Köşə

  • 1 140

ZƏFƏR GÜNÜMÜZÜN ŞƏHİDLƏRİ

image

Vətən düşmənin qarşısını kəsən əzəmətli, vüqarlı Qaladır! Bu Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən igid oğullardır. 2020-ci il sentyabrın 27-də mənfur Ermənistanın təxribatına cavab olaraq Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının “İRƏLİ!” əmri ilə Müzəffər Ordumuzun əsgər və zabitlərimizin igidliyilə 30 illik düşmən işğalında olan torpaqlarımız “Dəmir yumruq” siyasəti ilə 44 gün ərzində haqq, ədalət yolunda ərazi bütövlüyümüz bərpa olundu, Qarabağımız özümüzə - sahibinə - Azərbaycanımıza qaytarıldı. Bununla da Azərbaycan Vətən Müharibəsini Qələb ilə başa vurdu. Bu Zəfər isə torpağını, Vətənini sevən, döyüş meydanında vuruşub bu yoldan dönməməyi seçən, azadlığın verilmədiyini, alındığını sübut edən qəhrəman oğullarımız oldu. Vətəni sevməyi sözdə yox, əməldə göstərən torpaq, ana Vətən yolunda canlarından keçən Zəfər günümüzün, Zəfər səlnaməsini yazan Şəhidlərimizdir. Bu realllığı Azərbaycan xalqı görür və qürur duyur. Bəlkə də bu son 30 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində bütövləşən Azərbaycanımıza – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır.18 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyev: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”,-deyərək son 18 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət, Qələbə Zəfərimizə nail olduq!Ali Baş Komandanımız, Prezident İlham Əliyev 44 gün davam edən Vətən Müharibəsi müddətində bütün çıxışlarında, müsahibələrində bildirib ki, şəhidlərimizin qanı yerdə qalmayacaq: «Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb». Tarixi Qələbəimizi reallaşdıran Ali Baş Komandanımız həm döyüş meydanında, həm də siyasi meydanda bir daha sübut etdi ki, haqq, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, Qarabağ Azərbaycandır! reallığını 44 gündə – mümkünsüzü mümkün etdik! Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. 8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. 10 noyabrda isə dövlət başçımız İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarımız noyabrın 8-də Qələbə Zəfərini Şəhidlər xiyabanından verməsi də təsadüfi deyildi: “Bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq”.Prezident İlham Əliyev cənabları işğaldan azad olunan torpaqlarımıza tarixi səfərlərində də bildirmişdir ki, bu müharibə igid hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məhv edildi, “məğlubedilməzliyi” barədə yalanlar ifşa edildi, Azərbaycan əsgərinin yenilməzliyi sübut olundu: “Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq».Bəli, düz bir il öncə Şəhidlər düşmən əlində inləyən elin, obanın bağrı yaralı Qarabağın harayını bizə çatdırdılar. Şəhidlər bizə ölümdən sonra da həyatın var olduğunu, yaşamağın mümkünlüyünü göstərdilər. Onlar Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz,-deyir atalarımız. Çünki Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir» bunu da babalarımız deyib. İstər Mübariz İbrahimovun, istər 2016-cı il Aprel döyüşləri zamanı qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb Şəhid olan Murad Mirzəyev, Raquf Orucov, Samid İmanov, Qabil Orucəliyev və başqaları, istərsə də 44 gün ərzində general, Milli Qəhrəman Polad Həşimovun, 2783 nəfər oğullarımızın torpaq, Vətən yolunda canlarından keçmələri ilə bir daha sübut etdilər ki, Vətənə şərəfdi, şandı, hər biri bir Azərbaycandı şəhidlər! Əgər şəhid anası əlinə silah alıb, “mən də döyüşə hazıram» deyirsə, bu millətin qarşısında kimsə dura bilməz.Əgər bu gün dövlət başçımız siyasi arenada mənfur erməniləri cavabı ilə çıxılmaz duruma salırsa, deməli, biz varıq, yenilməzik. Şəhid atası, şəhid anası: “Təki Vətən sağ olsun”,-deyərək ətafdakılara təskinlik verirsə, necə qürurlanmayasan, fəxr etməyəsən. Budur, Vətənə olan sonsuz sevginin təcəssümü. Şəhidlik zirvəsinə yüksələn igid oğullarımıza ailələri, xalqımız ağı demədi. “Şəhidlər ölməz, Vətən bölünməz” deyib qürur duydular, Vətən sağ olsun, söylədilər. «Vətəndən pay olmaz!”,-deyib erməni vandallarının başına od-alov ələyən, bu yolda sinəsini sipər edən vətən oğullarının ruhu hamıya əzizdir. Onlar tarix boyu unudulmayacaqlar. Adları əbədiləşəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə onların ölməzliyini əbədiləşdirmək üçün orden və medallar təsis olunub. Şəhid ailələrinə sonsuz diqqət və qayğı ölkə rəhbərliyi və xalqımız tərəfindən daim olacaqdır. Şəhidlik kimi uca zirvədə qərar tutanlar qəlbimizin ən ali guşəsində əbədi yaşayacaqlar. Onların həyat salnaməsi, ömür yolu gənclərə əsl nümunədir.Ulu Öndərimiz Heydər Əliyevin bizə əmanəti olan müstəqil Azərbaycan, bu gün öz tarixinin ən şərəfli günlərini yaşayır! Azərbaycan Ordusu, əsgəri Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında dünya düzəninin yeni tarixini yazaraq, işğal altında olan Vətən torpaqlarını işğaldan azad etmiş, xalqımızın, ordumuzun zəfər salnaməsini yazmış və yeni reallıq yaratmışdır! Vətən müharibəsinin nəticəsiı göstərir ki, Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan üzərində qələbə qazanaraq Üçrəngli bayrağımızı cənnətməkan Qarabağda əbədi dalğalandırılmasını və tarixi ədalət bərpa etmişdir. Bax, indi Ulu Öndərimiz Heydər Əliyevin və bütün şəhidlərimizin ruhu hüzur tapmışdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

RƏFİQƏ

Digər xəbərlər