Köşə

  • 2 530

Gül suyunun dəriyə faydaları

image

Gül suyu dərini dərindən təmizləyir. SİA-nın təqdim etdiyi qarışımla dərinizi təmizləyə bilərsiniz. Bu üsul allergiyası olan dərilər üçün tövsiyə edilmir.

6 yemək qaşığı gül suyu

1 çay qaşığı qoxusuz kastilya sabunu (zeytun yağından, hindistan qozundan və hind yağından hazırlanır)
yarım yemək qaşığı tərəvəzdən hazırlanmış qliserin

1 çay qaşığı E vitamini

Hazırlanması:
Bütün qarışımı qarışdırın və şüşəyə boşaldın. Gündə iki dəfə üzünüzü bu qarışımla yuyun. Bu qarışımı 2 və ya 3 ay soyuducuda saxlaya bilərsiniz.

Quru dərilər üçün:
Quru dəri adətən tez yaşlanan dəri tipidir. Gül suyu və balla dərinizə kömək edə bilərsiniz. 1 yemək qaşığı gül suyu ilə 1 yemək qaşığı təbii balı qarışdırın. Təmiz üzə çəkin və 20 dəqiqə gözlədikdən sonra durulayın.

Digər xəbərlər