Köşə

  • 13 299

Kürəkən gərək cəbhəçi olsun

image

Adını çəkmək istəmirəm, şəxsi həyatlarıdır, özləri bilər. Deməli, AXCP funksionerlərindən birinin qızına elçi gəliblər, ancaq qohumluq baş tutmayıb. Səbəb olduqca gülməlidir. Deməli, AXCP funksioneri qızını ona görə verməyib ki, oğlan AXCP üzvü deyil. Eyni zamanda, oğlanın dövlət işində işlədiyini biləndən sonra, az qalıb ki, elçiləri söysün. Qısası, qızla oğlanın bir-birini sevməsinə baxmayaraq, izdivac baş tutmayıb. Qızın dədəsi deyirmiş ki, oğlan dövlət işində işləyir və bu dövlətdən pul alır, mənim qızıma dövlətdən aldığı pulla çörək ala bilməz. Mənim bu bədbəxt qız atasına, ermənipərəst müxalifətin AXCP adlı psixi xəstələr bölməsinin baş psixlərindən birinə sualım var. Oğlan bu dövlətdə işləyir, bu dövlətdən də aldığı maaşla ailəsini saxlamalıdır. Başa düşmürəm, oğlan bu dövlətdə işləyib başqa dövlətdənmi maaş alıb qızına çörək almalıdır? Başa düşürəm e, vallah, sizin bu sahədə təcrübəniz var və ailənizə də illərdir çörəyi belə qazanırsız. Məsələn, Azərbaycanın çörəyini yeyib, suyunu içirsiniz, adını "iş" qoyub illərinizi AXCP-də çürüdürsünüz, maaşı da xaricdən-Qərbin terrorçu təşkilatlarından, erməni oliqarxlardan alırsınız... Sizə belə kürəkən sərf eləmir, sizin kürəkən mütləq cəbhəçi olamıdır, dövlət işində işləməyi özünə ar bilməlidir, cəbhələşməlidir və xaricdən alınan maaş cədvəlində onun da adı olmalıdır. Mən özüm də çox fikir vermişəm, belələri dövlət işində işləyən qohum-əqrəbaları ilə də düşmənçilik edirlər. Bunlar belə düşünür ki, hər kəs cəbhəçi və ermənipərəst olmalıdır. Əgər kim bunlar kimi düşünmürsə, deməli, düşməndir. Amma sonda oğlanın bu AXCP funksionerinə dediyi söz yerinə düşür: "Adam cəbhəçi yox, kişi olar...".

İnsanda ən dəyərli şey həya hissidir. Kişi bu hissi itirirsə, dəhşətli olur. Hər dəfə Razi Nurullayev çıxış eləyəndə, onun yerinə ölüb-dirilirəm, xəcalət çəkirəm. Bu boyda riyakarlığı qəbul eləmək olmur! Əli Kərimli ilə dava-qırğınların cəhənnəmə... ancaq bütün xalqın adından danışıb, rəhbərlik etdiyin alayarımçıq partiyanı "ana müxalifət", özünün də müxalifətin "lider"i kimi təqdim etmək həyasızlığın hansı həddidir? Ağstafa rayonuna gedib ki, partiyadaşları ilə görüşsün, görüşüb də... Ancaq götürüb sosial şəbəkələrdə yazır ki, guya hüquq-mühafizə orqanları buna mane olublar. Ayıbdır! Heç olmasa, sən danışma! 2 mühafizəçi, 2 katibə, 4-5 quldurbaşı saxlayırsan, kimsə sənə nəsə deyirmi? Özündən "lider" qayırma, nə də belə təqdim eləmə. Ə.Kərimli ilə eyni ağıldasan, vallah. Facebookda 50-60 nəfər statuslarınıza "like" verən kimi özünüzü göyün üzündə hiss edirsiniz. Gözün aydın, saqqal saxlamaq sənə yaman düşdü. Sən oldun "Polat Alemdar", Ə.Kərimli də profil şəklinə əsgərlik fotosunu qoydu. Guya əsgərlikdə olduğunu sübut eləmək istəyir. Sizin ciddiliyinizə asqırım... Bu da cəhənnəmə... hər şeydən əlləri üzülüb, indi də düşüblər islam dinin üstünə. Özlərini fərqli göstərmək istəyirlər. Bütün cəbhəçiləri də öyrədiblər ki, çalışın ateist kimi rəftar edin ki, sosial şəbəkələrdə özünüzə xeyli izləyici yığa biləsiniz. Dövlətə, millətə və Allaha düşmənçilk etməklə bir "zad" olacaqlarını zən edirlər. Varsa, elə bir nümunə o zaman işinizdə olun.

Samir

Digər xəbərlər