PDF Oxu

Köşə

  • 16 326

Yazıqlar sənə, rəzil qadın- Gültəkin Hacıbəyli...

image

Nankorluq insan xislətinə yaraşmayan haldır. Ancaq vay o hala ki, insan olub, şeytan və iblis cildinə girə. Bax, bu, dəhşətdir. Haqqı qoyub, nahaq danışan, ancaq pisliklər etməkdən həzz alanlar isə nankorlardır. Bəzən elə nankorlar olur ki, bağışlanılır. Ancaq Vətənin havasını udub, çörəyini yeyib, suyunu içən nankorları bağışlamaq özü cinayətdir. "Milli Şura" deyilən manqurtlar yuvasında cəmləşən, layiq olmadıqları hakimiyyət arzusu ilə yaşaya-yaşaya həyasızlıq edən erməni maşasının qulbeçəsi olan G.Hacıbəyli parlament seçkiləri ərəfəsi sosial şəbəkələrdə başlayıb parlament seçkilərinə "tor" atmağa. Seçkidə iştirak etmədiyi halda, yuyulmamış qaşıq kimi düşüb ortaya başlayıb ki, "müxalifət düz deyir, Azərbaycanda proporsional seçki sistemi "bərpa olunmalıdır". Müxalifətçi libası altında siyasi meydanda əsl çılpaqlıq nümayiş etdirən G.Hacıbəylidən soruşmaq lazımdır: deputat kreslosunda oturarakən, hansı seçki sistemi ilə getdiyini nə tez unutdun? Rəzil qadın, sən hər şeyi unutmağa adət etmisən. Yadındadır, 2009-cu ildə Milli Məclisin plenar iclasındakı çıxışın zamanı deyirdin ki, Azərbaycan demokratiya yolunda addımlarını atan bir ölkə kimi, sözsüz ki, insan haqları sahəsində də inkişaf edir: "Azərbaycanda insan haqları sahəsində spekulyasiyalar da var. Məhz bu spekulyasiyalar nəticəsində, bəzən biz terrorçuların və casusların cəmiyyətə siyasi məhbus kimi təqdim edilməsi, sırınması niyyətlərini görürük". Nankor Hacıbəyli, bir izah et görək, nə dəyişdi? Necə olur on il parlamentin kürsüsünə majoritar seçki sistemi ilə gələrkən, "proporsional sistemin tətbiqini istəyirik" demirdin, indi yatıb yuxunda erməni başmağı görmüsən? Anlatmaq istərdim ki, Azərbaycan xalqı 2002-ci ildə referendumla majoritar sistemi, yəni parlament seçkisində fərdi şəkildə iştirakı seçib və bu sistem dünyada ən demokratik, seçicilərlə namizədlər arasında intensiv təmas yaradan sistem hesab olunur. Majoritar seçki sistemdə də siyasi partiyaların rolu saxlanılır, partiyalar öz siyahıları üzrə namizədlərini dairələrdən irəli sürürlər, onların namizədləri də partiya adından seçkidə iştirak edirlər. Ona görə də, majoritar sistem siyasi partiyaların cəmiyyətdə roluna heç bir mənfi təsir göstərmir. Bu reallığı sənin kimi nankorlar anlamazlar. Çünki sən dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olmayan rəzil Gültəkinsən. Özü də ortada qalanlardansan və bundan sonra da ortada qalacaqsan. Yazıqlar olsun sənə!!!

Digər xəbərlər