Yalçın Rəfiyev Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmisi ilə iqlim fəaliyyəti ambisiyalarını yüksəltmək üçün davamlı tərəfdaşlığı müzakirə edib. SİA xəbər verir ki, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev və BMT-nin İnkişaf Koordinasiya İdarəsinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son (Gwi-Yeop Son) ilə görüşüb.Bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.Bildirilib ki, tərəflər COP29-da Azərbaycanın liderliyini əsas götürərək iqlim fəaliyyəti ambisiyalarını yüksəltmək üçün davamlı tərəfdaşlığı yenidən təsdiqləyiblər.