Köşə

  • 803

Bu maskalar dərini parlaq edir

image

Alma dəridən ölü hüceyrələri təmizləmək sızanaqlar, qara nöqtələrdən xilas olmanıza köməkçi olan bir meyvədir. SİA bu gün sizlərə almadan hazırlanan 2 gözəl maskanı təqdim edir. Təqdim edilən maskalar hər növ dəri üçün nəzərdə tutulub.
Maska 1
Ərzaq
yarım alma
1 yemək qaşığı ilıq süd
1 yumurta sarısı
1 yemək qaşığı yulaf əzməsi (bir gün suda saxlanılır)
Hazırlanması
Almanı blendırdan və ya robotdan keçirib püre halına gətirin.İçinə otaq istiliyindəki süddən əlavə edin və qarışdırın.Daha sonra yumrta sarısını da qatıb yaxşıca qarışdırın.
Qarışığın bir az çox sulu olduğunu görsəniz, axşamdan suda isladılmış yulaf əzməsini əlavə edə bilərsiniz.Daha sonra üzünüzə maskanı çəkib 10-15 dəqiqə gözlədin və iliq su ilə yuyun.
Maska 2
Ərzaq
yarım alma
1 çay qaşığı bal
1 çay qaşığı limon suyu
1 çay qaşığı un
Hazırlanması
Almanı blendırdan və ya sürtgəcdən keçirib püre halına gətirin.İçinə bal və limon suyu əlavə qarışdırmağa davam edin.Daha sonra unu əlavə edib yaxşı qarışdırın və üzünüzə çəkib 15 dəq gözlədikdən sonra iliq su ilə yuyun.

Digər xəbərlər