Köşə

  • 9 143

Mina basdıranlar və mina axtaranlar

image

Musa Urud, millət vəkili, YAP İdarə heyətinin üzvü

Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin dahiyanə bir sözü var: Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.

Hər müharibə zamanı və məkanı, hər döyüş mövqeyi və münasibəti dəyişdirən, aydınlaşdıran bir təbəddülat, bir çalxalanma, silkələnmədir. 44 günlük Vətən müharibəsi həm də zamanın silkələnməsi, münasibətlərin aydınlanması, dost- düşmənin tanınması güzgüsü oldu.

Bu baxımdan 12 sentyabr döyüşləri fonunda bəzi müşahidələrimi və qənaətlərimi bölüşmək istəyirəm.
Sentyabrın 12-də müzəffər Milli Ordumuz Ermənistanın növbəti təxribatının qarşısını aldı, düşmənə və onun havadarlarına növbəti dəfə dərs verdi. Döyüşlərin sonucu olaraq mövqelərimizi daha da möhkəmləndirdik, bir neçə yüksəkliyi fəth etdik.
Düşmənin hərbi arsenalını darmadağın etdik, canlı qüvvəsini məhv edərək yerində oturtduq!
İndi biz bütün cəbhə boyu düşməni öz ərazisində izləyə bilirik, nəzarətdə saxlayırıq.
Şəhidlər verdik, qazilərimiz, yaralılarımız var, canımız ağrıyır, içimiz göynəyir. Şəhidlərimizə Allahdan rəhmət diləyir, ailə üzvlərinin kədərinə şərik oluruq.
Qazilərimiz, mülki yaralılarımız hərbi hospitallarda, xəstəxanalarda hər cür tibbi yardımla təmin edilib, qayğı ilə əhatə olunub. Onların tezliklə sağalmalarını arzu edirik!
Ermənistanın və Azərbaycanın rəhbərlərinin davranışı da fərqli oldu: təxribat başlayan gecəsi Ermənistanın baş naziri səhərəcən telefonun dəstəyindən asılı qaldı, Paşinyan Moskvaya, Parisə, Vaşinqtona zənglər etdi, kömək istədi, KTMT-yə müraciət elədi, parlamenti topladı. İrəvanda əhali istefa şüarları ilə küçələrə töküldü.
Azərbaycanın Ali Baş Komandanı isə heç kəsə zəng vurmadı, əksinə, müxtəlif ölkələrin dövlət başçıları vəziyyəti öyrənmək üçün Ona telefon açdılar.
Azərbaycan Prezidenti özünə xas təmkinlə və inamla dünyaya və doğma xalqına erməni təxribatı barədə məlumat verdi, cəbhə bölgəsindəki vəziyyətin Milli Ordumuzun nəzarəti altında olduğunu bildirdi.
Xalqımız yenə də möhkəm milli birlik nümayiş etdirdi, öz, şəhidinin, qazisinin, Ordusunun, Ali Baş Komandanının yanında olduğunu bəyan və sübut etdi.
Təəssüflər olsun ki, yenə də birliyimizi parçalamaq istəyən, uğurumuza kölgə salmağa çalışan bədniyyətlərin təxribarçı çağırışlarını, xain davranışlarını postmüharibə dövründə də, 12- 13 sentyabr döyüşləri zamanı da müşahidə etməkdəyik. 12 sentyabrda düşmənin təxribatçı dəstələri ərazimizə sızaraq keçidlərə, yollara minalar basdırmaqla təxribat törətdilərsə, eyni düşmən qüvvələrinə xidmət edən təxribaçı qruplar sosial media məkanına sızdırılaraq çaşqınlıq, ruh düşkünlüyü, fikir ayrı- seçkiliyi yaratmağa, mənəvi terrora cəhd göstərmək istədilər. Pasifist fikirləri tirajlamaq, uğurlu döyüş əməliyyatımızı gözdən salmaq, şəhidlərimizin dəfn və yas mərasimlərində müxtəlif ideoloji qrupların təbliğ edilməsi, tik- tok şəbəkəsində düşmənə yönəlik subliminal mesajların verilməsi davranışları təxribatdır və müharibə dövrünün qaydalarına uyğun sərt tədbirlər görülməsini zəruru edən amillərdir.
... "Şuşanı hüseyinçilər azad etdi",- çağırışı təxribatdır.
... Biz niyə 10 noyabrda atəşi dayandırdıq, Xankəndinə girmədik sualı təxribatdır.
...Laçından, Zabuxdan, Susdan çıxan ermənilərə kompensasiya ödənilb iddiası təxribatdır.
... Zəngəzur koridorunun açılmasını əngəlləyən bəyanatlar, Qafanda konsulluq açılması təxribatdır.
... "Kərimə dövləti", "Salam, Fərmandeh" təbliğatı aparmaq təxribatdır.
