Köşə

  • 7 293

Dünya jurnalistləri, Qarabağa gəlin! - KÖŞƏ

image

Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür. Məhz bu gün bütün dünya jurnalistlərinin həmrəyliyi kimi tarixə düşsə də, təqvimin 8 sentyabr gününü onlar üçün xüsusi etsə də, hələ ki, həmkarlarımızın möhtəşəm birliyinin və həmrəyliyinin şahidi ola bilməmişik.Lakin bu birliyin və həmrəyliyin labüdlüyünü zaman özü yetişdirib. Biz bir olmasaq, bir-birimizin sözünü dinləməsək, hansı həmrəylikdən söhbət gedə bilər? Biz harada yaşamağımızdan asılı olmayaraq istənilən bir ölkədə baş verən hadisələrə obyektiv yanaşıb onu dünya ictimaiyyətinə çatdırmasaq hansı həmrəylikdən danışa bilirik?İllərlə Azərbaycan Qarabağ problemi ilə yaşamış, artıq iki ilə yaxındır ki, bu problemi həll etmiş, minlərlə övladını müharibənin amansızlığına qurban verərək torpaqlarını erməni adlı yağıdan geri almışdır. 30 il davam edən bu proses barədə dünya jurnalistlərindən yazanlar da olmuşdur. Lakin çox az... Qarabağ elə bir mövzu idi ki, nə qədər yazılsaydı, bu torpaqlarda erməni vəhşiliyi nə qədər çəkilib dünyaya nümayiş olunsaydı, yenə az olardı.Bu gün 30 il erməni qəsbkarlığı altında inləyən torpaqlarımız artıq geri alınıb. İndi bütün dünya jurnalistləri Qarabağa gəlsələr, burada birlik, həmrəylik nümayiş etdirsələr, bu tarixə düşən bir hadisə olar.Gəlin, ey dünyanın jurnalistləri, müxbirləri, reportyorları, Qarabağa gəlin! Bu gün - Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günündə hər birinizi Qarabağa gəlməyə səsləyirəm. Gəlin, buradan hazırladığınız reportajlarla, buradan yazdığınız yazılarla, çəkdiyiniz şəkillərlə dünyanın ən məşhur jurnalistləri olmaq istəyirsinizsə, Qarabağa gəlin.Gəlin və görün ki, Azərbaycan xalqının taleyinə hansı vəhşi ilə qonşu olmaq yazılıb. Gəlin, görün ki, erməni adlı vəhşi qəbilənin nümayəndələri 30 ildə qonşunun torpaqlarında nələr törədiblər. İnsanların evlərini, həyətlərini, əzizləri uyuyan qəbiristanlıqları, sosial obyektləri nə vəziyyətə salıblar. Gəlin, öz gözlərinizlə görün, ermənilərə sual verin ki, əgər bu torpaqlar iddia etdiyiniz kimi sizin idisə, nə üçün burada daşı daş üstündə qoymamısınız? Torpağın üstü kimi, altını da nə üçün talayıb aparmısınız?Nə idi milyonlarla kəsilən ağacın, məhv edilən təbiətin, bu vəhşiliyin qurbanı olan heyvanların günahı? Nə idi günahı minlərlə insanın? Evindən didərgin salınan, 30 il dədə-baba yurduna həsrət qalan insanların... Nə üçün talanmalı idi bu yurdlar? Daşınıb xarici bazarlarda satılmalı idimi Azərbaycana məxsus sərvətlər? Gəlin, gəlin, görün heç həyatınızda bu qədər vəhşiliklə qarşılaşmısınızmı?Gəlin, Qarabağın Zəfərini, hər yerdə dalğalanan Azərbaycan bayrağını görün. Qarabağın ermənilərin özlərinin də çox böyük yanğı ilə bəhs etdikləri inkişafını görün. İki ilə yaxın dövrdə burada görülən işlərlə, soydaşlarımızın yurdlarına qayıtması, təhlükəsizliyi üçün həyata keçirilən tədbirlərlə tanış olun.Gəlin, əsl vaxtdır, məqamdır. Gəlin, ermənilərin torpaqlarımızı tərk edərkən yandırdıqları yerləri, ağacları, qəbiristanlıqları görün. Vəhşiliyin bu dərəcəsinə yalnız gözlərinizlə görməklə inana bilərsiniz. Gəlin, çəkin, bütün dünyaya bəyan edin erməni vəhşiliyini.İnanın ki, gəlsəniz, həftələrlə Qarabağı gəzməli olacaqsınız. Çünki burada yazmaq üçün bir-birindən maraqlı o qədər mövzu var ki... Burada çəkmək, videolentin hafizəsinə, fotolara köçürmək üçün o qədər maraqlı görüntülər var ki...Kim dünyaca məşhur, gündəmdə olan jurnalist olmaq istəyirsə, Azərbaycana-Qarabağa gəlsin. Qarabağdan yazılanlarla, çəkilənlərlə bütün dünya sizi tanıyar, müraciət etdiyiniz bu mövzu dünyada çox nadir halda olduğu üçün bütün diqqətləri üzərinizə çəkə bilərsiniz.Gəlin, gəlin ki, jurnalist həmrəyliyini dünyaya bəyan edək. Bir-birimizin xalqına, millətinə, ölkəsinə hörmətimizi bəyan edək. Biz bir-birimizin yanında olmaqla, haqqı, ədaləti görüb qələmə almaqla həmrəy ola bilərik. Əks təqdirdə hansı həmrəylikdən söhbət gedə bilər?.

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər