Köşə

  • 3 003

Çoxlarını düşündürən sual: sülhməramlılar getməlidirlərmi? KÖŞƏ YAZISI

image

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan qarşısında diz çökən Ermənistan kapitulyasiya sənədinə imzasını atdı və bunun ardınca üçtərəfli bəyanat imzalandı – Azərbaycan, Rusiya və Ermənistan arasında. Həmin bəyanatda Bakı qalib tərəf olaraq bir sıra şərtlərini irəli sürdü və regionda Rusiyanın da yer tutmasını nəzərə almaqla yalnız humanitar çərçivədə fəaliyyət göstərməsinə razılığını verdi. Hər halda, regional partnyorluq və onun Cənubi Qafqazdakı müsbət cəhətləri hər zaman özünü göstərib.Lakin bu məsələnin başqa, görünməyən tərəfləri də var. Məhz bu faktora əsaslanaraq qeyd etmək mümkündür ki, bəyanatda Rusiya sülhməramlılarının müvəqqəti olaraq (!) Azərbaycan ərazisində fəaliyyətlərini təsdiq edən sənəd məhz üçtərəfli sənəddir. Həmin sənəddə o da bildirilir ki, əgər tərəflərdən biri, msələn Azərbaycan Rusiya sülhməramlılarını məsul edildikləri ərazilərdən vaxtından əvəəl tərk etmələrini tələb edəcəksə, həmin tələb altı ay öncədən irəli sürülməlidir.Bu baxımdan, xüsusilə xatırlatmaq olar ki, Rusiya SM-nın mandatlı (!) olaraq Azərbaycan ərazisində olmalarını, bu və ya digər şəkildə fəaliyyət göstərmələrini rəsmən təsdiq edən başqa heç bir sənəd yoxdur, sadəcə ortada üçtərəfli razılaşma mövcuddur.Onu da nəzərə alsaq ki, üçtərəfli bəyanat Ermənistan və Rusiya tərəfindən diskreditasiyaya (şərtlərin pozulmasına, ya da həyata keçirilməməsinə) məruz qalır, daha dəqiq desək, qəbul edilmiş bəndlərin realizəsi tələbləri yerinə yetirilmir və s. bu zaman istər-istəməz (!) sülhməramlıların Azərbaycanın suveren ərazisindəki hüquqi statusları sual altında qalır. Əslində, bu reallıq Rusiya sülhməramlılarının Azərbaycanın suveren ərazilərini vaxtından əvvəl tərk etmələri üçün polad xarakterli əsas və sübutdur!Əslində, SM-ın Azərbaycanın ərazilərinə daxil olduqları əvvəlinci gündən bir çox suallar yaranmağa başlandı. Misal üçün, Kəlbəcərdən və s. azad olunmuş torpaqlardan çıxan ermənilər onilliklər boyu zəbt etdikləri azərbaycanlı evlərini yandırarkən, meşələri qıraraq ekoloji terror törədərkən Rusiya sülhməramlıları bu prosesləri sadəcə izləyirdilər və heç bir təsirlərdən istifadə etmirdilər. Məhz həmin vaxtdan - əslində gözlənilən bir çox suallar yaranmağa başlamışdı: niyə baş verənlərə biganə qalırlar, nə üçün özbaşınalıqlara yol verən erməni əhlisinin bəd, vəhşi əməllərinin qarşısını almırlar, hansıə səbəbdən ekoloji terrorun baş verməsinə göz yumurlar və s.Bunun ardınca isə ərazilərin başıpozuq şəkildə minalanması prosesində Rusiya SM-ı harada idilər? Niyə bu prsoeslərin də qarşısını almadılar? Uzağı erməni əhalisinin yaşadıqları ərazilərdə minaların təmizlənməsi prosesində iştirak edərək, yalnız bir-iki dəfə Azərbaycanın nəzarətində olan ərazilərdə göründülər, vəssəlam!İndi isə hər şey açıq-aşkar və bilavasitə məqsədli şəkildə həyata keçirilir. Məsələn, onlar zaman-zaman Azərbaycanın suveren ərazilərində gah artilleriya atışları, gah blokpostların müdafiəsi və əks-hücum əməliyyatları, indi də PUA-lardan müdafiə və onların məhv edilməsi xarakterli hərbi təlimlər keçirirlər (?!) Məqsəd nədir, məramları nədən ibarətdir? Onlar kimlərdən müdafiə olunmağa hazırlaşırlar? Əgər Azərbaycandan müdafiə olunacaqlarsa, bu absurd bir məsələdir. Çünki Azərbaycan yalnız (!) humanizm yanaşmasından çıxış edərək, heç bir rəsmi mandata sahib olmayan Rusiya hərbçilərini sülhməramlı kimi Qarabağa dəvət edib. Belə olduğu halda, rusların özlərini azərbaycanlılardan “müdafiə” etmələri görüntüsü acı gülüş və hiddət doğurur.Lakin fakt həm də budur ki, Ermənistandan Qarabağa sızmış qanunsuz erməni silahlı birləşmələri artıq gündəlik olaraq rusların burunlarının dibindən atəşkəsi pozur, minalar basdırır, hərbçilərimizə qarşı hücumlar edir, əsir götürür və s. Nədənsə, ruslar bu faktları görməzlikdən gəlirlər. Misal üçün, nəyə görə ruslar tanınmayan separatçı və quldur rejimin əlindən ruhi xəstəlikdən əziyyət çəkən və hərbi hospitaldan ayrılaraq Ağdərə istiqamətində ermənilər tərəfindən əsir götürülən, ona qarşı “cinayət işi” açılan azərbaycanlı həbrçini alaraq Azərbaycana tərəf təhvil vermir? Bu sualın cavabı yoxdur! Amma SM-ın komandanlıqları separatçıların liderləri ilə necə deyərlər, “çaşka-loşkalıq” edirlər. Bunları da əlbəttə ki, Bakı görür, özü də çox diqqətlə görür və iziləyir!Bir sözlə, onların fəaliyyətlərinin sülhməramlılıq prisniplərinə azacıq da olsa bənzəməsi ümumiyyətlə mövcud deyil. Təbii ki, bu faktların və digərlərinin hər birindən sonra onların ərazilərimizi vaxtından əvvəl tərk etmələri, üstəlik qudurğan düşmənin birdəfəlik ağızlarının qapadılması, burunlarının ovulması, başlarının əzilməsi və məhv edilməsi üçün antiterror əməliyyatlarının başladılması üçün kifayət qədər zəminlər var!

Rövşən

sia.az

Digər xəbərlər