına qarşı çıxış edərək, şəxsi mənfəət arxasınca qaçan "liderlər", artıq öz ətrafındakılarını da bezdiriblər. Bu bezginlik isə, əslində, onların seçkilərə qatılıb uğur qazanmaq şanslarını tamamilə puç edir. Zaman-zaman düşərgədəki partiyaların aparıcı funksionerləri belə, seçkilərdə uduzduqlarını etiraf etmələri ilə yanaşı, xalqın dəstəklədiyi hakimiyyət qarşısında təslim olduqlarını bildiriblər. Digər reallıq isə budur ki, müxalifət "liderləri" bir tərəfdən, xalqın onları dəstəkləməməsi məsələsində özlərinə haqq qazandırmaq üçün, məhz xalqı ittiham edirlər. Təkcə "Milli Şura"-AXCP cütlüyünün "liderləri" Cəmil Həsənli və Əli Kərimlinin açıq şəkildə xalqı ittiham etmələrini göstərsək, nəyin-necə olduğunu görə bilərik.
Müsavat, KXCP, AMİP və s. köhnəlmiş, siyasi nimdaşlıqları uzaqdan görünən digər müxalifətçi partiyalar da eyni vəziyyəti yaşamaqla yanaşı, politoloji gündəmdən silinməmələri üçün gah bu, gah da digər lüzumsuz "ideyalarla", səriştəsiz "planlarla" çıxışlar edərək, bunu fəaliyyət kimi göstərməyə çalışırlar. Fəqət, ortada nə fəaliyyət, nə də siyasi üstünlük görünür. Bu amil isə, əslində, onların seçkilərə qatılmaq, ümumiyyətlə, ictimai-siyasi proseslərdə aktivlik nümayiş etdirmək şanslarının olmadığını daha çox sərgiləmiş olur.
Məhz bu kimi amilləri sadaladıqca görünən reallıq budur ki, müxalifətin indidən çəkdikləri "zəhmətləri" əbəs və yersizdir. Onlar düşərgəni tərk etmələri əvəzinə "seçkilərə hazırlaşırıq" tipli bəyanatlar verməklə, özlərini ağır vəziyyətə salırlar. Əgər bu gün kimsə sual etsə ki, müxalifət seçkilərə hazırlaşmalıdırmı? Əlbəttə ki, bu sualın cavabı yalnız və yalnız neqativdir - yəni ki, yox...

RÖVŞƏN

Digər xəbərlər