Köşə

  • 3 612

Xəyanətkar damğası Paşinyana aiddir, yoxsa Qarabağ klanına? KÖŞƏ YAZISI

image

Artıq bir neçə gündür ki, Ermənistan parlamentində əməlli-başlı psixoloji müharibə gedir, əlavə olaraq bu müharibə əlbəyaxa döyüşlərə də səbəb olur. Əsasən, savaş hakim “Vətəndaş sazişi” fraksiyası ilə müxalifətin “Ermənistan” və “Şərəf duyuram” fraksiyaları arasında gedir – bu fraksiyalar Qarabağ klanına aiddirlər və Robert Koçaryanla Serj Sarqsyanın quldur-korrupsioner qrupları hesab edilirlər.Əbəs deyil ki, avqustun 24-də baş vermiş qarşıdurmadan sonra ayın 25-də də qarşıdurmalar davam edib. Bu dəfə “Vətəndaş sazişi” fraksiyasının deputatı Hayk Sarkisyan Qarabağ klanının ünvanına aşağılayıcı ifaələr işlətri, xüsusilə sabiq müdafiə naziri Seyran Ohanyanı və Robert Koçaryanı hədəfə alaraq onu sərt şəkildə tənqidlərə məruz qoydu. Bu amil isə parlamentdəki alovun üzərinə necə deyərlər, benzin tökmüş oldu.

Nə Paşinyan, nə də onun tərəfdarları heç vaxt onlara vurulan xəyanətkar və kapitulyant damğası ilə barışmayacaqlar
Əsas ittiham isə 44 günlük müharibədə Ermənistanın kapitulyasiyaya uğramasının əsas səbəbləri kimi korrupsiya və keçmiş iqtidarların satqınçılığı göstərildi, o cümlədən deyildi ki, Paşinyan siyasi olimpə yüksələrkən, yəni hakimiyyətə gəlişi ilə Qarabağ klanının 20 illik acılarını kökündən silərək kənara atmış oldu. Qısacası, mesaj verildi ki, nə Paşinyan, nə də onun tərəfdarları heç vaxt onlara vurulan xəyanətkar və kapitulyant damğası ilə barışmayacaqlar, eləcə də bu damğalar əksinə, onlara – qarabağlı erməni klanına vurulacaq. Məhz damğavurma proseslərinin onsuz da siyasi-iqtisadi böhranlar yaşayan Ermənistanda davam etməsi amili artıq belə deməyə əsas verir ki, bu xəmir hələ çox su aparacaq, ta o zamana qədər ki, tərəflərdən biri tamamilə sıradan çıxana kimi.
Kim-kimdən nə qopartdı-qopartdıdır...
Təbii ki, bütün bunlar Ermənistandakı siyasi hakimiyyətin zəifləməsinə gətirib-çıxaracaq, amma nəticədə Qarabağ klanına qarşı repressiyalar da artacaq. Belə ki, onlar növbədənkənar parlament seçkilərində məğlubiyyətə uğramaqla yanaşı, kürsü sayında da kifayət qədər geridə qalırlar. Üstəlik, erməni cəmiyyəti də onları qəbul etmir. Əbəs deyil ki, artıq İrəvanın siyasi-ictimai kuluarlarında belə bir söhbət gəzir ki, Qarabağ klanı artıq Qarabağı təhvil verib və hazırda İrəvandakı biznes maraqlarını müdafiə edir. O da mümkündür ki, Ermənistan parlamentində baş verən məlum proseslər əslində ölkənin mövcud vəziyyətinin aşkar göstəricisidir və eyni zamanda, siyasi savaşla yanaşı, biznes savaşlarının da start görürəcəyini ehtimal etmək olar. Yəni hazırda kim-kimdən nə qopartdı-qopartdıdır...

Rövşən

Digər xəbərlər