"Şəxsən mənə İrəvan, Zəngəzur, lazım deyil"- fikirlərinin dövriyyəyə buraxılması təxribatdır.
..."İlham Əliyev niyə Zəngəzurdan danışır, heç Laçının adını çəkmir" ritorikası təxribatdır.
...Təbii ki, kiminin şapkasının altından, kiminin əbasının ətəyindən, kiminin çəkməsinin böğazından baş uzadıb çükküldüyən bu sərçəciklərin zəhlətökən cırıltıları milli birliyimizi sarsıtmaq gücündə deyildir. Ancaq bu cür davranışları da dövlətçiliyimizə qarşı güc nümayişi kimi qəbul etməyin və vaxtında lazımi tədbirlərin görülməsinin vacibliyini də qeyd etməməyə bilmirəm.
"Mənə İrəvan, Zəngəzur lazım deyil", - deyən şəxs azərbaycanlıdırsa, demək vətən xainidir!
Özünü tarixçi alim adlandıran Altay Göyüşov adl bir antimilli ünsür İrəvana, Zəngəzura dil uzadır, öz halal torpaqlarımızı qoruyarkən şəhidlər verən ordumuzu təcavüzkar adlandırır. Bu təxribatçı fikirlər onun öz sərsəm düşüncəsinin məhsuludur, yoxsa ağalarının sifarişidir,- deyə bilmərəm. İstənilən halda antimilli mövqe ortadadır. Onun ziyanlı fikirlərini sosial şəbəkələrdə dəstəkləyən nadanların kimliyi də araşdırılmalıdır.
"Şəxsən mənə İrəvan, Zəngəzur, lazım deyil"-. deyən zavallı, sən nə bilirsən Vətən nədir, sən nə bilirsən milli namus, qeyrət nədir. Əlbəttə, bayquşa vətən lazım deyil, ulayın sığındığınız yadların xarabalarında. Zəngəzurun, İrəvanın müqəddəs adını yad yalından mürdarlanmış dilinizə dolaşdırmayın!
... Əli Kərimili, -"İlham Əliyev niyə Zəngəzurdan danışır, heç Laçının adını çəkmir"-, söyləyirdin, indi niyə utanıb ölmürsən? Sənin deqradant qafan dərk eləmirmi ki, elə Zəngəzur həm də Laçın deməkdir.
Bəs Laçın, Zabux, Sus kəndləri ermənilərdən təmizlənəndən sonra niyə böhtan və iftiralarından dolayı Azərbaycan xalqından və cənab Prezidentdən üzr istəmədin?
Siz deyildinizmi, 44 günlük Vətən müharibəsi bitəndən sonra,- "qələbə yarımçıqdır"-, bağıranlar ?
Siz deyildinizmi, niyə ordumuz Xankəndinə girmədi deyərək şərə xidmət göstərənlər?
Zatən sizin qarnınızın ağrısı bəllidir. Sizi ağrıdan odur ki, niyə İlham Əliyev bu qədər güclüdür, niyə Azərbaycan müharibəni uduzmadı, niyə torpaqlarımız işğaldan azad edildi?
Yoxsa 1992- ci ildəki senarini indi də gözləyirdiniz? 1992- ci ildə Şuşanı və Laçını təhvil verib hakimiyyətə gəldiniz, yaratdığınız xaos və hərcmərclik nəticəsində əvvəl Kəlbəcər rayonu, sonra digər bölgələr işğal olundu. 15 min şəhidin, 4 min itkinin, 20 min qazinin qanı sizin üzərinizdədir, nə bu dünyada, nə axirətdə bu günahınız yuyulan deyildir!
Siz elə 1992- ci ildə də qalmısınız. Amma unutmayın ki, nə zaman, nə xalq, nə də hakimiyyət 1992- ci ildəki deyildir! Və həm də unutmayın ki, Dəmir Yumruq yerindədir!
...Müharibə bitməyib, bütün cəbhələrdə döyüşə hazır olmalıyıq. Bəli, düşmənin təxribatının qarşısını alarkən şəhidlər vermişik, yaralılarımız var, amma düşməndən qisasımızı da almışıq, bütün cəbhə boyu strateji yuksəklikləri götürmüşük!
Təhlükəsizlik zolağını təmin etdik, məcburi köçkün soydaşlarımızın geri dönüşünün təhlükəsizlik təminatını yaratdıq, sərhədlərin müəyyənləşməsi şərtlərini diqtə etdik.
Torpaqlarımızı qorumaq o zirvələrdə ay - ulduzlu bayrağımızın daimi dalğalanmasını təmin etmək üçündür bu şəhidliyimiz!
...Bir şəhid vermədən Ağdam, Kəlbəcər, Laçın rayonlarını düşməndən azad etdik, Fərrux dağını götürdük, bir güllə atmadan Laçın şəhərini, Zabux və Sus kəndlərini geri aldıq.
Qəhrəman 12 sentyabr şəhidlərimizin və qazilərimizin şücaəti hesabına düşmən təxribatının qarşısını aldıq, mövqelərimizi daha da gücləndirdik.
Amma nə qədər ki, müharibə bitməyib, nə qədər ki, Ermənistanla sülh müqaviləsi imzalanmayıb, gərginlik də olacaq, toqquşma da olacaq, itkilərdən də heç kəs sığortalanmayıb.
