Köşə

  • 2 322

Hollandvari “döymə”kratiya və ya cəhənnəmə gedənin yoldaş axtarışı KÖŞƏ

image

Yox, əziz oxucu, başlığı oxuyanda elə hesab etmə ki, söhbət bizim döymələrdən, yəni döymə kababdan, döymə kotletdən, məşhur Naxşıvan döyməsindən gedir. Hollandlarda hardadı o mədəniyyət ki, döymə ətdən növbənöv yeməklər hazırlasınlar, bizlərə də onun ləzzətindən dəm vurub iştahlandırsınlar? Yadıma məşhur bir hədis düşdü. Deyilənə görə, bir gün islam peyğəmbəri Həzrət Məhəmmədin (s.s.) yanına bir kişi gəlir, yanında da həddi-buluğa çatmayan oğlu. Ərz edir ki, ya peyğəmbər, bu uşağın canında səpmə var, loğman deyir ki, xurma yeməsin, amma nə qədər eləyirəm, yenə yeyir. Siz deyin, bəlkə xurma yeməkdən əl çəkdi. Peyğəmbər bir kişiyə, bir də uşağa baxıb deyir ki, sabah gəlin, deyərəm. Kişi uşağı götürüb qayıdır. Sabah gələndə peyğəmbər uşağın başını tumarlayıb deyir ki, xurma sənə ziyandır, yemə! Kişi peyğəmbərə təşəkkür edəndən sonra sual edir ki, ya peyğəmbər, bunu niyə dünən demədir, bu uzaq yolu məni yenidən bura gətirdin? Bunun hikməti nədir? Peyğəmbər gülümsünüb deyir ki, dünən mən özüm xeyli xurma yemişdim, özüm yediyim halda uşağa necə deyəydim ki, sən xurma yemə? Bax, bu hollandların (əslində, təkcə onların yox...) bizlərə demokratiyadan dərs keçmək cəhdləri buna bənzəyir. Müstəqilliyini əldə edən keçmiş sovet respublikalarına otuz ildi demokratiya dərsi deyirlər. Guya bu respublikaları demokratiya “elm”i ilə silahlandırmaq istəyirlər ki, cəmiyyət “avropalaş”sın! Adama deyərlər, ay mən deyən, budu sənin zığ-zığın (oxu: demokratiyan)? Özündə olmayanı bizlərə niyə təbliğ eləyirsən? Neçə gündür dünyanın bütün aparıcı kanalları, media bahadırları Hollandiyanın tən ortasında hakimiyyətin xalq kütlələrinə qarşı törətdiyi vəhşiliklərdən danışırlar, yazırlar. Özləri kimi qudurmuş itləri sadə adamların üstünə fısqırtmaqdan tutmuş, bibərli qaz üfürməyə qədər, dubinka ilə əzişdirməkdən tutmuş təpikləməyə qədər kütləyə qarşı hansı vəhşiliklərdən istifadə etmədilər? Və bunları görəndə anlayırsan ki, Avropanın çığır-bağır saldığı demokratiya, əslində, “döyməkratiya” imiş. Son illər Hollandiyanın demokratiya haqqında moizələrinin fantan eləməsi hara, bu səhnələr hara? Yadımdadı, beş-altı il əvvəlin söhbətidi, Bakıda iğtişaş törətmək istəyən bir-iki nəfəri, tabesizlik göstərdiyinə görə zorla maşına mindirən polislərimizdən nələr yazmadı hollandlar? Sən demə, bizim qanunu pozan adamlara məcburi tədbir görməyimiz “demokratiya” pozuntusu imiş. Amma özləri günün günorta çağı dünyanın gözləri qabağında bu boyda qələti eləyirlər, yəni “döyməkratiya” nümunəsi göstərirlər, amma bu, demokratiyanın pozulması deyilmiş. Burda deyiblər e, “demokratiya deyir yerindən qalxan, adamın (oxu:hollandların) üzündə həya gərəkdir”. Yox, əstağfurullah, mən demirəm ki, hollandlarda demokratiya yoxdur. Bunu desəm ağzım əyilib durar qulağımın dibində. Amma bu demokratiya dövlətin cəmiyyətə verdiyi demokratiya deyil, cəmiyyətin özünün getdikcə “demokratikləşməsi”dir. Məsələn, demokratiya hollandlarda o qədər şişib ki, əxlaqsızlıq dönüb olub həyatın adi tərzlərindən biri. Kişilər qadınların təbii vəzifəsini icra edirlər, onlara da dövlət hüquq verir ki, buyurun, istəklərinizi icra edin. Həm xristianlıqda, həm islamda, həm də ümumən insanlıqda zinalıq hesab edilən bu cür fəaliyyət hollandiyadakı “demokratiya” sayəsində o qədər şişdi ki, hətta iki kişinin evlənməsinə də qanunla icazə verildi (tfu, lənət şeytana!). “demokratiya” bu ölkədə və qonşularında o qədər inkişaf etdi ki, kim istədi allah rəsulunu da təhqir eləməyə başladı. Amma nədənsə xristianların yox, müsəlmanların peyğəmbərini. İndi necə deyək ki, Hollandiyada demokratiya yoxdu? Var, həm də onun ən biabırçı, ən iyrənc təzahürləri ilə! Nə isə, can onların, cəhənnəm onların, bizə nə? Özləri öz ölkələrində istəsələr lap ayı ilə, itlə, pişiklə də evlənə bilərlər. Bu, onların daxili işləridir. Amma bizimlə işləri olmasın. Zinakarlar da, onlara haqq verənlər də cəhənnəmlikdilər, buna qətiyyən şübhə yoxdur. Yəqin bunlar da məşhur “cəhənnəmə gedən özünə yoldaş axtarar” məşhur zərb-məsəlindəki kimi, bizləri də özlərinə yoldaş eləmək istəyirlər. Amma keçməz, aşna. O sən, o sənin holland demokratiyan, o da cəhənnəm. Bizim öz yolumuz var, ən azı o yol bizi cəhənnəmə qədər sürükləməyəcək...

P.S. Elə hollandkimilərin barmağıdı ki, qardaş Qazaxıstanda partlayışa rəvac verib... Bundan da danışacağıq, inşaallah!

Təhmasib Novruzov

Digər xəbərlər