Köşə

  • 3 044

Zorlanmışların ağır və acı taleləri

image

Məşhur fransız yazıçısı və dramaturqu Onore de Balzak deyirdi ki, “Bu sərsəm, sərsəm dünyada hamı özünü ağıllı hesab edir. Çünki bu günə qədər kimsə deməyib ki, “mən dəliyəm”. Haqlıdır, həqiqətən də yaşadığımız cəmiyyətdə hər kəs özünü ağıllı və uzaqgörən, hətta müdrik şəxsiyyət hesab edir. Danışığında səhv tutub, iradını bildirsən, hərəkətlərinə narazılığını nümayiş etdirsən, səni peşman edər. Açıqca deyər ki, “get tullanmağının dalınca, yəni sən məndən çox bilirsən?”.

Başlayacaq sadalamağı ki, filan yerdə təhsil almışam, filan qədər kitab oxumuşam, sosial şəbəkələrin ulduzuyam və filan sayda da dostluğumda insan var. Təbii ki, sən də dildən pərgar, qoldan qüvvətli, ağıldan isə bir qədər kəm olan bu məxluqa dərs keçməyə, ağıl verməyə həvəsli olmayacaqsan. Çünki əsəbləşsə, işin fəna ola bilər. Sadəcə, dodağının altında mızıldanıb, çıxıb gedəcəksən işinin-gücünün dalınca. Ağlında, şüurunda, düşüncəsində problemlər olan məxluqlar var ki, onlar siyasətdədirlər, vəzifə sahibidirlər, kisə-kisə pulu-paraları var, bunlar daha qorxulu və vahiməlidirlər. Belələrinə kütlənin gücü çatmaz, polis, prokuror da yanından yel olub keçə bilməz. Onları ancaq Allahın bəlası sıradan çıxarıb, məhv edir.

Deyək ki, bir də görürsən ipə-sapa yatmayan, meydan sulayan bir piylənmiş vəzifə mənsubu və ya harınlamış pul-para sahibi adi bir səhvinin qurbanı olur. Halbuki, o xırda səhvinə qədər çox həngamələr törədib, ailələr dağıdıb, insanların sakit həyatını pozub, cəmiyyətin inkişafına, dövlətin imicinə ləkələr vurub, amma ona gözün üstə qaşın var, deyən olmayıb. Bir gün adi görünən xırda səhvinin qurbanı olur. Beləliklə də vəzifədən uzaqlaşdırılır, obyekti, biznesi əlindən alınır və göndərilir düşmənə belə arzu edilməyən zindana.Elə qoca siyasətçi qurdlar da var ki, otururlar haradasa, nəyinsə başında başlayırlar milli ədavəti qızışdırmağa, xalqları, dövlətləri aşağılamağa. Misal olaraq başdan xiyar Rusiya liberallarının rəhbəri Vladimir Jirinovskini göstərmək olar. Tipik Rusiya siyasi çevrəsinə xas xüsusiyyətə malik olan bu məxluq qocalığında müdrik olmaq əvəzinə sayıqlayır. Bir növ daley-daley edir. Bəlkə də anadan olandan 50-60 gün sonra başından ağır travma alıb. Fakt isə ondan ibarətdir ki, atası içki düşkünü olduğundan ailədə tez-tez dava salıb, evdəkilərə divan tuturmuş. Bu baxımdan, Vladimirin uşaqlıq həyatı çox ağır və fəlakətli keçib. Onun gənclik illərindən bu günə qədər sayıqlaması da, uşaqlıq həyatından qalma travmadır. Digər tərəfdən babalı deyənin boynuna, AMİP lideri Etibar Məmmədov and-aman edir ki, V.Jirinovskini Türkiyədə zorlayıblar. Hansı şəraitdə, nəyə görə zorlandığını deyə bilmərəm, amma görünən odur ki, Jirinovski tez-tez başıqırxıq rus gəncləri ilə saunalarda dolaşır. Orada nə iş görürlər, nədən danışırlar, onu da deyə bilmərəm, ancaq şübhələr var, həm də “od olmasa, tüstü çıxmaz” deyiblər.

Nə isə, əvvəllər fərdlərə şər və böhtanlar atan V.Jirinovski siyasətə gəlib, saunalarda başı qırxıq rus gənclərinin “qəhrəmanı”na çevriləndən sonra, xalqları, dövlətləri hədəf seçdi. Hitlersayağı çıxışlarında dövlətləri işğal etməyin vacibliyindən dəm vuran bu üzdəniraq simasız, Avropaya, ABŞ-a atom bombası atmağın vacibliyindən söz açırdı. Arada bir Türkiyəyə, Azərbaycana qarşı sərsəm ittihamlar və iddialar da irəli sürür. Deyir ki, işğaldan azad edilən Qarabağı Rusiyaya birləşdirməli və Ermənistanı xilas etmək üçün Azərbaycanı Rusiyanın əyalətinə çevirməliyik. Belə açıqlamaları ilə Jirinovski regionun ən qüdrətli dövləti olan Azərbaycana təzyiqlər etmək, hansısa arzularını reallaşdırmaq istəyir, təbii ki, Kremilin qaranlıq dairələrinin planları əsasında. Ancaq mənasızdır.

Azərbaycanı heç bir kənar qüvvə öz hədəfindən yayındıra bilməz. Sərsəm açıqlamalarla, mənasız iddialarla da siyasi istək və tələblərə boyun əydirə bilməz. “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar” deyiblər. Necə ki, 44 günlük Vətən müharibəsində üstümüzə hürən erməni faşizminin başını dəmir yumuruqla əzərək torpaqlarımızı işğaldan azad etdik. Ona görə də, Jirinovski və onun kimilər hürə-hürə qalacaqlar. Onların sərsəm fikirləri əvvəlkilər kimi sabun köpüyü olub havaya sovrulacaq. Ancaq bu halda bir məqam unudulmayacaq. Bütün mümkün vasitə və üsullardan istifadə etmək lazımdır ki, uşaq ikən insan travma almasın. Jirinovski uşaq olarkən travma aldığından, onun ağır fəsadlarını yaşayır və yaşayacaq, bədbəxt…

İlham

Digər xəbərlər