Nə qədər ki, müharibə bitməyib, ruh düşgünlüyü aşılayan, bölücülük yayan pasifist ritorika düşmənə qulluq göstərməkdir, milli xəyanətdir.
Azərbaycan Respublikasının birinci vitse- prezidenti hörmətli Mehriban xanım Əliyeva xalqa müraciətində çox haqlı olaraq qeyd edir:
"Öz Vətəninə nə dərəcədə nifrət etməlisən ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək “darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verəsən, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq yeridəsən? Yaxud əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə etməyə çalışasan?
Bu hərəkətlərə və belə insanlara haqq qazandırmaq olmaz. Onların öz torpağı naminə canından keçməyə hazır olan milyonlarla azərbaycanlı ilə ümumi heç nəyi yoxdur və ola da bilməz".
Artıq milli xəyanət yolunu tutmuş, açıq - aydın erməni faşizminin havadarlarına çevrilmiş antimilli şuranın ələkçiləri və əkəlçilərin qıl verənlərinin (Əli Kərimli, Arif Hacılı, Altay Göyüşov, Qubad İbadoğlu, Fuad Qəhrəmanlı, Seymur Həzi, Tofiq Yaqublu, Əfqan Muxtarlı və b.) dövlət əlehyinə fəaliyyəti müvafiq qurumlar tərəfindən nəzarətə götürülməli, araşdırılmalı və dəyərləndirilməlidir.
Müraciət edirəm DTX- nə, Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və digər hüquq mühafizə orqanlarına: sosial şəbəkələrdəki bu təxribatçı ünsürləri, ermənidən çox erməni, düşməndən artıq düşmən olan bu satılmış xəyanətkarı cəzalandırmaq üçün hərəkətə keçmək vaxtıdır!
Hər kəs öz əməlinə görə cavab verməli, məsuliyyət daşımalı, cəmiyyət bu zir- zibildən təmizlənməlidir!
İranda, Rusiyada, Amerikada, Avropada internet televiziya, Yutube kanalları, sosial şəbəkə səhifələri yaradaraq Azərbaycan əleyhinə yayımlar edən, böhtan atan, şaiyələr yayan, təxribat törədən, əxlaqsızlığı və şərəfsizliyi özlərinin həyat kredosuna çevirmiş xainlər tutulub gətirilməli, cəzalandırılmalıdır.
Necə ki, səngərin o üzündə qudurmuş erməni itlərini məhv etdik, eləcə də xainlik yolunu tutmuş, antiazərbaycan güclərin bir yalaq yalına Vətəni və dövləti satan, antiterror, antitəxribat əməliyyatımızı işğalçılıq adlandıraraq şəhidlərimizi, qazilərimizi aşağılayan "sünnət olunmuş erməniləri" də neytrallaşdırmaq zamanı yetişmişdir! Quduzluğa tutulmuş itlərə vaksinin heç bir əhəmiyyəti yoxdur!
Elektron KİV - ləri, sosial şəbəkələri zir- zibildən, söyüşdən, böhtandan, təxribatdan, reketçilikdən, qisasçılıq müstəvisindən təmizləmək, normal, sivil müzakirə, fikir mübadiləsi platformasına çevirmək üçün gərəkən bütün addımları atmalıyıq. Bu baxımdan mən hörmətli media kapitanlarımız Mirşahinin, Rauf Arifoğlunun, Eynulla Fətullayevin, Rəşad Məcidin, hörmətli millət vəkilləri Hikmət Məmmədovun, Fazil Mustafanın, Zahid Orucun, Sahib Alıyevin və digər həmkarlarımızın çağırışlarına qoşuluram, sağlam düşüncəli və mənəviyyatlı hər kəsi şərlə mübarizəyə səsləyirəm!
Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan, cənab Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində qüdrətli bir dövlətə çevirilmiş Azərbaycanımızı heç zaman oyun qurbanı etməyəcəyik. Oyunbazlar hansı cəhənnəmdə istəyirlər öz oyunlarını oynasınlar.
Hər kəs bilməlidir ki, müqəddəs üç rəngli bayrağımız Ali Baş Komandan İlham Əliyevin qüdrətli əllərində daimi olaraq yurdumuzun başı üstündə dalğalanacaqdır!
...Vətən torpaqlarını hərbi, siyasi, mənəvi minalaradan təmizləmık üçün bütün gücümüzü səfərbər etməliyik və edəcəyik.
...Biz mina axtaranlarıq...
...Səhv etməyə haqqımız yoxdur!

Digər xəbərlər