Köşə

  • 7 834

Axır ki... - KÖŞƏ

image

Yarandıqları desək, çox yanılmış olarıq, yaradıldıqları tarixdən özləri olmayan, yalnız arxalarındakıların əmri, tapşırığı, diqtəsi ilə oturub-duran ermənilər elə bu səbəbdən də uzun illərdir ki, problemlər yaşamaqdadırlar. Mövcudluqlarında daim ona-buna sığınmaları, telefonun dəstəyinin əllərindən düşməməsi səbəbindən başlarının çəkmədiyi bəlalar qalmayıb.Kimin əhvalı yaxşı olub bunlara üz göstərib, kimin ki, əhvalı yaxşı olmayıb, qanı başqa səbəblərdən qara olub, bunları rədd edib. Ona görə də bunlar qalıblar ortalıqlarda. Elə 44 günlük Vətən müharibəsində də ələyəz yeli çevrilmədikləri tərəf qalmadı. Birdən Rusiyaya üz tutdular, buradan üz görmədikdə Qərbə üz tutdular. Axır elə etdilər ki, bunların telefonunu ta açan da olmadı.Həqiqətən qürur yaxşı şeydir. Arada bir özünüz olmağı da təcrübədən keçirin də, nə olar. Bəlkə bu, yaltaqlığınız, xəbər aparıb, xəbər gətirməyiniz, xəyanətin hər tərəfini bilməyiniz, əl buyruqçusu olmağınız, sizdən istifadə məqsədilə havadarlarınıza çevrilənlərin sizə etdiklərindən səmərəli olardı.Yəqin bunu istəyirdiniz, hə. İstəyirdiniz ki, hamı sizi sinənizdən itələyib kənara ata, sizin də ağlınız başınıza gələ. Budur, ictimai xadiminiz, hüquq müdafiəçisi və publisistiniz Vardan Arutyunyanın paylaşımı: Ermənistan qonşuları ilə problemləri özü, düşünərək həll etməlidir. Əlbəttə ki, vasitəçilərin köməyi ilə. Vasitəçilər isə var – Rusiya və Qərb. İrəvana seçmək qalır. Ancaq bu və ya digər şəkildə Qarabağ məsələsi Ermənistan üçün bağlandı - vasitəçinin kim olmasından asılı olmayaraq.Aruturyan daha sonra görün nə deyir: “Qərb regionumuzda sülh yaratmaq və Rusiyanı burdan çıxarmaq istəyir, Rusiya isə həll olunmamış Ermənistan-Azərbaycan münaqişəsi hesabına regionda qalmağa və onu idarə etməyə çalışır. Ermənistan hansı istiqaməti seçəcəyinə qərar verməlidir. İstəsək də, istəməsək də, hər iki halda Qarabağ Azərbaycanın bir hissəsi olaraq qalacaq. Nə Qərb, nə də Rusiya Azərbaycanın ərazi bütövlüyünə şübhə edir. Bu gün yalnız öz günahımız üzündən hər şeyi itirdiyimiz halda və əlimizdə heç bir kozurumuzun olmadığı bir məqamda, bu və ya digər vasitə ilə Qarabağı əldə edə biləcəyimizə inanmaq yanlış olardı. Çünki bu, yalan təbliğatdır. Qarabağ Azərbaycandır və bu dəyişilməz qalacaq”.Deyir, insanın başı daşdan daşa dəyməlidir ki, anlasın. Axır ki, deyəsən anlayırlar. Anlayırlar ki, yox, ta heç kimdən haray yoxdur. Çarə həqiqəti etiraf edib, çəkilməkdir. Başqasının torpaqlarına göz dikmək mənasızdır. Çünki o gözləri elə tökərlər ki, bir daha dünyanın nə rəngdə olduğuna həsrət qalar. 44 gündə tökülən gözlər kimi. Düşündülər ki, başqasının torpağına göz dikənlərin başına elə yumruq endirərlər ki, yerindən tərpənə bilməz. 44 gündə endirilən dəmir yumruq kimi. Odur ki, axır ki, deyəsən ağılları başlarına gəlib. 30 ildə arxalı köpək obrazından çıxıb ta özləri olmaqdadırlar və öz liderlərinin əvvəllər dediyi kimi, “Qarabağ Ermənistandır”, yox, bizim liderimizin dediyi kimi, “Qarabağ Azərbaycandır”,- deyirlər.Burada anlaşılmayan nə var ki... Çəkil otur torpağında, başını sal aşağıya, yaşa özün üçün. Başqasının torpağında nə gəzirsən ki, başın bu qədər bəlalar çəkə və ağız açmadığın dünya xalqı qalmaya. Axır ki, deyəsən, hələ deyəsən ha, ağıllanırlar. Axarlı olsun!

Mətanət Məmmədova

Digər xəbərlər