Köşə

  • 3 291

Ermənilərin xain planı: Jirinovski və İsfəndiyar KÖŞƏ YAZISI

image

Sirr deyil ki, bu gün ermənilər üçün Rusiya ilə Azərbaycanın arasını vurmaq mövcud vəziyyətin prioritet vəzifələrindəndir. Məhz bunun üçün onlar kifayət qədər xain və yalnız ermənilərə xas olan vasitədən – millətlərarası düşmənçilik toxumunu səpməkdən istifadə ediblər. O da gizli deyil ki, belə bir xüsusiyyət erməni-daşnak xislətinin özəyidir, köküdür. Həmçinin, daha bir qeydi də etmək yerinə düşərdi ki, azərbaycanlılarla ruslar arasındakı millətlərarası nifaqın qızışdırılması arxaında əsasən erməni diasporası dayanır. Lakin maraqlıdır ki, Rusiyada fəaliyyət göstərən erməni diasporasının bəlli fəaliyyəti ilə bağlı bu ölkənin hüquq-mühafizə orqanları hələ də heç bir cinayət işi açmır, baiskarları cinayət məsuliyyətinə cəlb etmir.

Beləliklə, sonuncu hadisələrə geri dönək:
İsfəndiyar Vahabzadə Azərbaycan hakimiyyətinin nümayəndəsi hesab olunmur və iqtidarla əlaqəli şəxs deyil. Yəni o nə deyirsə, hər biri özünün şəxsi fikirləridir. Hazırda ictimai rəydə Vahabzadə mövzusu danışılır. Ancaq ona görə yox ki, o Jirinovskini təhqir edib (əslində, Jirinovski bəlli fərd olaraq bütün və ən ağır təhqirlərə layiqdir – R.R.), Vahabzadənin müzakirəsi ona görə aparılır ki, o, həddini aşaraq millətlərarası nifaq toxumunu səpib. Daha dəqiq desək, Jirinovski heç bir halda bütöv rus xalqının, millətinin vahid təmsilçisi deyil və ona qarşı yürüdülən fikirlər də məhz onun özünə aid ola bilər, bütün rus xalqına qarşı deyil. Fəqət, Vahabzadə əndazəsini aşmaqla ciddi səhvə yol verib - bu, birmənalıdır!Bəs nə etməli və artan planlı erməni xislətinin şaxələnməməsi üçün bunun qarşısı necə alınmalı? İsfəndiyar Vahamzadəyə qarşı cinayət işini açmaqlamı? Söz yox ki, bu, problemsiz bir məsələdir, özü də bir neçə dəqiqənin içində onun barəsində cinayət işi açıla bilər, amma!Amma Azərbaycanla yanaşı, Rusiya da zaman-zaman ölkəmizi, millətimizi, xalqımızı təhqir hədəfinə çevirən, “qoyun” adlandıran Jirinovski barədə cinayət işi açsın, onu millətlərarası nifaq salmaq, təhqirlərə yol vermək suçu ilə məhkəməyə cəlb etsin. Özü də yalnız Jirinovskini deyil!O cümlədən, Rusiya Dumasının deputatı Vitali Milonovu azərbaycanlıları “vəhşi xalq” adlandırmasına, ermənipərəst jurnalist Timofey Yermakovu millətimizi “qəbilə tayfası” adlandırdığına, “Komsomolskaya pravda” nəşriyyat evinin müxbiri Aleksandr Kotsu azərbaycanlılara qarşı millətlərarası nifaq yaratmasına və təhqirlərinə, Rusiya vətəndaşı, mediamaqnat Aram Qabrielyanovu dəfələrlə (!) azərbaycanlılara qarşı təhqir kampaniyaları təşkil etdiyinə görə onların hər biri (!) cinayət məsuliyyətinə cəlb edilməlidirlər.Yeri gəlşmişkən, bu siyahıya Solovyovu da əlavə etmək mütləq lazımdır. Eyni zamanda, həmin siyahını kifayət qədər uzatmaq olar, hətta o qədər uzatmaq olar ki, Rusiya həbsxanalarından birinin ayrıca korpusuna onların hamısını doldurmaq mümkündür. Necə deyərlər, indi Jirinovskiyə görə özlərini ülgücləyən, yaxlarını cıran bəzi ultramillətçi rus şovinistləri əvvəlcə öz gözlərindəki tiri çıxarsınlar, sonra azərbaycanlıların gözlərindəki tük barədə danışarıq...Ələlxüsus, əgər Rusiya dövlət səviyyəsində sözügedən məsələyə qol qoyarsa, bu zaman qarşı tərəfin “böyüklüyü” həqiqətən də şübhə altına düşə bilər - murdar erməni oyunbazlığının tələsinə düşdüyünə görə!

Rövşən

Digər xəbərlər