Köşə

  • 8 658

Əli Kərimlinin əmmaməli mollalardan fərqi varmı? KÖŞƏ

image

Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, Azərbaycan hərbi, siyasi, iqtisadi cəhətdən dünyanın ən qüdrətli dövlətlərdən birinə çevrilib. 44 günlük Vətən Müharibəsində yağı düşmənin başını əzərək 30 il işğal altında olmuş torpaqlarımızın azadlığına nail olunması Azərbaycanın dünya miqyasında gücünə güc qatdı. Ancaq Azərbaycanın sürətli iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yüksəlməsindən narahatlıq keçirən, buna qısqanclıqla yanaşan xarici və daxili düşmənlərimiz üzə çıxmaqdadır. Daha doğrusu, əgər dünənə qədər gizli şəkildə Azərbaycana qarşı məkrli planlarını həyata keçirməyə çalışırdılarsa, bu gün artıq açıq şəkildə bəd niyyətlərini büruzə verməklə, Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirməyə çalışırlar. Bu baxımdan, bir qrup müxalif məxluq ölkədə sabitliyi pozmaq, demokratik proseslərə əngəl törətmək məqsədilə qeyri-qanuni addımlar atmaqdan belə çəkinmirlər. Son vaxtlar AXCP, Müsavat və bu kimi digər dağıdıcı xislətli müxalifət partiyalarının və onlarla eyni təfəkkürə malik xaricdəki “söyüş müxalifət” qisminin insanları küçələrə çıxmağa və icazəsiz aksiyalar keçirməyə təhrik etməyə cəhd göstərmələri də bundan xəbər verir. Fikir versəniz bəlli olar ki, AXCP və Müsavat kimi partiya funksionerləri hələ də köhnə təfəkkürlə yaşayır, öz şəxsi və qrup maraqlarını hər şeydən üstün tuturlar. Bu üzdəniraq məxluqların əsas məqsədləri bütün vasitələrlə ölkədə iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmaqdır. Təbii ki, məkrli istək və arzularına çata bilmirlər. Çünki cəmiyyətdə hər kəsə məlumdur ki, insanları mitinqə çağıran müxalifət liderlərinin bir-birinə düşmən münasibəti hökm sürür. Həm də mitinqə çağırış edənlərin arxasında onları maddi və mənəvi cəhətdən təmin edən xarici maraqlı dairələrin dayandığını cəmiyyət başa düşür. Ona görə də ictimaiyyətin dağıdıcı müxalifəti qətiyyətlə rədd edir.Artıq bir neçə həftədir ki, AXCP sədri Əli Kərimlinin istək və tələbi ilə üç-beş nəfərin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətinin önündə icazəsiz aksiyaların keçirilməsinə cəhdlər göstərilir. Sual yaranır, nədən icazəsiz və niyə məhz Bakı Şəhər İcra Hakimiyyətinin qarşısı? Bu başdan qeyd etmək lazımdır ki, AXCP -nin keçirdiyi piketlərin məqsəd və məramı bəlli deyil. Digər tərəfdən, aksiyaların icazəsiz keçirilməsi onların polislə toqquşmaya getməkdə maraqlı olduqlarını göstərir. Çünki qanunvericiliyə görə, polis şəhərdə asayişi qorumağa məsuldur və istənilən təxribatçı əməllərin qarşısını almaqda qanuni haqqa malikdir. Bunu gerizəkalı müxaliflər də anlayırlar. Ancaq polislə qarşıdurma zamanı şəkillərinin çəkilərək ağalarına göndərilməsi və maliyyə boslarından “malades” mükafatının alınması onlar üçün qanundan daha önəmlidir. Şəhərin mərkəzində, əhalinin sıx gedib-gəldiyi, nəqliyyatın müntəzəm hərəkət etdiyi məkanda aksiyaların keçirilməsinə cəhd edilməsi onların hələ də meydan təfəkküründə qaldıqlarını göstərir. Açıq desək, Ə.Kərimli fars molla rejiminin əmmaməli mollalarından heç nə ilə fərqlənmir. Təfəkkürü, düşüncəsi və digər parametrləri eynən əmmaməli mollalar kimidir. Əmmaməli mollalar da fətva verir, bozbaş ünsürlər yerinə yetirməyə çalışırlar, Ə.Kərimli də xarici ağalarının istəyinə uyğun olaraq icazəsiz aksiya qərarı verir və bu qərarı da məram və məqsədlərini anlamayan ünsürlər icra etməyə çalışılar. Deyən lazımdır, əgər doğrudan da könlündə biclik, əməlində riyakarlıq yoxdursa, niyə o zaman nişan verilən məkanlarda aksiyalarınızı keçirməyə cəhd etmirsiniz? Şübhəsiz ki, Bakı Şəhər İcra Hakimiyyətinin təqdim etdiyi yerlərə insan yığmaq, planlara müvafiq aksiyalar keçirmək mümkünsüzdür. Yəni sosial bazaları olmadığı üçün o yerlərə insan yığmaq da mümkün deyil. Gülüş doğuran məqamlardan biri də ondan ibarətdir ki, kərimovçular icazəsiz aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını özlərinin “qəhrəmanlığı” kimi təqdim etməyə çalışırlar. Ancaq bu əmmaməli mollaların tay-tuşları anlamırlar ki, dünyanın hər bir yerində icazəsiz aksiya keçirənlər saxlanılır, izahatları alındıqdan sonra sərbəst buraxılırlar. Nə isə, bu da belə. Sabah Ə.Kərimlinin fars molla rejiminin əmmaməli mollaları ilə bir sırada bir-birinin üzünə irişən fotosuna rast gəlsəniz təəccüblənməyin. Atalar misalıdır, “su axıb, çuxurunu tapar”.

İ.ƏLİYEV

Digər xəbərlər